COVID-19 pandemiyası dövründə Dubaya səyahət qaydaları

1. Dubaya (DXB hava limanına) gələn bütün sərnişinlər koronavirus (COVID-19) infeksiyasına dair  PCR testinin mənfi nəticəsi barədə çap olunmuş tibbi arayışı  (elektron surətlər qəbul edilmir) təqdim etməlidirlər. Test Dubaya (DXB hava limanına) uçuşdan ən gec 48 saat əvvəl verilməlidir. Sertifikat yalnız ərəb və ya ingilis dilində (əllə yazılmış  hesabatlar olmadan) olmalı  və uçuşun başlandığı ölkənin  təsdiq etdiyi laboratoriya tərəfindən təqdim edilməlidir. Arayışda dəqiqliyini təsdin QR-kodun olması tövsiyə olunur. 

Dubaydan (DXB hava limanından) yola düşən bütün sərnişinlər qeydiyyat masasında koronavirus (COVID-19) infeksiyasına dair PCR testinin mənfi nəticəsi barədə çap olunmuş tibbi arayışı təqdim etməlidirlər. Alternativ olaraq, sərnişinlər test nəticələri haqqında məlumat yükləyən ALHOSN mobil tətbiqini yükləyə bilərlər (tətbiqi buradan yükləyə bilərsiniz). Bu tətbiqetməni smartfonunuza öncədən yükləməli və test nəticələrinin alındığından və tətbiqdə mövcud olduğundan əmin olmalısınız. Mümkün texniki problemləri nəzərə alaraq sərnişinlərə üzərində QR-kodu olan arayışlar almaları tövsiyə olunur. Səhifənin sonunda QR-kod ilə arayışları verən laboratoriyaların siyahısı verilmişdir. PCR-test uçuş icra olunmazdan  ən gec 48 saat əvvəl verilməlidir.

2. Dubaya gələn BƏƏ rezidentləri:

Dubayda verilmiş yaşayış vizası ilə  Dubaya qayıdan Birləşmiş Ərəb Əmirliklərinin sakinləri uçuşdan əvvəl  aşağıda qeyd olunmuş keçid vasitəsilə təqdim olunan forma üzrə əldə olunmuş  GDRFA icazəsinə malik olmalıdırlar.

Vizanızın etibarlılıq müddətini bu saytda yoxlaya bilərsiniz.

İstənilən digər əmirlik tərəfindən verilmiş etibarlı yaşayış icazəniz mövcud olduğu təqdirdə, reysi təxsis etməzdən əvvəl BƏƏ-yə gəlişinizi / təkrar gəlişinizi uaeentry.ica.gov.ae portalında təsdiq  etməlisiniz. Dubaya  giriş / təkrar giriş icazəsi olmadan reysə buraxılmayacaqsınız. Vizanızın etibarlılıq müddətini bu saytda yoxlaya bilərsiniz. Həmçinin sərnişinlər Dubaya gəlməzdən əvvəl "COVID-19 DXB Smart" tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər.

3. Dubaya gələn turistlər:

Sərnişinlərin tibbi sığortası  olmalı, habelə Dubaya gəlməzdən əvvəl və ya sonra  "COVID-19 DXB Smart" tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər. Qeyd edək ki, Dubaya gəldikdən sonra təkrar testdən keçmək üçün təsadüfi seçilə bilər və test nəticələrini əldə edənə qədər karantinə yerləşdirilə bilərsiniz.

4. BƏƏ-də PCR testlərini təqdim edən laboratoriyaların siyahısı:

Aster & Access Klinikalar Şəbəkəsi:

  • 1 Aster Clinic Iranian School Road, Karama Dubai 044 400500
  • 2 Aster Clinic Naif, Deira Dubai 044 400500
  • 3 Aster Clinic Muteena, Deira Dubai 044 400500
  • 4 Aster Clinic Discovery Gardens Dubai 044 400500
  • 5 Aster Clinic Burdubai Dubai 044 400500
  • 6 Aster Clinic Ras Al Khor Dubai 044 400500
  • 7 Aster Clinic Al Nahda Dubai 044 400500
  • 8 Aster Clinic Al Aweer Dubai 044 400500
  • 9 Aster Clinic Aswaaq, Barsha South Dubai 044 400500
  • 10 Aster Clinic Abushagara Sharjah 044 400500
  • 11 Aster Clinic Al Nahda Sharjah 044 400500
  • 12 Aster Clinic Al Nakheel RAK 044 400500
  • 13 Aster Clinic Nuaimiah Ajman 044 400500
  • 14 Access Clinic DIP 2 Dubai Walk IN
  • 15 Access Clinic Sonapur 2 Dubai Walk IN
  • 16 Access Clinic Rolla Street Sharjah Walk IN
  • 17 Access Clinic Muweilah Sharjah Walk IN

 

HEALTHHUB CLINICS Klinikalar Şəbəkəsi (Ödənişsiz zəng 8002344):

  • HEALTH HUB CLINIC DISCOVERY GARDEN

Zen Cluster -3 Building - 6, Health Hub Clinic, Discovery Gardens, Dubai
İş vaxtı: 09:00-17:00 (Şənbə – Cümə axşmaı); Cümə – 14:30-18:30

  • HEALTH HUB CLINIC INTERNATIONAL CITY 

Warsan Building, International City, Dubai
İş vaxtı: 09:00-16:00

  • HEALTHHUB CLINIC AL QUSAIS 

Manazel Deira Building, Al Nahda Road, Al Qusais
İş vaxtı: 8.30-15:00

  • HEALTHHUB CLINIC DSO 

Health Hub Lynx Building, Shop. No: 6 Dubai Silicon Oasis
İş vaxtı: 9:00-15:30 

  • HEALHHUB DRIVE THROUGH TESTING CENTRE, DFC

Dubai Festival City Mall, Dubai 
İş vaxtı: 07:00-00:00
Tashafi Clinics, Festival Plaza Mall
Dubai South, Dubai 
İş vaxtı: 10:00-18:00 

Test nəticəsinin üzərində QR kodun olması arzu olunandır. Bu kodun mövcudluğu hava limanının gəliş terminalında rəsmiyyətlərin daha sürətli keçməsinə kömək edəcəkdir.

“ALHOSN UAE” tətbiqetməsindən istifadə qaydaları:
  1. “AlHosn UAE” tətbiqetməsini AppStore, Google Play-də və ya digər platformalar üçün yükləyin. Tam siyahısı https://www.alhosnapp.ae/en/home/ saytında mövcuddur.
  2. Mobil nömrənizi (BƏƏ ərazisində aktiv olan) istifadə edərək tətbiqdə qeydiyyatdan keçin. Bu nömrəyə birdəfəlik şifrə (OTP) göndəriləcək. Həmçinin BƏƏ vətəndaşları Emirates ID və ya turistlər UID nömrəsini (vizada göstərilir) daxil etməlidirlər. PCR-testindən keçərkən turistlər vizanın bir nüsxəsini təqdim etməlidirlər. BƏƏ-yə gəldikdən sonra viza alan Azərbaycan vətəndaşları üçün hava limanında pasport nəzarətindən keçərkən UID unikal nömrəsini tələb etmək lazımdır.
  3. OTP-ni daxil edin və hesabınızı təsdiqləyin.
  4. Qeydiyyatı bitirmək üçün Bluetooth-u aktiv edin.
  5. Test nəticəsinin tətbiqetməyə yükləndiyindən əmin olun.
  6. Şəxsi QR-kod, tətbiqin rəng kodlaşdırma sistemi ilə birlikdə sağlamlıq vəziyyətinizi müəyyənləşdirməyə kömək edir:
    1. Yaşıl, koronavirus testindən keçdiyiniz və yoluxmadığınız deməkdir.
    2. Qırmızı, son koronavirus testlərinizin “COVID-19”-a yoluxduğunuzu göstərir və lazımi məsləhət üçün səhiyyə orqanlarına müraciət etməyinizi tələb edir.

 

Yuxarıda göstərilən qaydalar əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər.

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.