Təhlükəsizlik

Aviasiya Təhlükəsizliyi İdarəsi haqqında məlumat

 

Aviasiya Təhlükəsizliyi İdarəsi (ATİ) 1996-cı ildə yaradılmışdır və “AZAL” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi kimi fəaliyyət göstərir. İdarə öz fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir: aviasiya təhlükəsizliyinin, mühafizə xidmətinin, buraxılış və obyektdaxili rejimin, yanğın təhlükəsizliyinin, qəza-xilasetmə xidmətinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının, mülki müdafiənin, xüsusi texniki vasitələrə qulluğun, habelə mülki aviasiya təhlükəsizliyi sahəsində video müşahidənin təmin edilməsi. İdarə öz fəaliyyətini “AZAL” QSC-nin Nizamnaməsi və ATİ-nin Əsasnaməsi əsasında qurmuşdur və hava limanlarında, “AZAL” QSC-nin struktur bölmələrində Azərbaycan Respublikası Prezidentinin 24.04.2012-ci il 613 saylı fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi dövlət proqramının” və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının” yerinə yetirilməsinə görə birbaşa məsuliyyət daşıyan orqandır.

Aviasiya Təhlükəsizliyi İdarəsi haqqında məlumat

 

Aviasiya Təhlükəsizliyi İdarəsi (ATİ) 1996-cı ildə yaradılmışdır və “AZAL” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi kimi fəaliyyət göstərir. İdarə öz fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir: aviasiya təhlükəsizliyinin, mühafizə xidmətinin, buraxılış və obyektdaxili rejimin, yanğın təhlükəsizliyinin, qəza-xilasetmə xidmətinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının, mülki müdafiənin, xüsusi texniki vasitələrə qulluğun, habelə mülki aviasiya təhlükəsizliyi sahəsində video müşahidənin təmin edilməsi. İdarə öz fəaliyyətini “AZAL” QSC-nin Nizamnaməsi və ATİ-nin Əsasnaməsi əsasında qurmuşdur və hava limanlarında, “AZAL” QSC-nin struktur bölmələrində Azərbaycan Respublikası Prezidentinin 24.04.2012-ci il 613 saylı fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi dövlət proqramının” və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının” yerinə yetirilməsinə görə birbaşa məsuliyyət daşıyan orqandır.

Aviasiya Təhlükəsizliyi İdarəsinin fəaliyyəti aşağıdakı hava limanlarında təşkil edilmişdir:


Heydər Əliyev Beynəlxalq Aeroportu:

  • Aviasiya təhlükəsizliyi xidməti
  • Mühafizə xidməti
  • Nəzarət-buraxılış xidməti
  • Yanğın təhlükəsizliyi və qəza-xilasetmə işləri xidməti
  • Kinoloji Xidmət

 


Gəncə beynəlxalq aeroportu və Yevlax aeroportu:

  • Aviasiya təhlükəsizliyi xidməti
  • Əlahiddə mobil dəstə
  • Yanğın təhlükəsizliyi və qəza-xilasetmə işləri dəstəsi

 


Zabrat Aeroportu və Pirallahı helikopter meydançası:

  • Aviasiya təhlükəsizliyi xidməti
  • Əlahiddə mühafizə dəstəsi
  • Yanğın təhlükəsizliyi və qəza-xilasetmə işləri dəstəsi

 

Zaqatala aeroportu:

  • Aviasiya təhlükəsizliyi xidməti

 

Lənkəran aeroportu:

  • Aviasiya təhlükəsizliyi xidməti

 

Qəbələ aeroportu:

  • Aviasiya təhlükəsizliyi xidməti

 

Heydər Əliyev Beynəlxalq Aeroportu

 

Aviasiya təhlükəsizliyi xidməti 

Aviasiya Təhlükəsizliyi İdarəsinin struktur bölməsi kimi Heydər Əliyev Beynəlxalq Aeroportunda Aviasiya təhlükəsizliyi xidmətinin vəzifəsi mülki aviasiya təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Bu vəzifənin yerinə yetirilməsinə Xidmətin xüsusi təlim görmüş və lazımi səviyyədə sertifikatlaşdırılmış personalı cəlb olunur.

Aviasiya təhlükəsizliyi xidmətinin əsas funksiyaları və vəzifələri aşağıdakılardır:

Müasir texniki vasitələrdən istifadə etməklə sərnişinlərin, ekipaj üzvlərinin, personalın və digər şəxslərin aviasiya təhlükəsizliyi məqsədilə yoxlanması;

  • Əl əşyalarının yoxlanması;
  • Beynəlxalq reys sərnişinlərinin profaylinqi, pasport yoxlaması, habelə digər xüsusi prosedurların yerinə yetirilməsi;
  • Hava gəmilərinin aviasiya təhlükəsizliyi məqsədilə yoxlanması;
  • Qeydə alınmış baqajın aviasiya təhlükəsizliyi məqsədilə yoxlanması;
  • Təyyarə yeməklərinin və azuqələrin hazırlanması və hava gəmisinə çatdırılması zamanı aviasiya təhlükəsizliyi məqsədilə yoxlanması;
  • Yüklərin və poçtun aviasiya təhlükəsizliyi məqsədilə yoxlanması.

 

Mühafizə xidməti 

Xidmət öz fəaliyyətini dörd növbəli iş rejimində işləyən 425 nəfərdən ibarət şəxsi heyət vasitəsilə gecə-gündüz fasiləsiz həyata keçirir. Aviasiya Təhlükəsizliyi İdarəsinin struktur bölməsi kimi Heydər Əliyev Beynəlxalq Aeroportunda Mühafizə xidmətinin vəzifəsi aşağıdakılardan ibarətdir:

  • Hava gəmilərinin, həyat təminatı obyektlərinin, hava limanının və aviasiya müəssisələrinin ərazisinin, habelə onlara bitişik ərazilərin mühafizəsini təmin etmək;
  • Buraxılış və obyektdaxili rejimi təmin etmək;
  • Hava limanının elektron hasarı boyunca mühafizəni təşkil etmək (64 post).

Hava limanının ərazisində nəzarəti gücləndirmək üçün silahlı mühafizə əməkdaşlarının növbə çəkdiyi gözətçi qüllələrindən istifadə olunur. Xidmətin tərkibində həmçinin Mobil dəstə də fəaliyyət göstərir və onun əsas vəzifəsi mülki aviasiyanın fəaliyyətinə mümkün qeyri-qanuni müdaxilələrə təxirəsalınmaz cavab verməkdən və belə müdaxilələrə qarşı mübarizə aparmaqdan ibarətdir.

 

Nəzarət-buraxılış xidməti

Aviasiya Təhlükəsizliyi İdarəsinin Nəzarət-buraxılış xidməti 03.09.2012-ci ildə yaradılmışdır. Nəzarət-buraxılış xidmətinin məsuliyyət dairəsinə VIP, CIP və biznes aviasiya zalları, habelə nəzarət-buraxılış məntəqələri və vəsiqələr şöbəsi daxildir. Xidmət öz fəaliyyətini dörd növbəli iş rejimində işləyən 303 nəfərdən ibarət şəxsi heyət vasitəsilə gecə-günüz həyata keçirir.

Nəzarət-buraxılış xidmətinin əsas vəzifəsi xidməti heyətin və digər şəxslərin, habelə nəqliyyat vasitələrinin nəzarət edilən zonalara və girişi məhdudlaşdırılmış mühafizə edilən zonalara təhlükəsiz buraxılışını təmin etməkdən, VIP, CIP və biznes aviasiya zallarında sərnişinləri və onların əl əşyalarını və baqajlarını aviasiya təhlükəsizliyi məqsədilə yoxlamaqdan ibarətdir. Vəsiqələr şöbəsi Azərbaycan Respublikasının mülki aviasiya aeroportlarına daimi və ya müvəqqəti şəxsi və nəqliyyat buraxılış vəsiqələrinin, habelə Azərbaycan Respublikası Mülki Aviasiya sistemində aviaşirkətlərin uçuş heyətləri və ekipaj üzvlərinə (İCAO standartlarına uyğun olaraq) şəxsiyyəti təsdiq edən sənədlərin hazırlanması və təqdim olunması funksiyasını həyata keçirir.

 

Yanğın təhlükəsizliyi və qəza-xilasetmə işləri xidməti. 

Aviasiya Təhlükəsizliyi İdarəsinin struktur bölməsi kimi Heydər Əliyev Beynəlxalq Aeroportunda Yanğın təhlükəsizliyi və qəza-xilasetmə işləri xidmətinin vəzifəsi aşağıdakılardan ibarətdir:

  • Uçuşların, sərnişinlərin, hava gəmilərinin, hava limanı ərazisindəki inzibati obyektlərin yanğın təhlükəsizliyini təmin etmək.
  • Təyin edilmiş nəzarət sektorlarında profilaktik yanğın təhlükəsizliyi işlərini, habelə “AZAL” QSC-nin Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yerləşən mülki aviasiya subyektlərində yanğın və partlayış təhlükəli texnoloji proseslərin yanğın təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirləri həyata keçirmək.

Hal hazırda xidmətin sərəncamında 6 ədəd aerodrom yanğınsöndürmə avtomobili və xüsusi texnika vardır ki, onların köməyi ilə hadisə yerinə 57 ton su və 7,8 ton köpükləndirici maye daşımaq mümkündür. Bu isə hava limanları üçün ICAO-nun 10-cu kateqoriyası üzrə yanğından mühafizə səviyyəsinə uyğun gəlir.

 

Kinoloji xidmət


Kinoloji xidmət 2006-cı ildə yaradılmışdır. Aviasiya Təhlükəsizliyi İdarəsinin struktur bölməsi kimi Heydər Əliyev Beynəlxalq Aeroportunda Kinoloji xidmətin vəzifəsi aşağıdakı istiqamətlər üzrə fəaliyyətin təşkilindən ibarətdir: 

  • xidməti itlərin köməyi ilə baqajların yoxlanması;
  • hava limanının elektron hasarı boyunca mühafizənin təmin edilməsi (itlərlə təmin edilmiş blok-postlar);
  • xidməti itlərlə iz götürmə işi;
  • zəruri hallarda xüsusi əhəmiyyətli obyektlərin ətrafında keşik çəkilməsi.