
İstanbul-Bakı istiqamətində yerinə yetirilən xüsusi uçuşlarda Azərbaycanlı tələbələr güzəştli aviabiletlərdən yararlana bilərlər.
Ətraflı şərtlər və güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru:
- Güzəşt yalnız “Azərbaycan Hava Yolları”nın İstanbul-Bakı marşrutu üzrə yerinə yetirilən xüsusi uçuşlarına şamil edilir;
- Güzəştli aviabiletin rəsmiləşdirilməsi üçün www.azal.az saytının əsas səhifəsində müvafiq sahədə uçuş istiqaməti seçildikdən sonra “Mən tələbəyəm” xanası işarələnməlidir;
- Növbəti səhifədə xarici universitetlərin tələbəsi olan Azərbaycan vətəndaşları üçün xüsusi tarif üzrə aviabiletin dəyəri göstəriləcək;
- Aviabiletin rəsmiləşdirilməsi prosesi başa çatdıqdan sonra sərnişin rəsmiləşdirmə zamanı ona verilən təxsis nömrəsini, immiqrasiya sənədinin və pasportun skan edilmiş surətini əks əlaqə forması və ya +994 70 437 40 86 nömrəsi ilə WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərməlidir;
- Buna cavab olaraq sərnişinə aviabiletin dəyərinin ödənilməsi üçün link göndəriləcək. Ödəmə linki 60 dəqiqə ərzində aktivdir;
- Ödəniş edildikdən sonra, sərnişinə rəsmiləşdirmə prosesində göstərilən elektron ünvana marşrut qəbzi göndəriləcək;
- Aviaşirkətin xüsusi reyslərində xüsusi davranış qaydaları mövcuddur. Qaydalarla bu videoda tanış ola bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M.