Airbus A319 - Azerbaijan Airlines

Airbus 319-100 – Hava yolları üçün nəzərdə tutulmuş kiçik və orta ölçülü sərnişin təyyarəsi 


“Airbus Industrie” konsorsiumu 1990-cı ildə qısaldılmış füzelyajlı A320 təyyarəsinin 120 yerlik variantının ilkin tədqiqatlarına başladı. A320 M-7 şərti işarəsi ifadə etdiyi kimi kresloların yeddi sırasının götürülməsi nəzərdə tutulurdu. Sonradan təyyarəyə A319 nişanı verildi. Airbus 319-100 təyyarəsinin təkmilləşdirilmə proqramı rəsmi olaraq 1992-ci ilin may ayının sonunda başlandı. Konsorsium, təyyarənin işlənib hazırlanmasına bilavasitə əsas rəqibləri amerikan təyyarələri Boeing 737-300Boeing 737-500 vəMcDonnell Douglas MD-87 olan A319 təyyarəsinin etibarlı bazarına tam əmin olduqdan sonra 1993-cü ilin iyununda ancaq başladı. 

Airbus 319-100 təcrübə təyyarəsinin ilk uçuşu 25 avqust 1995-ci il tarixində baş vermişdir. 1996-cı ilin mart ayının sonunda sertifikatlaşdırılma başa çatdırılmış və həmin ilin aprel ayında ilk A319 təyyarəsi aviaşirkətə verilmişdir. Sifarişçilərin tələblərinin tam təmin olunması məqsədilə A319 təyyarəsinin V2500 tipli motorlara malik modifikasiyası buraxılır. Bununla əlaqədar olaraq, CFM56 tipli motorları ilə təchiz olunmuş təyyarələrə А319 -110 nişanı, V2500 tip motorlu təyyarələrə isə A319 -130 nişanı verildi.

Avadanlıq

Təyyarə, Airbus Industrie A320 təyyarəsinin kompleksi ilə analoji tərkibdə olan rəqəmsal EFİS (Electronic Flight Instrument System) aviakosmik elektronika avadanlığı kompleksi ilə təchiz olunmuşdur.

Hazırda “Azərbaycan Hava Yolları”nın parkında  3 Aerobus A-319 tipli təyyarə var.

Motorlar

İki konturlu turboreaktiv СFM International CFM56-5A4 (2x9990 kgs), CFM56-5B5 (2x9990 kgs) və ya CFM56-5B6 (2x10670 kgs) motorları (TVM). 1995-ci ildən seriyalarda buraxılır.

 

Texniki məlumat

Uçuş heyəti  2-4 nəfər
Bort bələdçilər 3-5 nəfər
Sərnişin tutumu 122 sərnişin
Uçub qalxma zamanı maksimal kütlə 73 500 kq.
Uçuş müddəti 6845 km.
Kreyser sürəti 895 km/saat
Xidməti yüksəklik 11 200 m.
Uzunluğu 33,84 м
Qanadların kənar nöqtələri arasındakı məsafə 33,84 m.
Hündürlüyü 11,76 m

 

 

Oturacaqların yerləşməsi

Airbus A319 salonun quruluşu

 

Fotoqalereya