ABŞ-na/dan uçan sərnişinlərin nəzərinə - Azerbaijan Airlines

 AZAL-ın Nyu-York-Bakı istiqamətindəki müntəzəm uçuşları ilə Azərbaycana səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Viza şöbəsində, müvəqqəti olaraq, Azərbaycan Respublikasına qısa müddətli birdəfəlik viza rəsmiləşdirilə bilər.

ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) yayımladığı qərara əsasən, ABŞ-a/ dan uçuşlarda 350 millilitrə bərabər və ya daha çox miqdarda toz maddələrinin (un, şəkər, qəhvə, ədviyyat, süd tozu, pudra və s.) əl-yükündə və ya sərnişinin üzərində daşınmasına icazə verilmir. 350 ml həcmindən az olan toz məhsullar xüsusi təhlükəsizlik baxışına məruz qalır və əgər bu məhsullar uçuş zamanı gərəkli deyilsə sərnişinləri onları qeydiyyatdan keçmiş baqajda aparmağa dəvət edirik.

•        350 millilitrə bərabər və ya daha çox toz materilların salonda daşınmasına icazə verilmir və qeydiyyatdan keçmiş baqajda daşınmalıdır.

•        Xüsusi hermetik qablarda uşaq və körpə yeməkləri, reseptli dərman və insan qalıqları salonda daşınmaya buraxılır.

•        Son yola düşmə hava limanında duty free dükanlarda alınmış toz maddələr kassa çeki ilə yanaşı Xüsusi hermetik bağlamada (Sealed Tamper Evident Bag) yerləşdirilməlidir.

 Sərnişinlərə xidmət planı

 Uçuş meydanında uzunmüddətli yubanma zamanı tədbirlər planı

 Boeing-787-800 təyyarənin sərnişin oturacaqların quruluşu