Uçuşların təhlükəsizliyi - Azerbaijan Airlines

"Azərbaycan Hava Yollarının" ən vacib vəzifəsi uçuşların təhlükəsizliyinin təminatıdır", — Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev. 

Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” aviaşirkətinin uçuşlarının təhlükəsizliyinin artırılmasına daima böyük diqqət yetirilir. “Azərbaycan Hava Yolları” aviaşirkətinin tətbiq etdiyi təhlükəsizlik standartları bu gün dünyanın ən yüksək standartlarının tələblərinə uyğundur. Təəccüblü deyildir ki, iri və dünyada ən çox hörmət olunan “İCAO ” (International Civil Aviation Organization) beynəlxalq mülki aviasiya təşkilatının 2010-cu ilin fevral ayında təqdim etdiyi audit nəticələri “Azərbaycan Hava Yolları” aviaşirkətinin Azərbaycandakı uçuşlarının təhlükəsizliyinin yüksək səviyyədə olmasını sübut edir.
 
“Azərbaycan Hava Yolları” aviaşirkəti 2008-ci ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) aviasiyanın əsas məsələsi olan təhlükəsizlik auditini uğurla keçmişdir. Beləliklə, İOSA-nın (İATA təhlükəsizlik auditi) uçuşların keyfiyyət və təhlükəsizlik auditini keçməklə, “Azərbaycan Hava Yolları” aviaşirkəti İOSA Operatorları reyestrinə daxil edilmişdir və dünyanın ən təhlükəsiz aviaşirkətlər cəmiyyətinin tam hüquqlu üzvü olmuşdur. İndiki zamanda isə “Azərbaycan Hava Yolları” aviaşirkətinin rəhbərliyi və heyəti tərəfindən təhlükəsizlik, uçuşların müntəzəmliyi, mədəniyyət və sərnişinlərə göstərilən xidmətin keyfiyyəti və aviaşirkətin dünya və aviasiya ictimaiyyətinin gözündəki ümumi imicinin təkmilləşdirilməsi üzrə son dərəcə dəqiq və gündəlik iş aparılır.

İOSA — Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA Operational Safety Audit) aviaşirkətlərin istismar təhlükəsizliyinin audit proqramıdır, hansı ki, istismar idarəetmə sistemlərinin və hava daşıyıcılarının qiymətləndirilməsi üçün nəzərdə tutulmuşdur.
 
Bu gün İOSA aviadaşımaların həyata keçirilməsi və onların təhlükəsizliyinin təmin olunması sahəsində bütün dünya aviasiya sənayesinin qabaqcıl harmonizasiya edilmiş standartıdır. İOSA aviasiya sənayesinin dəyişən tələblərinə və nizama salınmış sənədlərə müvafiq olaraq daima aktual vəziyyətdə saxlanılır, mükəmməlləşdirilir, qiymətləndirilir və aktuallaşdırılır. IATA-nın tələblərinə uyğun olaraq İATA üzvü olan bütün aviaşirkətlər İOSA auditini keçməlidirlər. Yoxlama prosedurasını müvəffəqiyyətlə keçən şirkətləri İOSA Operatorlar reyestrinə daxil edirlər. 

Bu gün İOSA sertifikasiyasını Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında (İATA) vəkil edilmə prosesini keçmiş səkkiz müstəqil audit şirkəti həyata keçirir. İOSA standartları üzrə əsaslanmaya 872 tələb daxildir ki, aviaşirkət onlara müvafiqliyi auditin aparıldığı müddətdə təsdiq etməlidir. İOSA sertifikatı dünyanın iri aviaşirkətlərinin beynəlxalq alyanslarına “buraxılış vərəqəsinə” oxşayır və İATA-ya məcburi üzv olmaq üçün şərt sayılır. “Azərbaycan Hava Yolları” aviaşirkətinin işinin təhlükəsizliyinin beynəlxalq səviyyədə tanınması həm daxili bazarda, həm də beynəlxalq aviadaşımalar bazarında bizim aviaşirkət üçün daha yüksək status zəmanəti verir.