“COVID-19” pandemiyası dövründə Türkiyəyə giriş qaydaları

01.06.2022-ci il tarixindən etibarən, Türkiyəyə səyahət edən sərnişinlərdən, vaksinasiya olduqlarını sübut edən sənəd (sertifikat) və ya bu sənədi olmayan hallarda təqdim olunacaq PCR vəya antigen testi tələbi qüvvədən düşür. Qeyd olunan tarixdən etibarən, xarici ölkələrdən Türkiyəyə səyahət zamanı vaksinasiya və test tələbi yoxdur.

Yuxarıda göstərilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Uçuşunuzdan əvvəl ərazisindən yola düşdüyünüz və gəldiyiniz ölkələrin tələbləri barədə ən son məlumatları almaq üçün IATA Səyahət Mərkəzinin veb saytına diqqət yetirməniz xahiş edilir.