Azərbaycanın hava limanlarında viza mərkəzləri açılacaq - Azerbaijan Airlines

29.01.2016

2016-cı il 1 fevral tarixindən etibarən Azərbaycanın bütün beynəlxalq hava limanlarında gələn sərnişinlər üçün viza rəsmiləşdirmə mərkəzləri fəaliyyətə başlayacaq. 

Fars Körfəzi (Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt) ölkələrinin, habelə Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları ölkədə 30 günlük birdəfəlik vizanı rəsmiləşdirə biləcəklər.