Hindistana giriş qaydaları
- Hindistana giriş aşağıdakı sərnişinlərə icazə verilir:
- Butan, Hindistan, Maldiv adaları və Nepal vətəndaşlarına;
- Hindistan tərəfindən yaşayış icazəsi verilən sərnişinlərə;
- Hindistan tərəfindən viza və ya elektron viza verilən sərnişinlərə;
- Hindistanın xarici vətəndaş (OCI) statusuna malik sərnişinlərə;
- Hind mənşəli şəxs (PIO) kartının sahibləri olan sərnişinlərə;
- diplomatik pasporta malik olan sərnişinlərə.
2. Sərnişinlər uçuşdan əvvəl bəyannamə formasını doldurmalıdırlar. Onlar https://www.newdelhiairport.in/airsuvidha/apho-registration saytında «Air Suvidha» pəncərəsini seçməlidirlər.
3. Sərnişinlər ilk enmə məntəqəsində uçuşdan ən azı 72 saat əvvəl CRISPR, RT-LAMP və ya RT-PCR üsulu ilə verilmiş COVID-19 testinin neqativ nəticəsinin çap edilmiş nüsxəsinə malik olmalıdırlar.
Bundan əlavə, test www.newdelhiairport.in internet ünvanından yüklənməlidir.
Qeyd edilənlər aşağıdakı sərnişinlərə şamil edilmir:
- 5 yaşından kiçik sərnişinlərə;
- COVID-19-a qarşı tam peyvənd olunmasını təsdiq edən peyvənd sertifikatına malik olan sərnişinlərə.
Peyvənd sertifikatı Albaniya, Andorra, Anqola, Antiqua və Barbuda, Argentina, Avstraliya, Avstriya, Azərbaycan, Bəhreyn, Banqladeş, Belarus, Belçika, Butan, Botsvana, Braziliya, Bruney-Darussalam, Bolqarıstan, Kamboca, Çad, Kanada, Çili, Kolumbiya, Kosta-Rika, Xorvatiya, Kuba, Kipr, Danimarka, Dominikan, Ekvador, Misir, Salvador, Estoniya, Esvatin, Fici, Finlandiya, Qabon, Gürcüstan, Almaniya, Qrenada, Qvatemala, Qayana, Honduras, Honkonq, Macarıstan, İslandiya, Hindistan, İndoneziya, İran, İraq, İrlandiya (Respublikası), İsrail, Qazaxıstan, Keniya, Koreya (Respublikası), Küveyt, Qırğızıstan, Laos XDR, Latviya, Livan, Liberiya, Lixtenşteyn, Litva, Malayziya, Maldiv, Mali, Mavriki, Meksika, Moldova (Respublikası), Monqolustan, Mərakeş, Mozambik, Myanma, Namibiya, Nauru, Nepal, Niderland, Yeni Zelandiya, Nikaraqua, Nigeriya, Şimali Makedoniya (Respublikası), Oman, Fələstin ərazisi, Panama, Paraqvay kimi ölkələrdə verilməlidir.
4. 10 il müddətinə verilən turizm vizaları artıq etibarsızdır.
- Bu, Yaponiya və ABŞ vətəndaşlarına şamil edilmir.
5. Çin (XR) vətəndaşlarına verilən turizm vizaları artıq etibarsızdır.
6. Elektron turizm vizaları aşağıdakı sərnişinlər üçün etibarlıdır:
- Albaniya, Andorra, Anqola, Angilya, Antiqua və Barbuda, Argentina, Aruba, Avstraliya, Avstriya, Azərbaycan, Baham adaları, Barbados, Belarus, Belçika, Beliz, Benin, Boliviya, Bosniya və Herseqovina, Botsvana, Braziliya, Bruney-Darussalam, Bolqarıstan, Burundi, Kamboca, Kamerun, Kabo-Verde, Kayman adaları, Çili, Kolumbiya, Komor adaları, Kuk adaları, Kosta-Rika, Kot-d'İvuar, Xorvatiya, Kuba, Kipr, Çexiya, Danimarka, Cibuti, Dominikan Respublikası, Ekvador, Salvador, Ekvatorial Qvineya, Eritreya, Estoniya, Esvatini, Fici, Finlandiya, Fransa, Qabon, Qambiya, Gürcüstan, Almaniya, Qana, Yunanıstan, Qrenada, Qvatamala, Qvineya, Qayana, Haiti, Honduras, Macarıstan, İslandiya, İrlandiya (Respublikası), İsrail, İtaliya, Yamayka, Yaponiya, İordaniya, Keniya, Kiribati, Koreya (Respublikası), Laos Xalq Demokratik Respublikası, Latviya, Lesoto, Liberiya, Lixtenşteyn, Litva, Lüksemburq, Madaqaskar, Malavi, Mali, Malta, Marşal adaları, Mavriki, Meksika, Mikroneziya (Federativ Ştatları), Moldova (Respublikası), Monako, Monqolustan, Monteneqro, Monserrat, Mozambik, Myanma, Namibiya, Nauru, Niderland, Yeni Zelandiya, Nikaraqua, Nigeriya, Niue, Şimali Makedoniya (Respublikası), Norveç, Oman, Palau, Panama, Papua-Yeni Qvineya, Paraqvay, Peru, Filippin, Polşa, Portuqaliya, Rumıniya, Rusiya Federasiyası, Ruanda, Samoa, San-Marino, Seneqal, Serbiya, Seyşel adaları, Syerra-Leone, Sinqapur, Slovakiya, Sloveniya, Solomon adaları, Cənubi Afrika Respublikası, İspaniya, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadin, Surinam, İsveç, İsveçrə, Tanzaniya, Tayland, Timor-Leşti, Toqo, Tonqa, Trinidad və Tobaqo, Terks və Kaykos adaları, Tuvalu, ABŞ, Uqanda, Ukrayna, BƏƏ, Uruqvay, Vanuatu, Vatikan (Müqəddəs taxt-tac), Venesuela, Vyetnam, Zambiya və Zimbabve vətəndaşları;
- Çin Taybey pasportuna malik sərnişinlər (pasportun cildində “Tyvan Çin Respublikası”);
- Fələstin Muxtariyyəti pasportunun sahibləri olan sərnişinlər.
7. Sərnişinlər vizanın kağız surətini təqdim etməlidirlər, çünki immiqrasiya xidməti elektron surəti qəbul etmir/icazə vermir.
8. Sərnişinlər aerovağzal binasında üz tibbi maskaları taxmalıdırlar.
Yuxarıda qeyd edilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Çıxdığınız ölkədə və səyahət edəcəyiniz ölkədə qüvvədə olan tələblər barədə son yeniliklər barədə məlumatlı olmaq üçün uçuşdan əvvəl “IATA Travel Center” veb-saytına daxil olmanızı xahiş edirik.