COVID-19 pandemiyası dövründə Çinə giriş qaydaları

1. Çin Xalq Respublikasına daxil olan bütün səyahətçilər “HS” (Çin vətəndaşları üçün) və ya “HDC” (xarici vətəndaşlar üçün) nişanlı sağlamlıq QR-kodunu və ya uçuşdan əvvəl gediş ölkəsindəki Çin konsulluğu tərəfindən təsdiq edilmiş sağlamlıq bəyannaməsi formasını almaq üçün müraciət etməlidirlər. Səyahətçilərdən qeydiyyat zamanı təsdiqlənmiş sağlamlıq QR-kodunu təqdim etmək tələb olunacaq. Səyahətçilərə “HS/HDC” nişanlı sağlamlıq QR-kodu necə əldə etmələri barədə ətraflı məlumatlarla yerli səfirliyin və ya Çin Baş Konsulluğunun veb-saytında tanış olmaq tövsiyə olunur.

1.1 Çin vətəndaşları “HS” nişanlı yaşıl QR-koda sahib olmalıdırlar. Kod “WeChat App 'Fang Yi Jian Kang Ma Guo Ji Ban'” proqramında əldə edilə bilər. İlk gediş məntəqəsindən yola düşməzdən ən gec 48 saat əvvəl keçirilmiş COVID-19-a dair mənfi PCR-testinin tələbləri haqqında ətraflı məlumat üçün müvafiq Çin səfirliyinin saytına müraciət etməyiniz xahiş olunur. Bu tələb Taypey, Honqkonq və Makaodan birbaşa reyslə gələn Çin vətəndaşlarına şamil edilmir.

1.2 Xarici vətəndaşlar “HDC” nişanlı yaşıl QR-koda sahib olmalıdırlar. Xarici vətəndaşlar ilk gediş məntəqəsindən yola düşməzdən ən gec 48 saat əvvəl keçirilmiş COVID-19-a dair mənfi PCR-test nəticəsini yükləyərək https://hrhk.cs.mfa.gov.cn/H5/ ünvanında onlayn şəkildə sağlamlıq koduna müraciət edə bilərlər. Ətraflı məlumat üçün müvafiq Çin səfirliyinin saytına müraciət etməyiniz xahiş olunur. Bu tələb aşağıdakılara şamil edilmir:

- Çin vətəndaşlarına;

- Taypey, Honqkonq və Makaodan birbaşa reyslə gələn sərnişinlərə şamil edilmir.

2. Viza sahibi xarici vətəndaşların ölkəyə girişi dayandırılıb. Bu tələb aşağıdakılara şamil olunmur:

- 28 mart 2020-ci il tarixindən sonra verilmiş vizası olan xarici vətəndaşlar;

- diplomatik, xidməti, nəzakət və ya “C” kateqoriyalı vizası olan xarici vətəndaşlar.

3. Taypeydən gələn sərnişinlər uçuşdan ən gec 3 gün əvvəl keçirilmiş COVID-19-a dair mənfi PCR-test nəticəsini təqdim etməlidirlər.

4. Honqkonqdan Pekinə gələn sərnişinlər uçuşdan ən gec 7 gün əvvəl keçirilmiş COVID-19-a dair mənfi PCR-test nəticəsini təqdim etməlidirlər.

5. Makaodan gələn sərnişinlər uçuşdan ən gec 7 gün əvvəl keçirilmiş COVID-19-a dair mənfi PCR-test nəticəsini təqdim etməlidirlər.

6. Liman vizaları, 24/72/144 saatlıq vizasız tranzit siyasəti, Haynanın 30 günlük vizasız siyasəti, Şanxay limanı vasitəsilə xarici kruiz qrup turları üçün nəzərdə tutulmuş 15 günlük vizasız siyasət, Honkonq və ya Makaodan gələn xarici turizm qrupları üçün nəzərdə tutulmuş Quandonun 144 saatlıq vizasız siyasəti və ASEAN ölkələrinin xarici turizm qrupları üçün müəyyən edilmiş 15 günlük Quansi vizasız rejimi dayandırılıb.

7. Adi pasporta malik Bruney Sülh Dövləti, Yaponiya və Sinqapur vətəndaşları üçün vizadan azad giriş dayandırılıb.

8. Bütün sərnişinlər ilkin giriş məntəqəsində tibbi müayinədən keçirilə və 8 gün müddətinədək karantinə yerləşdirilə bilərlər.

9. Çinə daxil olan bütün sərnişinlər “Giriş/Çıxış Sağlamlıq Bəyannaməsi Formasını” doldurmalıdırlar. Formanı https://htdecl.chinaport.gov.cn/  saytından və ya “WeChat” proqramında “Customs Passenger Fingertip Service” bölməsindən əldə etmək olar. Səyahətçilərdən sağlamlıq məlumatlarını girişdən ən az 24 saat əvvəl təqdim etməlidirlər. Sağlamlıq bəyannaməsi tamamlandıqdan sonra Çin Gömrük Xidməti əməkdaşlarına təqdim edilən QR-kod yaradılacaq.

Yuxarıda göstərilən qaydalar üçüncü mənbə tərəfindən təqdim edilib və əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Ərazisindən çıxdığınız və səyahət etdiyiniz ölkələrin tələbləri barədə ən son məlumatları əldə etmək üçün uçuşunuzdan əvvəl IATA-nın Səyahət Mərkəzinin saytını nəzərdən keçirməniz xahiş edilir. Daha ətraflı məlumatı Çin Xarici İşlər Nazirliyin saytında https://www.fmprc.gov.cn/mfa_eng/topics_665678/kjgzbdfyyq/ və bu veb-saytda tapa bilərsiniz: https://apply.joinsherpa.com/travel-restrictions/CHN?language=en-US&originCountry=AZE&nationality=AZE&departureDate=2022-08-23&returnDate=2022-08-30&tripType=roundTrip&transitType=noTransit&fullyVaccinated=false&affiliateId=sherpa .