Tədris mərkəzi - Azerbaijan Airlines

“AZAL Training” Aviasiya Tədris - Təlim Mərkəzi 2010-cu ildə yaradılmışdır. “AZAL Training” hava gəmisinin (HG) heyət üzvlərinin və yerüstü heyətin ilkin hazırlığı, yenidən hazırlanması və ixtisasının təkmilləşdirilməsi növləri üzrə müasir tədris bazasına malikdir. “AZAL Training” mülki aviasiya (MA) sahəsində aviasiya personalının hazırlanması kursları üzrə səlahiyyətli orqan tərəfindən sertifikatlaşdırılmışdır. Mərkəzdə hazırlıq yüksək ixtisaslı müəllim heyəti, o cümlədən müasir hava gəmilərinin (HG) istismarında əhəmiyyətli təcrübə toplamış və dünyanın aparıcı tədris mərkəzlərində hazırlıq keçmiş təlimatçılar tərəfindən həyata keçirilir. 

Tədris bazası müasir texniki tədris vəsaitləri və ən yeni aviasiya trenajorları ilə təchiz olunmuşdur. 

Tədris mərkəzində İCAO (International Civil Aviation Organization) beynəlxalq mülki aviasiya təşkilatının yeni standartlarına əsasən əcnəbi (ingilis) dilinin öyrənilməsində tədris prosesinin keyfiyyətinin və hazırlığın effektivliyinin yüksəldilməsini nəzərə çarpacaq dərəcədə artırmağa imkan verən multimedia texnologiyasından istifadə olunur. 

2010-cu ildə istismara A320 ailəsinə məxsus Airbus, Boeing -757/767, ATR-42/ 72 və İL-76 təyyarələrini idarə edəcək pilotların hazırlanması üçün nəzərdə tutulmuş pilotaj trenajor kompleksi daxil edilmişdir. Hal-hazırda bu trenajorlar öz dərəcəsinə görə ən müasir trenajorlar hesab olunur və aviasiya trenajorlarının ən yüksək beynəlxalq sertikatlaşdırma sinifi olan “D” sinifinə uyğundur.

Tədris mərkəzində hava gəmisində (HG) baş verən müxtəlif tipli qəza vəziyyətlərini modelləşdirməyə imkan verən qəza-xilasetmə hazırlığının aparılması üçün müasir trenajor kompleksi mövcuddur. 

Bu günki günə “Azal Training”-ə aviasiya məktəblərinin məzunlarına Airbus A320 və Boeing 757 ailələrinə məxsus müasir təyyarələrin müvəffəqiyyətlə öyrənilməsinə şərait yaradan “Multi-crew Cooperation Course” proqramı daxil edilmişdir.