Azərbaycan və Monqolustan mülki aviasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər - Azerbaijan Airlines

04.02.2016

Dekabrın 21-də Bakıda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin Prezidenti Cahangir Əsgərov “Mongolian Airlines” (MIAT) aviaşirkətinin Prezidenti və Baş icracı direktoru Tamir Tumurbaatarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

MIAT.jpg
 

Görüş çərçivəsində Azərbaycan və Monqolustan arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq, eləcə də sərnişin və yük daşımalarının artırılması haqqında uzunmüddətli planlar müzakirə olunub. 

Həmçinin görüşdə qeyd edilib ki, mülki aviasiya sahəsində yaradılmış infrastruktur, eləcə də ərazisindən "Böyük İpək Yolu" keçən Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizin üzərindən malların Avropa və Sakit Okean hövzəsi ölkələrinə daşınması üçün yaxşı imkanlar yaradır.

Danışıqların nəticəsində AZAL və MIAT nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə qərar qəbul edilib. Əməkdaşlıq perspektivləri ilə bağlı konkret təkliflərin müzakirə olunması üçün Qrupun ilk iclası gələn il Ulan-Batorda keçiriləcək.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti