"Azal Miles" mobil proqramı - Azerbaijan Airlines

Xüsusi olaraq "Azal Miles" proqramının iştirakçıları üçün hazırlanmış, onlara öz "Azal Miles" fəaliyyətlərini izləməyə, habelə onların pulsuz uçuşlardan və iştirakçı güzəştlərindən istifadəsini planlaşdırmağa imkan verən yeni "Azal Miles" mobil proqramına xoş gəlmisiniz. Sözügedən xidmətin bu il ərzində daha sonra reallaşacaq yenilənməsi artıq planlaşdırılır. Bu yeniləmələr avtomatik olaraq tətbiq ediləcək, odur ki, proqramı yubanmadan, elə bu bu gün yükləyin.

 

Proqramdan ilk dəfə istifadə:

Əgər siz "AZAL Miles" proqramında yeni iştirakçısınızsa  – "Qeydiyyatdan keç" variantını seçməyiniz xahiş olunur.

 

Sizə qeydiyyat səhifəsi təqdim olunacaq.

‘*’ simvolu ilə işarələnmiş bütün sahələri (bunlar qeydiyyat üçün mütləq tələb olunan məlumatlardır) doldurmaqla  qeydiyyat formasını tamamlamağınız xahiş olunur. Əgər sizdə bizim jurnalda və ya hava limanında hər hansı reklamlarımızın kodu varsa, onu qeydiyyat pəncərəsindəki müvafiq sahəyə daxil edin.

 

"Qeydiyyatdan keç" variantını seçdikdən sonra mobil proqram sizin "AZAL Miles" hesabınızı yaradacaq və qeydiyyat zamanı daxil etdiyiniz e-poçt ünvanına elektron məktub göndərəcək. Həmin elektron məktuba sizin yeni hesabınızın tez tez uçan sərnişin nömrənizə (FFN) uyğun olaraq yaradıldığının təsdiqi və birdəfəlik şifrə daxil olacaq. Sizdən FFN nömrəsini istifadəçi adı və birdəfəlik şifrəni şifrə kimi yazmaqla yeni hesaba daxil olmağınız tələb olunacaq. Proqram daha sonra sizdən öz şəxsi şifrənizi yaratmağı tələb edəcək; bu əməliyyat yerinə yetirildikdən sonra sizin hesabınız tam qeydiyyatdan keçəcək və aktivləşərək sizə bal toplamaq, habelə topladığınız balları istifadə etmək imkanı verəcək.

 

Mövcud "Azal Miles" iştirakçısı kimi proqramdan istifadə etmək:

Əgər "AZAL Miles" proqramının iştirakçısısınızsa, siz Mobil Proqramdan öz hesabınızdakı məlumatları - çıxarışlar, profil, hesabdan çıxarışı, öz FFN nömrəniz olan istifadəçi adınızı və hesaba daxil olmaq üçün şəxsi şifrənizi daxil etmək kimi detalları yoxlamaq məqsədilə istifadə edə bilərsiniz. Siz internetdə  "AZAL Miles" proqramına daxil olmaq üçün istifadə etdiyiniz mövcud daxilolma məlumatlarından istifadə etməlisiniz.

 

 

My AZAL (Mənim "AZAL"ım):

Siz "AZAL Miles" proqramındakı hesabınıza daxil  olduqdan sonra sizə ‘My AZAL’ (Mənim "AZAL"ım) başlıqlı pəncərə təqdim olunacaq. Pəncərədə 2 mühüm məlumat verilir:

  1. ‘Mənim Ballarım’ – bu, sizin "Səyahət Balları" və "Status Balları" nızın, habelə mövcud iştirakçıdərəcəsini təkrar saxlamaq, eləcə də növbəti iştirakçı dərəcəsinə yüksəlmək üçün tələb olunan balların ümumi balansıdır.
  2. ‘Mənim AZAL KARTIM’ – bu sizin virtual kartınızdır və bu kartda sizin iştirakçıhesabınız barədə mühüm məlumatlar var:
    • Sizin adınız
    • FFN (Tez tez uçan sərnişin nömrəsi)
    • Kartın Son İstifadə Tarixi
    • Kartın Növü (Platinum, Gold, Silver, Classic)

Kartın növü sizin Status ballarınızın balansından asılıdır. İlkin iştirakçıdərəcəsi "Classic" iştirakçılıqdan başlayır və siz Status balları toplamaqla "Silver", "Gold " ,"Platinum" iştirakçıdərəcələrinə yüksələ bilərsiniz.

 

MƏNİM BALLARIMIN ÇIXARIŞI:

"My AZAL" pəncərəsində görünən "MƏNİM BALLARIMIN ÇIXARIŞI" – son 12 ay ərzində həyata keçirdiyiniz bütün əməliyyatları göstərir. Məlumat sizin əməliyyatlarınızı tarix sırası ilə, hər uçuş zamanı toplanmış Səyahət və Status balları barədə təfsilatlı məlumat ilə birlikdə nümayiş etdirir.

 

Hər əməliyyat bəndinə aşağıdakılar daxildir:

Daha çox əməliyyat göstərmək üçün pəncərə mexaniki olaraq sürüşdürülməklə və ya pəncərənin alt hissəsində sadəcə "DAHA ÇOX" düyməsini basmaqla növbəti əməliyyatlar qrupu göstəriləcək.

 

Funksiya menyusu: 

Menyu ikonasını “” seçməklə Mobil Proqram sizə əlavə funksiyaların və məlumat mənbələrinin siyahısını təqdim edir.

 

Funksiyalar:

MƏNİM MİNİK TALONLARIM– "Mənim Minik Talonlarım" variantını seçməklə proqram sizə  artıq qeydiyyatdan keçdiyiniz uçuş üçün Minik Talonunu geri almaq imkanı verir. + işarəsini seçməklə proqram sizin bron kodunuzu (aviabiletin üzərindəki 5 simvollu kod) və öz soyadınızı daxil etməyi tələb edir; bu sahələr doldurulduqdan sonra "MİNİK TALONUNU AL" variantını seçməklə proqram minik talonunu geri verir və bu,  ekranda göstərilir. Proqram sizin proqram vasitəsilə geri aldığınız bütün minik talonlarını yaddaşda saxlayacaq və qısa formatlı əsas "Mənim Minik Talonum" pəncərəsində göstərəcək.

 

MƏNİM PROFİLİM – "Mənim Profilim" variantını seçməklə proqram göstərilə bilən bütün şəxsi məlumatlarınızı əks etdirən pəncərəni təqdim edəcək. Sizin profiliniz pəncərənin üst sağ küncündəki qələm ikonası “” seçilməklə redaktə oluna bilər.

 

Profili redaktə pəncərəsi sizin cari e-poçt ünvanınızı və mobil telefon nömrənizi əks etdirəcək. E-poçt və ya mobil nömrəni dəyişmək üçün məlumatın e-poçt və ya mobil nömrə sahəsinə iki dəfə daxil edilməsi tələb olunur ki, bu da proqrama edilmiş dəyişikliklərin dəqiqliyini yoxlayaraq təsdiq etmək imkanı verir.

 

Yeni məlumatları daxil etdikdən sonra dəyişiklik etmək məqsədilə sorğu göndərmək üçün "Dəyişiklikləri Yadda Saxla" düyməsini basmağınız xahiş olunur. "AZAL" Aviaşirkəti sizə profilinizin yenilənməsi barədə təsdiq e-poçtu göndərəcək.

 

ŞİFRƏMİ DƏYİŞDİR– Şifrənizi dəyişdirmək üçün müvafiq sahəyə köhnə şifrənizi, daha sonra müvafiq sahələrə öz yeni şifrənizi daxil edin. Dəqiq uyğunluğu yoxlamaq məqsədilə yeni şifrənizin iki dəfə daxil edilməsi tələb olunur.

 

Sizin şifrəniz 6-10 simvoldan ibarət olmalı və tərkibində ən azı 1 əlifba simvolu və 1 rəqəm simvolu olmalıdır.

 

"YENİ ŞİFRƏNİ YADDA SAXLA" variantını seçməklə "AZAL" sizə dəyişikliyi təsdiqləyən e-poçt göndərəcək.

 

Məlumat:

Əlavə menyu seçimləri sizin "AZAL Miles" proqramını başa düşməyinizə kömək edir və dəstəkləmək məqsədilə sizə təfsilatlı məlumatlar verir və aşağıdakılar barədə əlavə məlumat tələb olunarsa, əsas əlaqə vasitələri təmin edir: