"Azərbaycan Hava Yolları" əl yükünün icazə verilən çəkisini artırıb - Azerbaijan Airlines

05.02.2016

23 sentyabr 2015, Bakı - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.

Bundan sonra ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər. Əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi.

“Azərbaycan Hava Yolları”nın reyslərində əl yükünün ölçüləri 55x35x20 santimetrdən çox olmamalıdır.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti