Heyvanlarla səyahət

Heyvanların təyyarə ilə daşınması

Heyvanların daşınması yalnız aviaşirkətin razılığı ilə həyata keçirilir və daşınan heyvanların sayı və növü üzrə məhdudiyyətlər mövcuddur. Ev heyvanınızı səfərə aparmaq qərarı verdiyiniz təqdirdə, təxsisetmə zamanı, aviabilet alarkən və ya aviaşirkətin məlumat mərkəzi vasitəsilə cədvəldə göstərilən uçuş vaxtından ən azı 24 saat əvvəl bu barədə məlumat verməlisiniz. Hava gəmisinin baqaj bölməsində daşınması üçün heyvanın (o cümlədən quşun) konteynerlə birlikdə çəkisi 75 kq-dan çox olmamalıdır.

Heyvanın uçuşa hazırlanması

Heyvanınızın uçuş ərzində sakitliyini təmin etmək üçün heyvan əvvəlcədən buna hazırlanmalıdır. Altı ay və ya daha əvvəl aviaşirkətin tələblərinə cavab verən daşıyıcı konteyner alın, içərisinə rahat, heyvana tanış olan döşənəcək salın və oyuncaqlarını qoyun – bura onun üçün həbsxana deyil, sevimli guşəsi olmalıdır. Heyvanın ev şəraitində qəfəsə alışmasına imkan yaradın.

Konteynerlə birlikdə çəkisi 32 kq-dan 75 kq-dək olan iri itlər təyyarənin baqaj bölməsində xüsusi qapalı konteynerlərdə aşağıdakı tələblərə uyğun olaraq daşınmalıdır:

  • Konteynerin hündürlüyü, eni və uzunluğu itin ölçüsünə uyğun olmalıdır və heyvanın təkcə oturması və uzanmasını deyil, həm də ayaq üstə dayana bilməsini və 360 ° sərbəst dönməsini təmin etməlidir;

  • Konteyner üzərindəki işarələr daşınan heyvanın maksimal icazə verilən çəkisini, həmçinin boş konteynerin kütləsini əks etdirməlidir;
  • Qəfəsin iki hissəsi boltla bərkidilməlidir. Hər hansı digər qıfıl sistemi olan qəfəslərdən istifadəyə icazə verilmir;
  • Çəkisi 32 kq-dan çox olan heyvanın yerləşdirildiyi istənilən konteyner ən azı iki tərəfdən tutacaqla təchiz olunmalıdır;
  • Qəfəsdə yeri möhkəmləndirilmiş bir su qabı qoyulmalıdır;
  • Qapı dörd tərəfdən kilidi bağlayan mərkəzləşdirilmiş kilidləmə sistemi ilə təchiz olunmalıdır. Bundan əlavə, hər tərəfdən plastik bağların istifadəsi tələb olunur;
  • Qəfəsin təkərləri çıxarılmalıdır və ya, bağlamaq mümkündürsə, bağlanmalı və ya yapışqan lentlə möhkəmləndirilməlidir;
  • Qəfəsin içinə ədyal, qəzet və ya digər hopdurucu material döşənməlidir. Nəzərə alın ki, saman və torfdan istifadə qadağandır; Heyvanın yerləşdirildiyi konteynerin hava gəmisinə yüklənməsi/düşürdülməsi zamanı əlavə qatlanan tutacaqların sınmaması üçün tutacaqlar qatlanmalı və yapışqan lentlə möhkəmləndirilməlidir.

Diri heyvan(lar) daşımaya görə məsuliyyət haqqında bəyannamə (PDF)

Heyvanların daşınması üçün “Azərbaycan Hava Yolları” aviaşirkətinin tarifləri:

AVIH (baqajda heyvan) – baqajın pulsuz daşınma normasına daxil edilmir və baqajın çəkisi və ölçülərindən asılı olaraq ödəniş nəzərə alınmaqla baqaj üçün müəyyən edilmiş xüsusi haqq alınır.

 

AZAL klassik uçuşları üçün (Avropa, ABŞ və Çin istiqamətləri istisna olmaqla)

Heyvanın qəfəs ilə birlikdə çəkisi

32 kq-a qədər qəfəs ölçüləri 158 sm-ə qədər

70 EUR/75 USD/280 AED/285 SAR/24 KWD

 

 Heyvanın qəfəs ilə birlikdə çəkisi

32 kq – 75 kq-a qədər qəfəs ölçüləri 158 sm-dən 203 sm-ə qədər

 

140 EUR/150 USD/560 AED/570 SAR/48 KWD

 

 Heyvanın qəfəs ilə birlikdə çəkisi

8 kq-a qədər qəfəs ölçüləri 55x20x40

(təyyarə salonunda)

 

70 EUR/75 USD/280 AED/285 SAR/24 KWD.

 

 Baqaj ölçüsü 203 sm-dən böyük olarsa

 

140 EUR/150 USD/560 AED/570 SAR/48 KWD.

 

 

ABŞ və Çin istiqamətləri

 Heyvanın qəfəs ilə birlikdə çəkisi

32 kq-a qədər qəfəs ölçüləri 158 sm-ə qədər

 150 EUR/160 USD

 

 Heyvanın qəfəs ilə birlikdə çəkisi

32 kq – 75 kq-a qədər qəfəs ölçüləri 158 sm-dən 203 sm-ə qədər

 

300 EUR/320 USD

 

 Heyvanın qəfəs ilə birlikdə çəkisi

8 kq-a qədər qəfəs ölçüləri 55x20x40

(təyyarə salonunda)

 

150 EUR/160 USD

 Baqaj ölçüsü 203 sm-dən böyük olarsa

 –

300 EUR/320 USD

 

 

Avropa istiqamətləri

 Heyvanın qəfəs ilə birlikdə çəkisi

32 kq-a qədər qəfəs ölçüləri 158 sm-ə qədər

 

80 EUR/85 USD/75 GBP

 

 

 Heyvanın qəfəs ilə birlikdə çəkisi

32 kq – 75 kq-a qədər qəfəs ölçüləri 158 sm-dən 203 sm-ə qədər

 160 EUR/170 USD/150 GBP

 Heyvanın qəfəs ilə birlikdə çəkisi

8 kq-a qədər qəfəs ölçüləri 55x20x40

(təyyarə salonunda)

 

 80 EUR/85 USD/75 GBP

 

 Baqaj ölçüsü 203 sm-dən böyük olarsa

 160 EUR/170 USD/150 GBP

 

 

Təyyarə salonunda eyni döldən olan və ümumi çəkisi 8 kiloqramdan artıq olmayan iki ev heyvanının (pişik, it, dekorativ quşlar) qəfəsdə daşınmasına icazə verilir. Üç ölçünün cəmi üzrə konteynerin (qəfəsin) ölçüsü 115 santimetrdən (55х20х40) böyük olmamalıdır. Heyvanla birlikdə qəfəsin çəkisi 8 kiloqramdan artıq olduğu halda heyvan baqaj bölməsində daşınmalıdır.

Uçuşların təhlükəsizliyini, habelə sərnişinlərin və aviaşirkətin əmlakının təhlükəsizliyini təmin etmək məqsədilə iri və aqressiv itlərin standart sərt plastik konteynerlərdə daşınması yolverilməzdir.

Belə heyvanların, habelə konteynerlə birlikdə çəkisi 32 kq-dan 75 kq-dək olan itlərin daşınması üçün möhkəm ağacdan, metaldan, fanerdən və ya analoji materiallardan hazırlanmış, qapısının hər bir tərəfi bir cüt qıfılla təchiz olunmuş xüsusi konteynerlədən istifadə edilməlidir.

Cəkisi 75 kiloqramdan artıq olan heyvanlar yalnız yük kimi rəsmiləşdirilir və daşıma üçün qəbul edilir.

Diri heyvanların daşınması məqsədilə SSR vasitəsilə PNR-də qabaqcadan sorğu verilməli və təsdiq edilməlidir.