Boeing 787-8 Dreamliner - Azerbaijan Airlines

«Boeing-787-8» Dreamliner ən müasir hava gəmilərindən biridir. Son texniki nailiyyətləri özündə cəmləşdirən bu layner daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan yaradır.  Müasir texnologiyaların tətbiqi sayəsində təyyarə istismar nöqteyi-nəzərindən əlverişli və yanacaq istifadəsi baxımından qənaətlidir. Burada sərnişinlər üçün rahat şərait yaradılmışdır. Layner həm texniki, həm də istismar parametrlərinə görə digər hava gəmilərindən fərqlənir.  Analoji laynerlərdən daha az çəkiyə malikdir. Buna baxmayaraq, uçuş məsafəsi və yükgötürmə imkanı digər hava gəmilərindən yüksəkdir və 20% az yanacaq işlədir. Genişfüzelyajlı «Boeing-787-8» Dreamliner 210 sərnişin tutumuna malikdir. Fasiləsiz 15 saat uçuş yerinə yetirməyə qadir olan bu təyyarə 15700 km məsafə qət edə bilir. Bu göstəricilərə görə Dreamliner müasir sərnişin avialaynerləri arasında liderdir. “Arzular layneri”nin salonunda müxtəlif xidmət siniflərinə uyğun üç növ oturacaq mövcuddur.  Təyyarənin bütün aeronaviqasiya sistemləri, sərnişin salonundakı audio və video sistemlər müasir texnologiyalar əsasında hazırlanmışdır.

MDB məkanında və bir sıra şərq ölkələri arasında ilk dəfə Azərbaycan «Boeing-787-8» Dreamliner hava gəmisinə sahib olmuşdur.

Texniki məlumat

Uçuş heyəti 2-4
Bort bələdçilər 2-13
Sərnişin tutumu 210 sərnişin
Uçub qalxma zamanı maksimal kütlə 227 930 kq
Uçuş məsafəsi 13 621 km
Kreyser sürəti 956 km/saat
Maksimum xidməti yüksəklik 13 100 m
Uzunluğu 56.72  m
Qanadların kənar nöqtələri arasındakı məsafə 60.12 m
Hündürlüyü 16.92 m

 

Oturacaqların yerləşməsi

Boeing 787-8 Dreamliner salonun quruluşu

Fotoqalereya