AZAL tərəfindən yerinə yetirilən reyslərdə baqaj üçün tariflər

“Azərbaycan Hava Yolları” Aviaşirkəti yerlərin miqdarına görə qeydiyyatdan keçirilən baqajın daşınma normasının hesablanması üzrə yeni siyasəti tətbiq edir.

Aşağıdakı cədvəldə xidmət sinfindən və marşrutun məsafəsindən asılı olaraq “Azərbaycan Hava Yolları” şirkətinin reyslərində qeydiyyatdan keçirilən baqajın daşınma normaları, habelə normadan artıq baqaj üçün tariflər təqdim edilmişdir:

AZAL tərəfindən yerinə yetirilən reyslərdə

Xidmət sinfi Pulsuz daşınan baqaj norması Normadan artıq baqajın daşınma dəyəri
VİP klub

 Hər biri 32 kiloqramdan artıq  olmamaq şərtilə 3 baqaj vahidi

 

Hər sonrakı 23 kq-a qədər əlavə baqaj yeri üçün – 50 EUR; (40 GBP; 60 USD;210 AED)

Yalnız Bakı-Nyu-York-Bakı reyslərində hər sonrakı 23 kq-a qədər əlavə baqaj yeri üçün – 100 EUR(120 USD)*

Biznes

Hər biri 32 kiloqramdan artıq olmamaq şərtilə 2 baqaj vahidi

Komfort klub

Hər biri 32 kiloqramdan artıq olmamaq şərtilə 2 baqaj vahidi

Ekonom

23 kiloqramdan artıq olmamaq şərtilə 1 baqaj vahidi

Yalnız Bakı-Nyu-York-Bakı reyslərində 23 kiloqramdan artıq olmamaq şərtilə 2 baqaj vahidi.

 

ABŞ istiqamətində/dən daşımalar zamanı baqaj ödənişləri haqqında ətraflı məlumat

 

Hər bir baqaja görə ilkin ödəniş (23 kiloqrama qədər daxil olmaqla) uçuşdan ən azı 3 saat əvvəl, aviaşirkətin şəxsi satış kassalarında və akreditə edilmiş agentliklərdə 40 Avro (30 GBP/50 USD/180 AED) məbləğində ödəniş etməklə mümkündür.

Üç ölçünün cəmi üzrə (hündürlük x en x dərinlik) bir baqaj yerinin ölçüsü 158 santimetrdən artıq olmamalıdır.

2 yaşına çatmamış və hava gəmisinin salonunda valideynləri ilə bir yerdə əyləşərək səyahət edən uşaqlar üçün çəkisi 10 kiloqramdan artıq olmayan  və üç ölçünün cəmi üzrə ölçüsü 115 santimetrdən böyük olmayan bir baqaj yerinin pulsuz daşınması hüququ verilir.

2-12 yaş arası uşaqlar üçün pulsuz baqajın daşınma norması böyük sərnişin üçün daşınma normasına bərabərdir.

Təyin edilmiş pulsuz daşınan baqaj normasından əlavə sərnişin minik, düşmə və ya uçuş zamanı ona lazım ola bilən ləvazimatları (əşyaları) daşımaq hüququna malikdir. Buraya aşağıdakı ləvazimatlar (əşyalar) daxildir:

2 yaşına qədər körpə/uşaq ilə uçan sərnişin üçün uçuş zamanı uşaq qidası və səfərdə istifadə üçün beşik;

2 yaşına qədər körpə/uşaq ilə uçan sərnişin üçün yüngül çəkili yığılan uşaq arabası (hava gəmisinin yük bölməsində daşınır).

      Üç ölçünün cəmi üzrə bir baqaj yerinin ölçüsü 158 santimetrdən artıq olduğu halda (203 santimetrdən böyük olmaması şərtilə) 50 EUR (40 GBP; 60 USD; 210 AED) məbləğində əlavə haqq alınır.

Üç ölçünün cəmi üzrə bir qeyri-standart baqaj yerinin ölçüsü 203 santimetrdən artıq olduğu halda 100 EUR (80 GBP; 120 USD; 420 AED) məbləğində əlavə haqq alınır.

 Bir yer baqajın çəkisi normadan artıq olduğu halda (23 kiloqramdan artıq, lakin 32 kiloqramdan artıq olamamaq şərti ilə) əlavə 50 EUR (40 GBP; 60 USD; 210 AED) məbləğində ödəniş olunmalıdır.

Baqajın normadan artıq çəkisi və ölçüsü üçün əlavə haqq həm icazə verilən norma həddində baqaja, həm də əlavə baqaj yerlərinə görə alınır. 

Çəkisi 32 kiloqramdan artıq olan baqaj yalnız yük kimi rəsmiləşdirilir və daşıma üçün qəbul edilir.

Bütün növ uşaq və əlil arabaları yalnız baqaj bölməsində daşınır və  müəyyən olunmuş baqaj normasından əlavə, ödənişsiz daşıma üçün qəbul edilir. 

 

Baqaja görə bütün ödənişlər (EUR, AED, USD, GBP) rəsmi məzənnəyə uyğun olaraq yerli valyutada həyata keçiriləcəkdir.

“AZAL-Miles” proqramının iştrakçıları üçün

“AZAL-MİLES” proqramının “Platinum” və “Gold” statusunun iştirakçıları “AZAL-Miles” programının şərtləri və qaydalarına əsasən aviaşirkətin öz reyslərində 23 kiloqramdan artıq olmayan bir baqaj yerinin ödənişsiz daşınmasını əldə etmək imkanına malikdirlər.

 Təyyarənin salonunda baqajın daşınma norması:

Qeydiyyatdan keçirilməyən baqaj – çəkisi 10 kiloqramdan artıq və üç ölçünün cəmi üzrə (1 baqaj yerinin) ölçüsü 110 santimetrdən artıq olmayan (55*35*20 sm) baqajdır. Aviasiya Şirkətinin reyslərində  baqajın daşınma norması:

- VİP klub sərnişinləri üçün – 2 yer;

- Komfort Klub sərnişinləri üçün – 2 yer;

- Biznes sinif sərnişinləri üçün - 2 yer;

- Ekonom sinif sərnişinləri üçün – 1 yer;

Əlavə olaraq təyyarə salonuna qadın əl çantası, kişi portfeli, portativ kompyuter götürmək olar.

 

Heyvanların təyyarə ilə daşınması

Heyvanlar hava nəqliyyatı ilə daşındıqda heyvanın yerləşdirildiyi konteyner (qəfəs) baqajın pulsuz daşınma normasına daxil edilmir və heyvanların daşınmasına görə haqq normadan artıq baqaj üçün müəyyən edilmiş tarif üzrə ödənilir. 

Heyvanların daşınması üçün “Azərbaycan Hava Yolları” Aviasiya Şirkətinin tarifləri

AVIH (baqajda heyvan) baqajın pulsuz daşınma normasına daxil edilmir və baqajın çəkisi və ölçülərindən asılı olaraq ödəniş nəzərə alınmaqla baqaj üçün müəyyən edilmiş xüsusi haqq alınır:

Heyvanın qəfəslə birlikdə çəkisi: 32 kiloqramadək – 50 EUR; (40 GBP; 60 USD; 210 AED);

Heyvanın qəfəs ilə çəkisi: 32 kiloqramdan 75 kiloqramadək – 100 EUR;( 80 GBP; 120 USD; 420 AED);

Üç ölçünün cəmi üzrə qəfəsin ölçüsü 158 santimetrdən böyük olduqda (203 santimetrədək) əlavə olaraq 50 EUR. (40 GBP; 60 USD; 210 AED);

üç ölçünün cəmi üzrə qəfəsin ölçüsü 203 santimetrdən böyük olduqda - əlavə olaraq 100 EUR (80 GBP;120 USD; 420 AED).

PETC (kabinədə heyvan) əl yükünün pulsuz daşınma normasına daxil edilmir və 50 EUR; (40 GBP; 60 USD; 210 AED) məbləğində haqq ödənilir.

Təyyarə salonunda eyni döldən olan və ümumi çəkisi 8 kiloqramdan artıq olmayan iki ev heyvanının (pişik, it, dekorativ quşlar) qəfəsdə daşınmasına icazə verilir. Üç ölçünün cəmi üzrə konteynerin (qəfəsin) ölçüsü 115 santimetrdən (55x20x40) böyük olmamalıdır. Heyvanla birlikdə qəfəsin çəkisi 8 kiloqramdan artıq olduğu halda heyvan baqaj bölməsində daşınmalıdır.

Cəkisi 75 kiloqramdan artıq olan heyvanlar yalnız yük kimi rəsmiləşdirilir və daşıma üçün qəbul edilir.

Diri heyvanların daşınması məqsədilə SSR vasitəsilə PNR-də qabaqcadan sorğu verilməli və təsdiq edilməlidir.

Baqajın pulsuz daşınma normasının şamil edilmədiyi xüsusi baqaj əşyaları

Ölçü və çəkisinə görə adi baqajdan fərqlənən iriölçülü və qeyri-standart baqaja pulsuz daşınma norması şamil olunmur. Bunlara aiddir:

- idman ləvazimatı, aşağıda göstərilənlərdən başqa;

- üç ölçü cəmində 115 sm-dən artıq olan ölçüdə musiqi alətləri;

- audio və videotexnika;

- televizorlar*, soyuducular;

- qablaşdırılmış vəziyyətdə ölçü və çəkisi pulsuz daşınma normasından artıq olan baqaj**;

- diri heyvanlar;

- silah və döyüş sursatları;

*Yalnız Dubay-Bakı istiqamətində uçuşlarda diaqonal ölçüsü 32 inch-ə kimi  hər bir televizorun daşınması baqajın pulsuz daşınma normasına daxildir. Normadan artıq baqaj qismində daşındıqda televizorun artıq çəki və ölçüsü nəzərə alınmadan yalnız əlavə yerə görə 60 AED məbləğində ödəniş aparılmalıdır.

Ölçüsü 32 inch-dən artıq 55 inch-dən az olan televizorların qeyd olunan istiqamət üzrə daşınması zamanı, 210 AED məbləğində rüsum tutulmalıdır.

Həmçinin, çəkisi 32 kq-dan və ya diaqonalı 55 inch-dən artıq  olan televizorların bu istiqamətdə yalnız yük qismində daşınmasına icazə verilir

**Bütün uçuşlarda velosiped baqajın pulsuz daşınma normasına daxildir. Normadan artıq daşınması zamanı artıq ölçü nəzərə alınmamalı yalnız normadan artıq yer və ya çəki olduqda nəzərədə tutulmuş ödəniş aparılmalıdır.

 

İdman ləvazimatlarının daşınması

Bir dəst qolf və/ və ya xizək avadanlığı*** nəzərdə tutulmuş normadan əlavə pulsuz daşınır. Sonrakı dəstlərə və onların ölçü və çəkisinin normadan artıq olmasına görə normadan artıq baqajın dəyərinin ödənilməsi qaydalarına əsasən əlavə ödəniş aparılmalıdır. Qolf və xizək avadanlığı dəstinin hava gəmisinin sərnişin salonunda daşınması qəti qadağandır və müvafiq qaydada qablaşdırılaraq baqaj bölməsində daşınmalıdır.

Bütün digər idman avadanlığı və ləvazimat baqajın pulsuz daşınma normasına daxil edilir və normadan (habelə ölçüsü və çəkisi) artıq olduğu təqdirdə, ödənişli baqaj qaydalarına əsasən əlavə haqq alınır.

İdman ləvazimatının (tennis avadanlığı və bədii gimnastika üçün xüsusi dəst istisna olmaqla) hava gəmisinin sərnişin salonunda daşınması qəti qadağan edilir və müvafiq qaydada qablaşdırılaraq baqaj bölməsində daşınır

***Zəruri avadanlıqları ilə birlikdə (qoruyucu dəbilqə, eynək, çəkmə və s.) bir cüt qar xizəyi və ya bir ədəd snoubord