COVID-19 pandemiyası zamanı Səudiyyə Ərəbistana səyahət qaydaları

Səudiyyə Ərəbistanı vətəndaşları və daimi yaşayış icazəsi olan şəxslər, eləcə də aşağıda qeyd olunan şəxslər Səudiyyə Ərəbistanı ərazisinə daxil ola bilərlər:

- Səudiyyə Ərəbistanı vətəndaşlarının birinci dərəcəli ailə üzvləri;

- Bəhreyn, Küveyt, Oman, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları;

- Səudiyyə Ərəbistanı tərəfindən verilən giriş/çıxış, rezident, turizm, qonaq və ya işçi vizası olan sərnişinlər;

- Gəliş zamanı viza ala biləcək sərnişinlər;

- Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarının evlərində xidmət edən işçilər. Onlar sponsor tərəfindən müşayiət olunmalıdır;

- Ümrə ziyarətinə gedən sərnişinlər;

- Həcc ziyarətinə gedən, yaşı 65-dən az olan sərnişinlər;

- 2022-ci ildə Mədinə şəhərində keçiriləcək kitab sərgisində iştirak etmək üçün verilən vizayla Mədinə şəhərinə (MED) səyahət edən sərnişinlər.

1. Son 14 gün ərzində İranda və ya Livanda olan sərnişinlərə giriş qadağandır.

-Bu, Səudiyyə Ərəbistanında COVİD-19-a qarşı verilən peyvənd sertifikatı olan Səudiyyə Ərəbistanı vətəndaşları və rezidentlərinə şamil edilmir.

2. Sərnişinlər yola düşməzdən və ya gəlməzdən əvvəl “TAWAKKALNA” mobil tətbiqini yükləməli və qeydiyyatdan keçməlidirlər.

3. Qonaq vizası ilə səyahət edən sərnişinlər COVİD-19-la bağlı xərcləri qarşılamaq üçün tibbi sığortaya malik olmalıdırlar.

5. Həcc ziyarətinə gedən sərnişinlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- COVID-19-a qarşı tam şəkildə peyvənd olunduğunu təsdiq edən peyvənd sertifikatı; və

- yola düşməzdən ən çoxu 72 saat əvvəl COVID-19 dair götürülmüş PCR testinin neqativ nəticəsini.

6. Aviaşirkətlər Səudiyyə Ərəbistanı rezidentləri üçün giriş/çıxış vizalarının etibarlılığını qeydiyyat masasında yoxlaya bilərlər.

Həmçinin, nəzərə alın ki, qonaq vizası olan şəxslər 09 iyul 2022-ci il tarixinə qədər JED və MED hava limanlarına enə bilməzlər.

Yuxarıda göstərilən qaydalar üçüncü mənbə tərəfindən təqdim edilib və əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Ərazisini tərk etdiyiniz və ya səyahət etdiyiniz ölkələrin tələbləri barədə ən son məlumatları uçuşunuzdan əvvəl almaq üçün IATA Səyahət Mərkəzinin veb saytına diqqət yetirməniz xahiş edilir. Səudiyyə Ərəbistanına səyahət etməklə bağlı məlumatı “TAWAKKALNA” mobil tətbiqindən əldə edə bilərsiniz.

 

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.