CİDDƏ: incəsənət şəhəri

Ciddə Səudiyyə Ərəbistanının qərbində, Qırmızı dənizin sahilində yerləşən şəhərdir. Gecələr milyonlarla parlaq işıq saçan Ciddə möhtəşəm mənzərəyə çevrilir. Şəhər “Jeddah Corniche” adlanan və bir çox otel, çimərlik və kurortu özündə cəmləyən dənizkənarı ərazisi ilə heyrətləndirir. Sahəsi 35 km-dən çox olan dənizkənarı “Corniche” Ciddədə gəzinti üçün ideal yerdir. Dalğıclıq, sörf, yaxta gəzintisi və çimərlikdə rahat istirahəti sevənlər Ciddəyə gəlir. Burada bütün gününüzü keçirə biləcəyiniz mükəmməl əyləncə parkı - “Şallal Park” var. Qarğıdalı və buğda sıyığı, buxarda hazırlanmış ballı toyuq, fındıq və düyü ilə quzu, qaymaqlı, pendirli piroqun dadına isə mütləq baxın.

 

Bakıdan Ciddəyə uçuşlar həftədə iki dəfə yerinə yetirilir.

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.