Qaydalar və Şərtlər - Azerbaijan Airlines

"AZAL MILES" – tez-tez ucan sərnişin proqramı

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti öz iştirakçılarına "Azərbaycan Hava Yolları" aviaşirkətini seçdikləri üçün imtiyaz və mükafatlandırıcı aviabiletlərdən faydalanmaq imkanı verir. 

İştirakçı imtiyazları müvafiq balların topladıqdan iştirakçı səviyyəsinə uyğun olaraq müəyyən edilir. "AZAL MILES" Proqramının iştirakçıları "Azərbaycan Hava Yolları" aviaşirkətindən əldə etmiş və bu aviaşirkət vasitəsilə uçuşların həyata keçirildiyi təyyarə aviabiletlərinin ödədiyi məbləğə əsasən daha çox imtiyaz nəzərdə tutan yüksək səviyyə üçün toplayırlar. 4 iştirakçı səviyyəsi var:  "Classic", "Silver", "Gold" və "Platinum". Hər bir səviyyə üçün nəzərdə tutulmuş iştirakçılığa görə imtiyazlar paketi mövcuddur. 

İştirakçılar üçün imtiyazlar

Platinum iştirakçı

Status qaydaları

1)      "AZAL MILES" proqramının Platinum iştirakçıları imtiyazlardan 2 il ərzində faydalanacaqlar. Platinum iştirakçı statusunu qorumaq üçün 2 illik müddətində 30,000 status balı toplamalıdırlar.

2)      30,000 status balı toplamamış Platinum iştirakçı növbəti 2 il müddətinə "Gold" statusuna keçiriləcəkdir.

3)      Platinum iştirakçılar 2 il müddətində etibarlı olan Platinum iştirakçı kartı əldə edirlər; əgər iştirakçı 2 iştirakçı ili ərzində tələb olunan sayda Status balları qazanarsa, bu kart yenilənəcək.

Status imtiyazları

1)      Platinum iştirakçılar "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə həyata keçirdikləri bütün uçuşlara görə əlavə Səyahət balları qazanırlar. Platinum iştirakçılar "Azərbaycan Hava Yolları" aviaşirkətinə ödənilmiş əsas tarifin hər Avrosuna görə 3 Səyahət balı qazanırlar. Əsas tarifə rüsumlar, hava limanı yığımları və digər xərclər daxil deyil.

2)      Platinum iştirakçılığa 2 tam iştirakçı ili ərzində zəmanət verilir.

3)      Platinum iştirakçı "Azərbaycan Hava Yolları" aviaşirkətinin bütün uçuşlarında minik  öncəliyindən faydalana bilərlər.

4)      Platinum iştirakçı "Azərbaycan Hava Yolları" aviaşirkətinin bütün uçuşlarında qeydiyyat öncəliyindən faydalana bilərlər.

5)      Platinum iştirakçı ad günü olan ay ərzində həyata keçirdiyi bütün uçuşlara görə ikiqat Səyahət balı qazanacaq.

6)      Platinum iştirakçı uçuşa boş yer olmadığı halda gözləmə siyahılarına rezerv etməkdə öncəlikdən faydala bilərlər.

7)     Platinum iştirakçı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin beynəlxalq uçuşlar həyata keçirtdiyi bütün hava limanlarında uçuşu təsdiq edən  minik talonunu  ilə övladı və 1 nəfər ailə üzvü (valideyn/həyat yoldaşı və ya 12 yaşa qədər olan övladı) ilə birlikdə Platinum iştirakçı kartını təqdim etməklə, Biznes zala daxil olma hüququndan faydalana bilərlər. 

8)      Platinum iştirakçılar 1 əlavə yer üçün 23 kq-a qədər baqajın pulsuz daşınması hüququna malikdirlər. Üç ölçünün cəmi üzrə (hündürlük x en x dərinlik) bir baqaj yerinin ölçüsü 158 santimetrdən artıq olmamalıdır.

9)    Mükafatlandırcı aviabiletinin uçuş vaxtının və tarixinin uçuşdan əvvəl dəyişdirilməsi ÖDƏNİŞSİZ həyata keçirilir. .

10)  Platinum iştirakçılara Heydər Əliyev Hava limanından beynəlxalq istiqamətlərdə uçarkən aşağıdakı xidmətlərin göstərilməsi üçün xüsusi əməkdaşla təmin edilirlər:

Gold iştirakçı

Status qaydaları

1)      "AZAL MILES" proqramının  Gold iştirakçıları statusunu qorumaq üçün ili ərzində 6.000 status balı toplamalıdırlar.

2)      6.000 status balı toplamayan Gold iştirakçı növbəti iştirakçı ili üçün "Silver" statusu veriləcək.

3)      İştirakçı ili ərzində 20.000 və daha çox status balı toplamış Gold iştirakçı, növbəti 2 iştirakçı ilində Platinum statusuna yüksəldiləcəklər.

Status imtiyazları

1)      Gold iştirakçı "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə həyata keçirdikləri bütün uçuşlara görə əlavə Səyahət balları qazanırlar. Gold iştirakçılar "Azərbaycan Hava Yolları" aviaşirkətinə ödənilmiş əsas tarifin hər Avrosuna görə 2 Səyahət balı toplayırlar. Əsas tarifə rüsumlar, hava limanı yığımları və digər xərclər daxil deyil.

2)      Gold iştirakçı "Azərbaycan Hava Yolları" aviaşirkətinin bütün uçuşlarında minik  öncəliyindən faydalana bilərlər.

3)      Gold iştirakçı "Azərbaycan Hava Yolları" aviaşirkətinin bütün uçuşlarında qeydiyyat öncəliyindən faydalana bilərlər.

4)     Gold iştirakçı ad günü olan ay ərzində həyata keçirdiyi bütün uçuşlara görə ikiqat Səyahət balı qazanacaq

5)      Gold iştirakçı uçuşa boş yer olmadığı halda gözləmə siyahılarına rezerv etməkdə öncəlikdən faydala bilərlər.

6)      AZAL-MILES tez-tez uçan sərnişin programının Gold kart sahibləri Heydər Əliyev Hava Limanında yalnız, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin beynəlxalq uçuşlarına minik talonu ilə, övladı və 1 nəfər ailə üzvü (valideyn/həyat yoldaşı və ya 12 yaşa qədər olan övladı) ilə birlikdə Gold iştirakçı kartını təqdim etməklə, Biznes zala daxil olma hüququndan faydalana bilərlər . 

7)      Gold iştirakçılar 1 əlavə yer üçün 23 kq-a qədər baqajın pulsuz daşınması hüququna malikdirlər. Üç ölçünün cəmi üzrə (hündürlük x en x dərinlik) bir baqaj yerinin ölçüsü 158 santimetrdən artıq olmamalıdır.

8)      Gold iştirakçı, üzv olduqları il ərzində  tələb olunan sayda Status balları topladıqları halda il tamamlananda onlara Gold iştirakçı kartı verilir.

9)    Mükafatlandırcı aviabiletinin uçuş vaxtının və tarixinin uçuşdan əvvəl dəyişdirilməsi ÖDƏNİŞSİZ həyata keçirilir.

 

Silver iştirakçı

Status qaydaları

  1. "AZAL MILES" proqramının  Silver iştirakçısı, Silver iştirakçı statusunu qorumaq üçün iştirakçı ili ərzində 3.750 status balı toplamalıdırlar.
  2. 3.750 status balı toplamayan Silver iştirakçıya növbəti iştirakçı ili üçün "Classic" statusu veriləcək.
  3. İştirakçı ili ərzində 10.000 və daha çox status balı toplamış Silver iştirakçısı növbəti iştirakçı ilində Gold statusuna yüksəldiləcək.

Status imtiyazları

1)      Silver iştirakçılar "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə həyata keçirdikləri bütün uçuşlara görə əlavə Səyahət Balları toplayırlar. Silver iştirakçı "Azərbaycan Hava Yolları" aviaşirkətinə ödənilmiş əsas tarifin hər Avrosuna görə 1.25 Səyahət Balı toplayırlar. Əsas tarifə rüsumlar, hava limanı yığımları və digər xərclər daxil deyil.

2)      Silver iştirakçı ad günü olan ay ərzində həyata keçirdiyi bütün uçuşlara görə ikiqat Səyahət balı qazanacaq.

3)      Silver iştirakçılara üzv olduqları il ərzində  tələb olunan sayda Status Balları topladıqları halda il tamamlananda onlara Silver iştirakçı kartı verilir.

4)      Mükafatlandırcı aviabiletinin uçuş vaxtının və tarixinin uçuşdan əvvəl dəyişdirilməsi ÖDƏNİŞSİZ həyata keçirilir.

"Classic" iştirakçı

Status qaydaları

1)      Sərnişinlər, "AZAL MILES" proqramında "Classic" iştirakçı olmaq üçün qeydiyyyat prosesindən keçməlidirlər. Classic statuslu iştirakçılara statusu qorumaq üçün status ballarına ehtiyacı yoxdur, lakin 36 ay ərzində heç bir uçuş həyata keçirilməzsə, iştirakçılıq ləğv ediləcək.

2)      İştirakçı ili ərzində 5.000 və daha çox status balı toplamış "AZAL MILES" proqramının Classic iştirakçılar növbəti iştirakçı ilində Silver statusuna yüksəldiləcəklər.

3)      Classic iştirakçılar "AZAL MILES" mobil proqramı və ya "AZAL MILES" proqramının veb-saytı vasitəsilə virtual iştirakçı kartı əldə edə bilərlər.

Status imtiyazları

1)      Classic iştirakçılar "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə həyata keçirdikləri bütün uçuşlara görə nəzərdə tutulmuş tariflərə uyğun olaraq əlavə Status balları qazanırlar.

2)      Classic iştirakçılar "Azərbaycan Hava Yolları" aviaşirkətinə ödənilmiş əsas tarifin hər 1 Avrosuna görə 1 Səyahət balı qazanırlar. Əsas tarifə rüsumlar, hava limanı yığımları və istənilən əlavə xərclər daxil deyil.

3)     Classic iştirakçı ad günü olan ay ərzində həyata keçirdiyi bütün uçuşlara görə ikiqat Səyahət balı qazanacaq.

Proqramın qaydaları

iştirakçı müqaviləsi:

1.1.               Aşağıdakı şərt və müddəalar "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə "AZAL MILES" proqramının hər bir iştirakçısı arasındakı hüquqi münasibətləri müəyyən edir.

Əsas anlayışlar

1.2.        "AZAL MILES" proqramında iştirakçı nömrəsi

1.3.       “AZAL” – “Azərbaycan Hava Yolları”

1.4.               “Mükafatlandırıcı aviabilet” "AZAL MILES" proqramının iştirakçısı tərəfindən topladığı Səyahət ballarının müqabilində mükafat qismində verilən pulsuz (tarifə rüsumlar, hava limanı yığımları və istənilən əlavə xərclər istisna olmaqla) təyyarə aviabiletləri və ya aviabiletlərin xidmət sinfinin artırılmasıdır.

1.5.               "Status balları" "Azərbaycan Hava Yolları" aviaşirkətinin rəsmi uçuşları, habelə aviaşirkətin veb-saytında dərc edilmiş tariflərlə uçmaqla toplanılan ballardır; sözügedən ballar "AZAL MILES" proqramı üzrə iştirakçı dərəcələrinin təyin edilməsi, habelə müvafiq iştirakçı dərəcəsinə görə proqramın təklif etdiyi imtiyazların verilməsi üçün istifadə edilir.

1.6.       “Səyahət balları" "Azərbaycan Hava Yolları" aviaşirkətinin rəsmi uçuşları ilə uçmaqla qazanılan ballardır. Mükafat qismində verilən Səyahət ballarının sayı (tarifə rüsumlar, hava limanı yığımları və istənilən əlavə xərclər istisna olmaqla) ödənilmiş əsas tarifdən, habelə iştirakçı dərəcəsindən asılıdır. Səyahət balları dərc edilmiş şərt və müddəalara əsasən iştirakçı tərəfindən pulsuz aviabilet almaq və ya aviabiletin xidmət sinfini artırmaq məqsədilə müraciət etmək üçün istifadə oluna bilər.

İştirakçı:

1.7.       12 yaşına çatmış hər bir şəxs proqramda iştirak edə bilər.

1.8.       Proqramda iştirakçılıq pulsuzdur.

1.9.               "AZAL MILES" proqramına iştirakçılıq üçün müraciət etmək istəyənlər www.azal.az veb-saytında onlayn qaydada qeydiyyatdan keçməli və ya "AZAL MILES" Mobil Proqramından istifadə etməlidirlər.

1.10.   İştirakçılıq üçün bütün məcburi bəndlər, o cümlədən müraciət formasını təsdiqləmək üçün istifadə edələcək aktiv e-poçt ünvanı daxil edilməlidir. Daxil edilmiş poçt ünvanı müvafiq iştirakçı kartlarının (Silver, Gold və ya Platinum) göndəriləcəyi ünvan olacaq.

1.11.   Qəbul edilmiş müraciətlərə iştirakçı nömrəsi  veriləcək.

1.12.   İştirakçı kartları yalnız Silver, Gold və Platinum statuslu iştirakçılara verilir.

1.13.   Bütün yeni iştirakçılar avtomatik olaraq Classic iştirakçı kimi qeydə alınacaq və onlara virtual iştirakçı nömrələri ilə təmin ediləcəklər.

1.14.   İştirakçılar proqramda fərdi qaydada iştirak etməlidirlər.

1.15.   " AZAL MILES " proqramının iştirakçılarına onların topladıqları balların toplanacağı şəxsi hesab veriləcək. İştirakçı tərəfindən topladıqları ballar heç bir halda ötürülə, başqasına verilə, qarşılıqlı razılaşmaya xidmət edə, başqa şəxsin (həmin şəxsin proqrama daxil olmasından asılı olmayaraq) hesabına keçirilə və ya həmin hesabla birləşdirilə bilməz. Ballar nağd pula çevrilə bilməz. Heç bir halda ailə üzvləri və ya eyni müəssisənin iştirakçısı öz ballarını bir hesabda toplaya bilməzlər.

1.16.   Proqramda iştirakçılıq müraciətin qəbul edildiyi tarixdən etibarən qüvvəyə minir. Hər bir iştirakçı hesabı əvvəlcəyalnız uçuşlardan bal toplamaq hesab kimi tərtib edilir. İştirakçı tərəfindən qeydiyyatdan sonra e-poçt ünvanınıza göndərilmiş aktivləşdirmə keçidinin (linkinin) üzərinə basmaqla qeydiyyat tamamlandıqdan sonra iştirakçı hesabları həmbal toplamaq, həm və ballardan istifadə etməyə imkan verəcək şəkildə tam aktivləşir.

1.17.   İştirakçının proqrama qəbul edilməsi proqrama daxil olduğu tarixdir (qeydə alınmış).

1.18.   Classik iştirakçı üçün iştirakçılıq, ləğv edilmə tarixinə kimi (36 ay ərzində uçuş həyata keçirilmədikdə) və Silver, Gold yaxud Platinum statuslarına keçirilənə qədər davam edir.

1.19.   Silver və Gold iştirakçılıq verilmə tarixindən başlayaraq bir il tamam olana qədər davam edir.

1.20.   Platinum iştirakçılıq verilmə tarixindən başlamaqla 2 il tamam olana qədər davam edir.

1.21.   Bütün məlumatlar iştirakçı tərəfindən müraciət zamanı 1.10 bəndə əsasən qeyd olunan e-poçt ünvanına göndəriləcək.

1.22.   "AZAL Miles" proqramına dair iştirakçıya bütün məlumatları e-poçt və ya "AZAL MILES" veb-saytında yeniləmələrdən istifadə etməklə bütün iştirakçılara göndərmək hüququna malikdir.

1.23.    "AZAL MILES" proqramı gecikmiş, itmiş və ya yanlış göndərilmiş istənilən e-poçt, yaxud poçta görə məsuliyyət daşımayacaq.

1.24.   Əgər 36 ay ərzində hesaba ballar əlavə (Səyahət ballarının hesablaması) olmazsa, avtomatik olaraq Classic iştirakçılığa xitam veriləcək və ballar ləğv ediləcək.

1.25.   İştirakçı www.azal.az veb-sayt vasitəsilə öz profilini daim yeniləməklə şəxsi məlumatlarda baş vermiş istənilən dəyişiklik, o cümlədən ünvan, telefon və ya e-poçt ünvanının dəyişməsini bildirməlidir. Aktiv e-poçt ünvanı iştirakçı üzvlüyün şərtlərindən biridir; aktiv e-poçt ünvanı olmayan bütün iştirakçı hesabları yeni e-poçt ünvanı təsdiq edilənə qədər dondurulacaq.

1.26.   İştirakçı şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə öz ad və ya pasport nömrəsində edilmiş istənilən dəyişiklik barədə yazılı şəkildə, yaxud şəxsən "Azərbaycan Hava Yolları" aviaşirkətinin ofisinə müraciət etməlidir.

1.27.   İştirakçı kartı itirildiyi təqdirdə kartın sahibi www.azal.az veb-saytı vasitəsilə yeni kartın alınmasına dair sifariş verə bilər. Kartın dublikatı müraciət edildikdən sonra 20 gün ərzində veriləcək.

1.28.   Əgər hər hansı bir iştirakçı proqramın şərt və müddəalarını pozarsa, "Azərbaycan Hava Yolları" aviaşirkəti həmin şəxsi proqramdan çıxartmaq, iştirakçı kartını ləğv etmək və topladığı bütün balları silmək hüququna malikdir.

1.29    AZAL-MILES proqramının iştirakçısı uçuş təhlükəsizlik qaydalarını pozduğu təqdirdə iştirakçılıqdan məhrum edilir və hesabında olan ballar sıfırlanır.

İştirakçı kartından istifadə

1.30.   İştirakçı kartları Silver, Gold və ya Platinum statuslu iştirakçılara verilir.

1.31.   İştirakçı kartın üz tərəfində iştirakçının  adı və etibarlılıq tarixi ilə birlikdə  iştirakçı nömrəsi qeyd ediləcək.

1.32.   Yalnız adı kartın üzərində qeyd edilmiş iştirakçı həmin kartdan istifadə edə bilər.

1.33.   İştirakçı tərəfindən "Azərbaycan Hava Yolları" aviaşirkətinin aviabiletini əldə edərkən və ya öz iştirakçı statusuna məxsus olan xidmətdən istifadə etmək məqsədilə özünün  iştirakçı nömrəsini bildirməlidir.

1.34.   İştirakçı kartının verilməsi qeydiyyata alınma tarixindən və ya dəyişdirmə sorğusunun verilməsindən sonra təxminən 20 gün ərzində həyata keçirilir.

Status

1.35.   Silver, Gold və ya Platinum statusunun verilməsi iştirakçı ili ərzində toplanılmış Status ballarına əsasən müəyyən edilir.

1.36.   "Azərbaycan Hava Yolları" mövcud dərəcə səviyyəsini qorumaq və ya yeni status əldə etmək üçün tələb olunan Status balların sayını dəyişdirmək hüququna malikdir, lakin bu kimi dəyişiklik barədə bütün iştirakçılara əvvəlcədən məlumat verməlidir.

1.37.   İştirakçı statusu qəbul edilmə tarixinin ildönümündən və bu tarix başa çatmazdan əvvəl nəzərdən keçiriləcək. Mövcud statusu qorumaq üçün tələb olunan balansı formalaşdırmaq məqsədilə iştirakçı ili ərzində toplanmış Status balları hesablanacaq. İştirakçı ilinin sonunda Status balları sıfırlanır.

1.38.   Əgər əvvəlki iştirakçı ili ərzində tələb olunan sayda Status balı toplanılmayıbsa, iştirakçı statusu növbəti il daha aşağı səviyyəyə dəyişdiriləcək.

1.39.   İştirakçı səviyyəsinin artırılması tələb olunan Status balının toplanılması iştirakçı ilinin istənilən vaxtında mümkündür.  Müəyyən olan Status balları toplanandan sonra dərhal növbəti statusa dəyişilmə həyata keçirilir. "Azərbaycan Hava Yolları" aviaşirkəti sizə statusunuzun yüksəldilməsi barədə dərhal məlumat verəcək və avtomatik olaraq yeni ststausa uyğun iştirakçı kartınızı göndərəcək.

1.40.   Yeni iştirakçı statusa yüksəldikdən sonra iştirakçı Status balları qüvvədə qalır və əlavə Status ballarının toplanması ilə daha da artırıla bilər. Status Balları balansı 1.36 bəndə əsasən yalnız iştirakçı ilinin sonunda sıfırlanır.

1.41.   İştirakçı növbəti statusa keçdikdən sonra iştirakçı ili tamamlananadək yeni iştirakçı statusunu qoruyacaq və onun yeni iştirakçı ili ərzində növbəti il üçün iştirakçı statusunu qorumasi məqsədilə lazım olan Status ballarını toplanması tələb olunacaq.

Səyahət balları

1.42.   İştirakçı tərəfindən "Azərbaycan Hava Yolları" aviaşirkətindən əldə edilmiş və ya şirkətin  müntəzəm uçuşlarında istifadə edilən aviabiletlər və ya xidmət sinfinin artırılması vasitəsilə həyata keçirdikləri səyahətlərlə  "Səyahət balları" toplayırlar.

1.43.   "Azərbaycan Hava Yolları" aviaşirkəti öz iştirakçılarına əməkdaş şirkətlərdən "Səyahət Miles" balları toplamaq imkanını məmnuniyyətlə təklif edir. Bu kimi imkanlar barədə tam məlumatları "Azərbaycan Hava Yolları" aviaşirkətinin veb-saytından əldə edə bilərsiniz.

1.44.   "Səyahət balları" əldə edilmiş və istifadə edilmiş aviabiletlərin əsas tarifinin dəyərinə (tarifə rüsumlar, hava limanı yığımları və digər xərclər istisna olmaqla) əsasən ödənilmiş hər 1 Avroya görə 1 Səyahət balı olmaqla toplanılır.

1.45.   Silver, Gold və Platinum iştirakçılar üçün Səyahət ballarının statusu iştirakçı statusundən asılı olaraq daha yüksəkdir. İştirakçı imtiyazlarına baxın.

1.46.   iştirakçılara "Azərbaycan Hava Yolları" aviaşirkətindən və ya şirkətin istənilən agentliklərindən aviabilet əldə etdikləri zaman və ya xidmət sinfini artırarkən öz  iştirakçı nömrələrini bildirməklə və ya iştirakçı kartını təqdim etməklə Səyahət Balları toplaya bilərlər.

1.47.    Səyahət balları  uçuş baş verdikdən sonra 7 iş (rəsmibayram günləri istisna olmaqla) günü ərzində iştirakçı hesabına əlavə olunur.

1.48.   Səyahət balları "Azərbaycan Hava Yolları" aviaşirkətində pulsuz mükafatlandırıcı aviabiletin əldə edilməsi və ya xidmət sinfinin artırılması üçün istifadə edilə bilər.

1.49.   Səhvən əlavə edilmiş Səyahət balları etibarsız hesab edilərək hesabdan silinəcək.

1.50.   01 yanvar 2017 – ci il tarixindən etibarən, proqrama üzv olan yeni iştirakçılar uçuş sənədlərini təqdim etmək şərti ilə qeydiyyat tarixindən əvvəl, son 180 gün ərzində həyata keçirdikləri uçuşlara görə balları hesaba əlavə edə bilərlər.

1.51.   Aşağıda qeyd edilmiş uçuşlara görə Səyahət balları əlavə edilmir:

İstifadə edilməmiş uçuşlar (o cümlədən uçuşun ləğv edilməsi)

Pulsuz mükafatlandırıcı aviabiletlə həyata keçirilən uçuşa

Çarter reysləri

Əməkdaş aviaşirkətin həyata keçirdiyi uçuşlar

Güzəştli / mövsümi şərtlərlə rəsmiləşdirilmiş aviabiletlərlə həyata keçirilən uçuşlara

Hava limanlarında qeydiyyat zamanı və ya hava gəmisi göyərtəsində, uçuşda müvafiq boş yerlər olduğu halda sərnişinlərin əlavə ödəniş ilə “upgradeolunduğlarına görə.

Status balları

1.52.   "Status balları" "Azərbaycan Hava Yolları" aviaşirkətinin uçuşa görə verilir.

1.53.   Status ballarının sayı uçuş istiqaməti və xidmət sinfindən asılı olaraq müəyyən edilir. Proqrama əsasən əlavə edilən balların sayı www.azal.az veb-saytındakı "Status balları" cədvəlində qeyd edilib.

1.54.   Status balları iştirakçı tərəfindən öz status səviyyəsini (Silver, Gold və Platinum) qorumaq və ya artırmaq məqsədilə qazanılır. Ətraflı məlumat üçün www.azal.az veb-saytda Status balları cədvəlinə nəzər yetirə bilərsiniz.

1.55.   Status balları yalnız "Azərbaycan Hava Yolları" aviaşirkətindən və onun səyahət agentliklərindən əldə edilmiş  uçuşlara görə verilir.

1.56.   İştirakçı aviabilet əldə edərkən və ya xidmət sinfini yüksəldərkən öz  iştirakçı nömrəsini bildirməklə və ya iştirakçı kartını təqdim etməklə Status ballarını toplaya bilərlər.

1.57.   Səhvən əlavə edilmiş Status balları etibarsız hesab edilərək hesabdan silinəcək.

1.58.   İştirakçı yalnız proqrama daxil olduqdan sonra Status ballarını toplaya bilərlər.

1.59.    Aşağıda qeyd edilmiş uçuşlara görə Status balları əlavə edilmir:

İstifadə edilməmiş uçuşlar (o cümlədən uçuşun ləğv edilməsi)

Pulsuz mükafatlandırıcı aviabiletlə həyata keçirilən uçuşlar

Çarter reysləri

Əməkdaş aviaşirkətin həyata keçirdiyi uçuşlar

Güzəştli / mövsümi şərtlərlə rəsmiləşdirilmiş aviabiletlərlə həyata keçirilən uçuşlara görə

Hava limanlarında qeydiyyat zamanı və ya hava gəmisi göyərtəsində, uçuşda müvafiq boş yerlər olduğu halda sərnişinlərin əlavə ödəniş ilə “upgrade” olunduğlarına görə

"AZAL MILES" Proqramı

1.60.   "Azərbaycan Hava Yolları" aviaşirkəti qabaqcadan məlumat vermədən istənilən vaxt "AZAL MILES" proqramınının qaydalarını tam və ya qismən ləğv etmək, yaxud dəyişdirmək hüququna malikdir

1.61.   Proqram ləğv edildiyi təqdirdə, iştirakçıların topladıqları bütün ballar ləğv edilə bilər; "Azərbaycan Hava Yolları" aviaşirkəti proqramda edilmiş dəyişikliklər və ya proqramın tamamilə ləğv edilməsi barədə e-poçt vasitəsilə, yaxudwww.azal.az veb-saytında məlumat dərc etməklə proqramın iştirakçılarını xəbərdar edəcək.

Balların müddətinin bitməsi üzrə qaydalar

Status ballarının müddətinin bitməsi:

1.62.   Platinum iştirakçılar istisna olmaqla bütün iştirakçılar üçün Status ballarının müddəti hər iştirakçı ilinin sonunda başa çatır, (iştirakçı üçün ilk müraciətin edildiyi ayın sonuncu günü). Platinum iştirakçı üçün isə Status ballarının vaxtı zəmanət verilən 2 illik üzvlük müddətinin sonunda başa çatır.

1.63.   "Status balları" hər hansı digər şəxsə verilə və ya onunla bölüşdürülə bilməz və sözügedən ballar əldə edilmiş aviabileti istifadə etmiş iştirakçıya məxsusdur.

1.64.   Əməkdaşların, dostların və ya ailə üzvlərinin adına əldə edilmiş aviabiletlərə görə iştirakçının hesabına Status balları əlavə edilmir.

Səyahət ballarının müddətinin bitməsi:

1.65.   Proqramda qeydiyyat uğurla həyata keçirildikdən dərhal sonra Səyahət ballarını toplamaq mümkün olar və ballar müvafiq uçuş həyata keçirildikdən sonra iştirakçı hesabına əlavə olunur.

1.66.   Səyahət balları ilə ödəmə yalnız iştirakçı hesabı aktivləşdirildikdən (qeydiyyatdan sonra e-poçt vasitəsilə təsdiqləmədən) sonra həyata keçirilə bilər.

1.67.   Hesaba əlavə olunmuş səyahət balları 36 ay ərzində istifadə edilmədiyi təqdirdə, əlavə olunan ayın sonuncu günündə ləğv ediləcək. 

1.68.   Səyahət balları aviabileti əldə edən şəxsə aiddir.

1.69.   Əməkdaşların, dostların və ya ailə üzvlərinin adına əldə edilmiş aviabiletlərə görə iştirakçının hesabına Səyahət balları əlavə edilmir.

Ümumi məlumat

1.70.           İştirakçı aviabilet əldə edərkən satışı agentliyinə "AZAL MILES" proqramına iştirakçı olduğunu təsdiqləmək üçün öz  iştirakçı nömrəsini bildirməli və ya iştirakçı kartını təqdim etməlidir.

1.71.           İştirakçı tərəfindən əldə edilə olunan mükafatlandırıcı aviabiletə görə rüsum, hava limanı yığımları və digər xərclər ödənilməlidir.

1.72.           İstifadə olunmamış uçuşa görə Səyahət balları hesaba əlavə edilmir.

1.73.           Səyahət balları və ya Status balları iştirakçı hesabına düzgün əlavə edilmədiyi təqdirdə aviabilet və ya minik talonu surəti ilə birlikdə "hesaba əlavə edilməmiş ballar" barədə müraciət etməlidir.Hesaba əlavə edilməmiş ballara görə müraciətlər uçuşdan 7 iş günü sonrakı tarixdən etibarən 180 günə kimi qəbul ediləcək.

Hüquqi müddəalar

1.74.           Bəzi ölkələrdə sərnişinləri həvəsləndirən tez-tez uçan sərnişin proqramlarının tətbiqinə dair qanunvericiliklə müəyyən məhdudiyyətlərin nəzərdə tutula biləcəyini nəzərə alaraq, "Azərbaycan Hava Yolları" aviaşirkəti bu kimi qanunvericiliyə riayət etmək məqsədilə proqram  üzrə hüquqi tələblərə və ya proqramın məzmununu sözügedən qanunvericiliyə uyğunlaşdırmaq üçün (iştirakçılara əvvəlcədən bildirmədən) dəyişdirmək hüququna malikdir.

1.75.           Səyahət balları müqabilində verilən təyyarə aviabiletləri üzrə müddəa aviaşirkətin əsas qaydaları ilə tənzimlənir. "Azərbaycan Hava Yolları" aviaşirkəti  sözügeden aviabiletlərin təyyarə səfəri ərzində istifadəsi zamanı dəymiş ziyanlar istisna olmaqla, bu kimi aviabiletlərin istifadəsi nəticəsində dəymiş (maddi və ya mənəvi) ziyana görə məsuliyyət daşımır. Beynəlxalq hava nəqliyyatında dəymiş ziyan 1955-ci ildə Haaqada edilmiş düzəlişlərlə 1929-cu il Varşava Konvensiyasında, habelə Azərbaycan Respublikasının qoşulduğu digər beynəlxalq sazişlər, eləcə də "Azərbaycan Hava Yolları"  qaydalarında nəzərdə tutulduğu kimi kompensasiya edilməlidir.

Mükafatlandırıcı aviabiletlər

1.76.           Səyahət balları müqabilində pulsuz mükafatlandırıcı aviabilet əldə etmək üçün "Azərbaycan Hava Yolları" aviaşirkətinin ofis və ya filialına müraciət edərək müvafiq ərizə formasını doldurmalıdır.

1.77.           Pulsuz mükafatlandırıcı aviabiletin tarixinin uçuşdan əvvəl, yalnız müvafiq statuslu  iştirakçılar üçün nəzərdə tutulmuş imtiyazlara uyğun olaraq dəyişdirmək hüququ verilir. 

1.78.           AZAL-Miles proqramının Classiс, Silver, Gold və Platinum kart sahibləri, uçuşdan sonra, 75 avro (bir uçuş istiqamət) ödəmək şərti ilə mükafatlandırıcı aviabiletin uçuş saatını və tarixini dəyişdirə bilərlər. Mükafatlandırcı aviabiletin ləğvinə və qaytarılmasına icazə verilmir.

1.79.          “Classic” status iştirkaçısına mükafatlandırcı aviabiletinin uçuş saatının və tarixinin uçuşdan əvvəl dəyişdirilməsinə icazə verilir. Bu zaman hər uçuş seqmentinə görə 50 avro ödənilməlidir. 

1.80.           "Azərbaycan Hava Yolları" aviaşirkəti bəzi və ya bütün uçuşlarda pulsuz mükafatlandırıcı aviabiletlərin sayını məhdudlaşdırmaq hüququna malikdir.

1.81.           Pulsuz mükafatlandırıcı aviabileti yalnız Səyahət ballarını toplamış şəxslər istifadə edə bilər və həmin aviabiletlər üçüncü şəxsin adına rəsmiləşdirilə bilməz.

1.82.           İstifadə edilməmiş pulsuz mükafatlandırıcı aviabilet aviaşirkətə qaytarıla bilməz və müvafiq Səyahət balları iştirakçının hesabına qaytarılmır.

1.83.           Pulsuz mükafatlandırıcı aviabiletə görə rüsum, hava limanı yığımları və digər xərclər ödənilməlidir.

1.84.           İştirakçı Səyahət ballarını "Azərbaycan Hava Yolları" aviaşirkətinin veb-saytında dərc edilmiş xidmət sinfinin yüksəldilməsi cədvəlinə uyğun olaraq xidmət sinfini yüksəltmək məqsədilə istifadə edə bilərlər.

1.85.           İştirakçı xidmət sinfinin yüksəldilməsi üçün ya "Azərbaycan Hava Yolları" aviaşirkətinin ofisinə, ya da satış agentliyinə müraciət edərək müvafiq ərizə formasını doldurmalıdırlar.

1.86.           Xidmət sinfinin yüksəldilməsi yalnız ödənişli "Y" ekonom sinif aviabiletləri üçün mümkündür.

1.87.           Səyahət və Status balları xidmət sinfi yüksəldilmiş aviabiletin yalnız ödənilən hissəsi üçün veriləcək.

1.88.           Xidmət sinfi yüksəldilmiş aviabiletlərin uçuş tarixinin dəyişdirilməsinə yalnız uçuşdan əvvəl və müvafiq statuslu iştirakçılar üçün nəzərdə tutulmuş imtiyazlara uyğun olaraq icazə verilir. Bu kimi dəyişikliklərə görə rüsum və ya yığımlar alına bilər.

1.89.           Səyahət balları müqabilində verilmiş Xidmət Sinfinin yüksəldilməsi üçüncü şəxslərə şamil edilə bilməz və yalnız Səyahət ballarını qazanmış proqram iştirakçıları üçün nəzərdə tutulmuşdur.

1.90.           "Azərbaycan Hava Yolları" aviaşirkəti bəzi və ya bütün reyslərdə Xidmət Sinfi yüksəldilmiş aviabiletlərin sayını məhdudlaşdırmaq hüququna malikdir.

1.91.           Əgər sərnişin Səyahət balları ilə xidmət sinfi yüksəldilmiş ekonom aviabiletini ləğv etmək istəyərsə, həmin  aviabiletin dəyəri standart ekonom sinif qaydalarına uyğun olaraq qaytarılacaq. Aviabiletin məbləğinin qaytarılması təsdiq edildikdən sonra xidmət sinfini artırmaq üçün istifadə edilmiş Səyahət balları da proqram iştirakçısının hesabına qaytarılır. Səyahət balları iştirakçının hesabına qaytarılarkən qaytarma ekonom sinif üzrə geri ödəmə qaydalarına uyğun olaraq həyata keçirilməlidir.

1.92.        AZAL-Miles tez-tez uçan sərnişin proqramında Səyahət ballarının istifadəsi ilə bağlı edilən ən son dəyişikliklərə əsasən, A Biznes sinfi ilə mükafatlandırıcı aviabilet əldə etmiş sərnişinlər aviabiletin uçuş tarixini dəyişdirmək istədikləri zaman və dəyişdirilən tarixdə A Biznes sinfi mövcud olmadığı halda, iki sinif arasında olan  balların fərqi çıxılaraq  aviabiletlərini Z VİP Club – sinfi ilə əvəzləyə bilərlər.  

Digər müddəalar

1.93.           Əgər "AZAL MILES" iştirakçı kartı itirilərsə və ya oğurlanarsa, proqram iştirakçısı ya yazılı şəkildə, ya dawww.azal.az veb-saytında "Bizimlə əlaqə" bölməsinə  daxil olaraq dərhal "Azərbaycan Hava Yolları" aviaşirkətinə məlumat verməlidir. "Azərbaycan Hava Yolları" aviaşirkəti iştirakçı kartının qanunsuz istifadəsinə görə heç bir məsuliyyət daşımır.

1.94.          "Azərbaycan Hava Yolları" aviaşirkəti iştirakçı haqqında qaydaları pozan, qeyri-dəqiq məlumatlar verən və ya son 36 ay ərzində Səyahət, yaxud Status balları toplamamış iştirakçıları proqramdan xaric etmək hüququna malikdir.

1.95.           Proqramdan xaric edilmiş iştirakçılar "Azərbaycan Hava Yolları" aviaşirkətinin qərarına əsasən yenidən iştirakçı olmaq üçün müraciət edə bilərlər.

1.96.           İştirakçı proqramdan xaric edildiyi təqdirdə, onun topladığı bütün Səyahət və Status balları ləğv ediləcək və kompensasiya verilməyəcək.

"Azərbaycan Hava Yolları" aviaşirkətinin maddi öhdəlikləri üzrə məhdudiyyətlər

1.97.           Pulsuz mükafatlandırıcı aviabiletlərə dair uçuş üzrə məhdudiyyətlərlə icazə verilən həcmdə təmin edilməlidir. "Azərbaycan Hava Yolları" aviaşirkəti pulsuz mükafatlandırıcı aviabiletlərin verilməsinin mümkün olmamasına görə heç bir məsuliyyət daşımır və vəziyyətdən asılı olaraq pulsuz mükafatlandırıcı aviabiletlərin verilməsi mümkün olmadıqda öz mülahizəsinə əsasən sözügedən pulsuz mükafatlandırıcı aviabilet üçün müraciət edərkən istifadə edilmiş Səyahət ballarının qaytarılması barədə qərar qəbul edir.

1.98.           "Azərbaycan Hava Yolları" aviaşirkəti müəyyən vaxt çərçivəsində / bəzi uçuşlarda pulsuz mükafatlandırıcı aviabilet barədə müddəanın qadağan edilməsi hüququna malikdir.

1.99.           İştirakçının topladığı Səyahət balları həmin iştirakçının mülkiyyəti deyil və ona görə də hər hansı digər məqsədlə istifadə edilə bilməz.

2.00.           Siz "Azərbaycan Hava Yolları" aviaşirkətinin veb-saytına (www.azal.az) daxil olaraq   "AZAL MILES" proqramı və imtiyazlar barədə ətraflı məlumat əldə edə bilərsiniz.

"Azərbaycan Hava Yolları" aviaşirkətinin əməkdaş aviaşirkətlərlə birgə uçuşları barədə

2.01.           Səyahət balları müqabilində pulsuz mükafatlandırıcı aviabilet və xidmət sinfinin yüksəldilməsi "Azərbaycan Hava Yolları" aviaşirkətinin tərəfdaş aviaşirkətlərlə birgə həyata keçirdiyi uçuşlara şamil edilmir.

2.02.           Çarter uçuşları və digər aviaşirkətlərin uçuşlarına görə Səyahət və Status balları hesaba əlavə edilmir. «AZAL MILES» proqramının imtiyazları yalnız "Azərbaycan Hava Yolları" aviaşirkətinin həyata keçirdiyi uçuşlara görə verilir.