IATA və "Azərbaycan Hava Yolları"nın “COVID-19” test nəticələrinin rəqəmsal sertifikatlaşdırılması üzrə "IATA Travel Pass" birgə sınaq layihəsi

AZAL Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birlikdə COVID-19 uçot məlumatları üçün rəqəmsal əlavələrin tətbiqinə hazırlıq çərçivəsində "IATA Travel Pass" sınaq layihəsini həyata keçirir.

Rəqəmsal sertifikatlı tətbiqetmələr nədir?

Rəqəmsal tibbi uçot məlumatları ilə tətbiqetmələr sərnişinlərə IATA-da qeydiyyatdan keçmiş tibb müəssisələrindən alınan COVID-19 testlərinin nəticələrinə baxmağa və onları smartfon və ya digər cihazlardan idarə etməyə imkan verir. Həmçinin TIMATIC vasitəsilə təyinat məntəqəsinin immiqrasiya və karantin tələblərini yoxlamaq mümkündür.

Hava limanında qeydiyyatdan keçərkən, tətbiqetmə COVID-19 test nəticələrini təsdiqləmək üçün istifadə edilə bilər.

“IATA Travel Pass”ın xüsusiyyətləri

Tətbiqetmə dünyanın əksər aviaşirkətlərinin üzv olduğu IATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) tərəfindən hazırlanmışdır. Rəqəmsal sertifikatlar üçün nəzərdə tutulan bu tətbiq ən yüksək informasiya təhlükəsizliyi standartlarına və qlobal qaydalara uyğun olaraq praktiki istifadə məqsədilə sınaqdan keçirilir və tətbiq olunur.

AZAL, dünyanın bir çox digər aviaşirkətləri ilə birlikdə, bu sınaqda iştirak edir və “IATA Travel Pass” tətbiqetməsinin AZAL-ın seçilmiş beynəlxalq marşrutlarında məhdud zaman ərzində əlçatan olacağını elan etməkdən şərəf duyuruq.

Sərnişinlər pasportlarını qeydiyyatdan keçirməklə başlayacaqlar. Daha sonra tətbiqetmədə COVID-19 testlərinin nəticələrini təhlükəsiz şəkildə idarə edə bilərlər. Nəticələr əvvəlcədən yoxlanıla bilər, nəticə mənfi olarsa və təyinat ölkəsinin tələblərinə cavab verilirsə, ekranda OK to Travel mesajı görünəcək.

Mobil cihazın ekranında əks olunan OK to Travel statusunu qeydiyyat masasında göstərməklə sərnişinlər rəsmi prosedurlardan daha sürətli keçə biləcəklər.

Əlavə olaraq, sınaq müddəti ərzində "IATA Travel Pass" mobil tətbiqetməsindən istifadə edən sərnişinlərə AZAL Miles-in 250 bonus mili hesablanacaq, bunun üçün uçuşunuzdan sonra Sizə göndəriləcək anket doldurulmalıdır.

Zəhmət olmasa, həmçinin təyinat ölkəsinin tələb etdiyi formatda (məsələn, çap edilmiş formada) mənfi nəticə haqqında arayışa sahib olduğunuzdan əmin olun.

“IATA Travel Pass” sınaq proqramının tətbiq olunduğu marşrutlar

  • AZAL – Bakı-İstanbul-Bakı (GYD-IST-GYD)
  • AZAL - Bakı-Moskva-Bakı (GYD-DME-GYD)
  • Buta Airways - Bakı-İstanbul-Bakı (GYD-SAW-GYD)
  • Buta Airways - Bakı-Jukovski-Bakı (GYD-ZIA-GYD)

 

Sınaq versiyasının qüvvədə olacağı müddət

2021-ci ilin 2 avqust - 20 sentyabr tarixləri arasında həyata keçirilən uçuşlarda.

Nəzərə alın ki, sınaq versiyasının müddəti dəyişə bilər, bu barədə sərnişinləri veb saytımızda və ya sosial şəbəkələrdə əvvəlcədən xəbərdar edəcəyik.

Kim iştirak edə bilər?

  • Azərbaycandan yola düşən bütün ölkələrin vətəndaşları
  • Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşları.

Hər bir sərnişin ona məxsus mobil cihazda qeydiyyatdan keçməlidir.

İştirakçılar üçün üstünlüklər

  • Uçuşdan sonra təqdim olunan anket doldurulduqdan sonra AZAL Miles hesabına 250 mil köçürüləcək (müştərinin sınaq versiyada neçə dəfə iştirak etməsindən asılı olaraq, sınaq versiyasının şərtlərinə və qaydalarına uyğun olaraq hər səyahət üçün 250 mil köçürüləcək); 
  • Bütün hava limanlarında prioritetli qeydiyyat;
  • Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliş zamanı sərhəd nəzarətindən keçərkən “sürətli keçid” (“fast track”) xidməti.

“IATA Travel Pass” tətbiqi haqqında

Tətbiqdən istifadə qaydası:

1. IATA Travel Pass tətbiqini yükləyin, profilinizi qeydiyyatdan keçirin və uçuş marşrutu haqqında məlumatlarınızı daxil edin. 

2. Tibb müəssisələrindən birində COVID-19-a dair PCR testinin keçirilməsi üçün vaxt təyin edin.

3. Mobil tətbiqə cavab gəldikdən və təyinat ölkəsinin tələbləri ilə yoxlama aparıldıqdan sonra qeydiyyat masasında digər tələb olunan səyahət sənədləri ilə birlikdə OK to Travel ekranını göstərə bilərsiniz.

* "IATA Travel Pass" tətbiqinə əlavə olaraq, testin neqativ nəticəsi barədə çap olunmuş arayışı təqdim etməniz xahiş olunur.

"IATA Travel Pass" tətbiqinin quraşdırılması

 

Addım 1

Yüklənmiş tətbiqi başladın və dəvət kodunu daxil edin. “IATA Travel Pass” tətbiqini iOS (versiya 13.2 və daha yüksək) və Android (versiya 6.0 və daha yüksək) əsaslı cihazlar üçün aşağıdakı linklərdən yükləyə bilərsiniz:

Davam etmək üçün məxfilik siyasətini və istifadə şərtlərini qəbul edin.

Addım 2

Profil üçün şəklinizi çəkin və pasport məlumatlarınızı qeyd edin.

  • Profil şəkli üçün hərəkətsiz vəziyyətdə olmanız, eləcə də üz hərəkətlərini çəkən video lazımdır. 
  • Pasport məlumatlarını qeydiyyatdan keçirmək üçün pasportunuzun maşınla oxunan sahəsinin (fotoşəkliniz olan səhifənin altında) şəklini çəkməlisiniz.

 

Addım 3

Əsas ekranda "Uçuşlarınız" menyusunu seçin və reysiniz barədə məlumatı qeyd edin. Uçuş tarixini və aviaşirkəti daxil etdikdən sonra reyslərin siyahısı göstəriləcək.

Bundan əlavə, uçuş məlumatlarını qeydiyyatdan keçirməklə, təyinat məntəqəsi üçün səyahət tələblərini yoxlaya bilərsiniz.

Addım 4

Sərnişinlər xüsusi ayrılmış laboratoriyaların birində COVID-19-da dair PCR testinin keçirilməsi üçün müstəqil şəkildə vaxt təyin etməlidirlər. Laboratoriyaya gedərkən pasportun əslini də  özünüzlə götürməlisiniz. Həmçinin, sərnişinlər laboratoriya agentinə "IATA Travel Pass" tətbiqinin sınaq versiyasında iştirak etdiklərini bildirməlidirlər.

“IATA Travel Pass” tətbiqini yükləyin və əsas ekranda “Qoşul” menyusunu seçin, cihazınızın kamerasını mobil tətbiqdə aktivləşdirin və tibb müəssisəsi tərəfindən verilən 2D/ 3D  QR-kodunu skan edin. Adınızı və pasport nömrənizi daxil edərək şəxsiyyətinizi təsdiq edin.

Məlumat mübadiləsi yolu ilə testlərinizin nəticələri “IATA Travel Pass” proqramı tərəfindən əldə ediləcəkdir.

Qeyd edək ki, PCR testinin nəticələri yuxarıda göstərilən hərəkətləri yerinə yetirmədən avtomatik olaraq “IATA Travel Pass” tətbiqinə daxil edilmir.

Addım 5

Test nəticələriniz tibb müəssisənizdən əldə edildikdən dərhal sonra, COVID-19  Travel Pass "Uçuşlarınız" menyusunda təqdim olunacaq. Adınız, pasport nömrəniz, reys haqqında məlumat və PCR testinin nəticələri profil şəklinizdəki yaşıl rəngli işarə ilə birlikdə göstərildikdə, səyahətə hazırlıq başa çatdırılacaq.

Bunun əvəzinə qırmızı xaç görünsə, çatışmayan sənədlərin olub-olmaması üçün ekranın altındakı səyahət tələblərini yoxlayın.

Bu ekranı yola düşdüyünüz gün hava limanı əməkdaşlarına göstərməyiniz xahiş olunur. Səyahət üçün lazım olan bütün sənədləri və çap olunmuş COVID-19 test nəticəsini götürməyi də unutmayın (sərhəd nəzarəti əməkdaşları tərəfindən tələb oluna bilər).

Bir daha qeyd edək ki, uçuşdan sonra təqdim olunan anket doldurulduqdan sonra 250 bonus mili AZAL Miles hesabına köçürüləcək.

Hər hansı bir sualınız yarandığı təqdirdə callcenter@azal.az elektron poçtu vasitəsilə və ya +994 (12) 598 88 80 nömrəli telefonla aviaşirkətin  dəstək xidməti ilə əlaqə saxlamanız xahiş olunur.

 

COVID-19 testi

"IATA Travel Pass" tətbiqindən istifadə etmək üçün müvafiq tibbi laboratoriyada COVID-19 (PCR) testindən keçməlisiniz.

Testin dəyəri və test nəticələri barədə hər hansı arayışın verilməsi və s. Sizin tərəfinizdən ödənilir.

“IATA Travel Pass” lahiyəsində iştirak edən tibbi laboratoriyalar:

 

Azərbaycan:

 

 

 

 

 

Türkiyə:

Rusiya:

 

Laboratoriyaların ünvanı
Azerbaijan Bona Dea Laboratory Baku, 2 Mehdi Abbasov Str.
Azerbaijan Inci Laboratories LLC Central Branch - Baku, Bul-Bul ave., 58G.
Azerbaijan Inci Laboratories LLC HB Guven Clinic - Baku, Ataturk ave., 3078.
Azerbaijan Inci Laboratories LLC “Yeni Ganja” Medical Center - Ganja, 28 May str., 28.
Azerbaijan Inci Laboratories LLC Tovuz Branch - Tovuz, Musa Musayev str., 1.
Azerbaijan Inci Laboratories LLC Sumgait Hospital - Sumgait, 12th district, Cherkasy str., 181.
Azerbaijan Leyla Medical Center MMC Baku city, Khatai district, Yusif Safarov 19
Azerbaijan Referans Clinical Laboratory Center & Polyclinic Baku city, Narimanov district, M.Mammadzade str. 8A Near Nakhchivan Representation
Azerbaijan Referans Clinical Laboratory Center & Polyclinic Baku city, M. Mirgasimov 25 A, near Nasimi market
Azerbaijan Referans Clinical Laboratory Center & Polyclinic Mardkan brunch Baku city, Mardakan settlement, Yesenin street 58
Azerbaijan Referans Clinical Laboratory Center BNA brunch Baku city, inside BNA Koroglu Exchange Center
Azerbaijan Referans Clinical Laboratory Center Mobile Train Khachmaz region, inside the railway station
Azerbaijan Referans Clinical Laboratory Center & Polyclinic Akhmedli Brunch Baku city,Khatai district, M.Hadi str 229 D
Azerbaijan 36,6 Med Referans Ganja Ganja city, Kapaz district, Ataturk avenue 120 B
Azerbaijan MasMedical Center Masalli Masalli district, Karabakh street 20
Azerbaijan Referans Clinical Laboratory Center Sea Breeze Medical point The Sea Breeze Resort & Residences
Azerbaijan Referans Clinical Laboratory Center Agstafa brunch Agstafa district, inside the railway station
Azerbaijan Saglam Aile Group 156c Asif Maharramov, Baku
Azerbaijan Saglam Aile Group Ganja city, Azerbaijan Bayraqi 1
Azerbaijan Saglam Aile Group 3, 10 Ahmad Rajabli, Baku
Azerbaijan Saglam Aile Group Jafar Jabbali 56 , Sumqayit
Russia Citilab Khoroshevskoye Shosse, 43
Russia Citilab Khoroshevskoye Shosse, 90
Russia Citilab Marshala Chuykova, 12
Russia Citilab Mitinskaya Ulitsa, 48
Russia Citilab Yeletskaya Ulitsa, 11
Turkey Cagdas Laboratuvar Merkez Samli Sokak Serdar Apt No : 25 Kat : 1
Turkey Eurofins Istasyon Cad. No.21 D.2 34149 Yesilkoy
Turkey Eurofins Kultur Mah. Uydu sok. Gundes apt. No:4 D:1 Ulus
Turkey Eurofins Valikonagi Caddesi‚ cam Apt. No:161 / 10 Nisantasi
Turkey Eurofins Maslak Mah. Ahi Evran Cad. No:1/H Nurol Plaza Sariyer
Turkey Eurofins Istanbul Cad. 2.Kartal Sok. Basaran Plaza No:1 Gokturk Kemerburgaz
Turkey Eurofins Caddebostan, Cemil Topuzlu Caddesi, Fazilet Sumer Sitesi No:44/1 D:2
Turkey Eurofins Gayrettepe Mah. Yildiz Posta Caddesi No:26 Ayyildiz Sitesi
Turkey Eurofins Tepecik Yolu. No:28/A Etiler
Turkey Eurofins Semsettin Gunaltay Cad. Manolya Apt. No: 184/B
Turkey Eurofins Mimar Sinan Mah. Mimar Sinan Cad. Carpe-Diem Is Merkezi No :1 D:7
Turkey Eurofins Adnan Kahveci Mahallesi Erenler Cad. Beyaz Evler Sitesi E Blok 11 / 20
Turkey Eurofins Incirli cad. Santral cikmazi Toprak Bloklari A-Blok 1/2
Turkey Eurofins Bahcesehir 1. Kisim, Suzer Bulvari & Kemal Sunal Cad., Bahcesehir 1.Kisim Defne 2 Adasi B9 Blok D:1
Turkey Eurofins Isiklar Caddesi QB Med Plaza No : 37
Turkey Eurofins Atilla Ilhan Cad. No:8/1
Turkey Eurofins Barbaros Mah. Feslegen Sok. No:1/C Agaoglu My Office Is Merkezi 3B
Turkey Eurofins Apt. No:109, Acibadem Mahallesi, Acibadem Caddesi K:2, 34700, Kadikoy, Turkey

Tibbi laboratoriyanın qeydiyyat masasında "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə "IATA Travel Pass" tətbiqinin sınağında iştirak etdiyinizi bildirməniz xahiş olunur .

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.