Böyük Britaniyaya səyahətlər
1. 18 mart 2022-ci il tarixindən başlayaraq Birləşmiş Krallıq ölkəyə girişlə bağlı bütün COVİD-19 qaydalarını ləğv edəcək. Peyvənd statusundan asılı olmayaraq, Birləşmiş Krallığa səyahət edən sərnişinlərdən uçuşdan əvvəl və gəlişdən sonra testdən keçmələri və ya sərnişinin marşrutunu və onun haqqında məlumatları izləmək imkanı verən anketi doldurmaları daha tələb olunmayacaq.
2. Yuxarıda göstərilən tələblər üçüncü mənbə tərəfindən təqdim edilib və əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Ərazisini tərk etdiyiniz və ya səyahət etdiyiniz ölkələrin tələbləri barədə ən son məlumatları uçuşunuzdan əvvəl almaq üçün IATA Səyahət Mərkəzinin veb saytına https://www.gov.uk/travel-abroad diqqət yetirməniz xahiş edilir.
3. Bakı (GYD) vasitəsilə Birləşmiş Krallıqdan digər ölkələrə səyahət edən tranzit sərnişin(lər) üçün onun son təyinat məntəqəsinə girişini tənzimləyən qaydalar/şərtlər tətbiq edilir. Təyinat ölkəsi tələb etdiyi təqdirdə, PCR-testini təqdim etməlisiniz. Böyük Britaniyada PCR-testlərini təqdim edən laboratoriyaların SİYAHISI veb saytımızda mövcuddur: https://assets.publishing.service.gov.uk/government/uploads/system/uploads/attachment_data/file/978322/covid-private-testing-providers-general-testing-160421.csv/preview