COVID-19: Suallar və cavablar

COVID-19 pandemiyasının yayılması ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin reyslərinə aviabiletlərin qaytarılması və dəyişdirilməsi qaydaları

  1. COVID-19 pandemiyasının yayılması ilə əlaqədar hansı aviabiletlər qaytarılmalı və dəyişdirilməlidir?

2020-ci ilin 10 mart tarixindən 1 iyul tarixinədək uçuş dövrünü əhatə edən “AZAL” və “Buta Airways” aviaşirkətlərinin aviabiletləri ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər.

Açıq tarixlə rəsmiləşdirilmiş aviabiletlər (konkret geri qayıdış tarixi qeyd edilməyən biletlər) istisnadır.

  1. Aviabiletlərin qaytarılması və ya dəyişdirilməsi üçün hara müraciət etmək lazımdır?

callcenter@azal.az elektron poçtu vasitəsilə yazılı formada aviaşirkətin çağırış mərkəzinə və ya aviaşirkətin internet saytında əlaqə forması vasitəsilə müraciət etməyiniz xahiş olunur.

  1. Aviabiletlər hansı tarixə dəyişdirilə bilər?

Yeni uçuş tarixi ilkin aviabilet üzrə uçuş tarixindən sonrakı 12 aydan gec olmamalıdır.

  1. Yalnız uçuş tarixi dəyişdirilə bilər? Yoxsa uçuş istiqamətinin də dəyişdirilməsinə icazə verilir?

Sərnişinə təkcə uçuş tarixini deyil, tariflər arasında fərqin ödənilməsi şərtilə (həmin fərq mövcuddursa) uçuş istiqamətini də dəyişmək imkanı təqdim edilir. Bu halda arzu olunan tarixdə həmin istiqamət üzrə reysin yerinə yetirilib-yetirilmədiyi nəzərə alınır.

  1. Mən aviabileti dəyişmək istəmirəm, ödədiyim pulu geri almaq istəyirəm. Bu mümkündürmü?

Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi (EMD) təklif edirik. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən bir il ərzində istifadə etmək mümkündür. Vauçer “AZAL” və “Buta Airways” aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır. Vauçerin kodu sərnişinin elektron poçtuna göndəriləcək. Həmin kod aviaşirkətin rəsmi kassalarında və agentliklərində aviabiletin alışı zamanı təqdim edilə bilər.

Sərnişin yuxarıda qeyd edilən şərtlərlə razılaşmadığı təqdirdə, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini növbəli şəkildə qaytarmağa hazırdır.

  1. Mənim uçuşum 1 iyul 2020-ci il tarixdən sonradır. Mən aviabileti dəyişə və ya geri qaytara bilərəmmi?

Uçuş tarixi 2020-ci ilin 1 iyul tarixindən sonraya təsadüf edən aviabiletlər həmin biletlərin alışı zamanı sərnişin tərəfindən seçilən tariflərin qaydalarına əsasən dəyişdirilir və geri qaytarılır. Qeyd etməliyik ki, bu halda vəsaitin qaytarılması, eyni qaydada, aviaşirkətin normal fəaliyyəti bərpa edildiyi vaxtdan 60 gün sonra həyata keçiriləcək.

  1. Yerli və beynəlxalq istiqamətlər üzrə reyslərin yerinə yetirilməsinə nə zaman başlanacaq?

Daxili və beynəlxalq aviareyslərin bərpa edilməsi barədə qərar ölkələrin hökumətləri tərəfindən qəbul olunur, həmçinin aviaşirkətimizin uçuşlar yerinə yetirdiyi dövlətlərin sərhədlərinin açılma müddətindən birbaşa asılıdır. Sosial şəbəkələrdəki rəsmi səhifələrimizdə yerləşdirilən məlumatları, həmçinin müvafiq dövlət qurumlarının kütləvi informasiya vasitələrində xəbərlərini izləməyinizi tövsiyə edirik.

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.