Elektron aviabilet

Elektron sərnişin bileti aviabiletin ənənəvi kağız blank əvəzinə təklif olunan elektron formasıdır və elektron formada aviaşirkətin məlumatlar bazasında etibarlı saxlanılır. Sərnişinə sərnişin adı, marşrut, tarif, ödəmə, satış ofisləri və sair, o cümlədən aviadaşıma barəsində müqavilə haqqında informasiyaya malik olan elektron aviabiletin qəbzi ( Passenger Itinerary Receipt) verilir. Aviaşirkətin reyslərinin təxsisetmə prosesi blankın formasından asılı deyildir və standart qaydada həyata keçirilir.

Elektron bilet elektron formada saxlanıldığına görə müştəri:

  • onu unutmaz və ya itirməz, onu oğurlaya bilməzlər.
  • +994 (12) 598 88 80 nömrəli telefona zəng etməklə, informasiya-məlumat xidməti vasitəsilə “SW Travel” kassalarında və ya səlahiyyətli agentlərin ofislərində daşınma şərtlərini dəyişdirə bilər.
  • başqa şəhərdə yaşayan öz qohumları və ya dostları üçün elektron bilet ala bilər; onlara, şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə onların uçuş hava limanında yalnız qeydiyyat prosedurasından keçmələri kifayət edəcəkdir.

Elektron bileti harada və necə əldə etmək olar?

Bu gün "SW Travel"-in kassalarında və ya səlahiyyətli agentliklərin ofislərində və aviaşirkətin www.azal.az internet səhifəsində elektron bilet almaq mümkündür. İnternet səhifə elektron biletin əldə olunması üçün ən sürətli və əlverişli üsuldur: aviabileti internet səhifədə sifariş edərək haqqını ödəyirsiniz, Marşrut qəbzini əldə edirsiniz, bu qəbzlə və şəxsiyyəti təsdiq edən sənədlə birbaşa reysə - qeydiyyatdan keçmək üçün hava limanına gəlirsiniz.

Elektron biletin haqqını necə ödəmək olar?

"SW Travel"-in kassalarında və ya səlahiyyətli agentliklərin ofislərində elektron bilet əldə edilərkən ödəniş həm VISA/Mastercard plastik bank kartları ilə, həm də nağd yolla həyata keçirilə bilər. İnternet səhifədə elektron bilet əldə edilərkən ödəniş VİSA plastik bank kartı vasitəsilə həyata keçirilə bilər.

Elektron aviabiletin alışı necə təsdiqlənir?

Elektron bilet üzrə daşınmanı rəsmiləşdirərkən sərnişinə elektron biletin qəbzi və nağd və ya plastik bank ödəmə kartı ilə ödəniş edildikdə kassa-nəzarət texnikası vasitəsilə rəsmiləşdirilmiş xəzinə qəbzi verilir.

Elektron aviabiletin qəbzinə, kağız biletə oxşar olaraq, marşrut, daşınmanın forması, onun ödənişinin təfərrüatı, daşınmanın şərtləri və sair barəsində informasiya daxildir.

Sizə elektron aviabiletin qəbzini bütün səyahət boyu özünüzlə gəzdirməyinizi məsləhət görürük. Bundan əlavə, marşrut qəbzi hava limanına daxil olmadan öncə və yaxud pasport nəzarətindən və ya gömrük baxışından keçərkən, Sizin “ora və geriyə” biletinizin olmağının və ya səyahəti davam etdirməyinizin sübutu kimi aviasiya təhlükəsizliyi xidmətinə təqdim etmək üçün lazım ola bilər.

Elektron aviabileti nəyi təsdiq edir?

Elektron sərnişin bileti hava daşınmaları yerinə yetirilərkən sərnişinin və onun baqajının daşınması barədə müqavilənin təsdiqlənməsi üçün istifadə olunan sənəddir.