İdman ləvazimatları

İdman ləvazimatlarının daşınması

Bir dəst qolf və/ və ya xizək avadanlığı*** nəzərdə tutulmuş normadan əlavə pulsuz daşınır. Sonrakı dəstlərə və onların ölçü və çəkisinin normadan artıq olmasına görə normadan artıq baqajın dəyərinin ödənilməsi qaydalarına əsasən əlavə ödəniş aparılmalıdır.

Qolf və xizək avadanlığı dəstinin hava gəmisinin sərnişin salonunda daşınması qəti qadağandır və müvafiq qaydada qablaşdırılaraq baqaj bölməsində daşınmalıdır.

Bütün digər idman avadanlığı və ləvazimat baqajın pulsuz daşınma normasına daxil edilir və normadan (habelə ölçüsü və çəkisi) artıq olduğu təqdirdə, ödənişli baqaj qaydalarına əsasən əlavə haqq alınır.

İdman ləvazimatının (tennis avadanlığı və bədii gimnastika üçün xüsusi dəst istisna olmaqla) hava gəmisinin sərnişin salonunda daşınması qəti qadağan edilir və müvafiq qaydada qablaşdırılaraq baqaj bölməsində daşınır.

***Zəruri avadanlıqları ilə birlikdə (qoruyucu dəbilqə, eynək, çəkmə və s.) bir cüt qar xizəyi və ya bir ədəd snoubord