Xüsusi baqaj

Baqajın pulsuz daşınma normasının şamil edilmədiyi xüsusi baqaj əşyaları

Ölçü və çəkisinə görə adi baqajdan fərqlənən iriölçülü və qeyri-standart baqaja pulsuz daşınma norması şamil olunmur. Bunlara aiddir:

- idman ləvazimatı, aşağıda göstərilənlərdən başqa;

- üç ölçü cəmində 115 sm-dən artıq olan ölçüdə musiqi alətləri;

- Audio və videotexnika;

- televizorlar*, soyuducular;

- qablaşdırılmış vəziyyətdə ölçü və çəkisi pulsuz daşınma normasından artıq olan baqaj**;

- diri heyvanlar;

Yalnız Dubay-Bakı istiqamətində uçuşlarda diaqonal ölçüsü 32 inch-ə kimi hər bir televizorun daşınması baqajın pulsuz daşınma normasına daxildir.

*Normadan artıq baqaj qismində daşındıqda televizorun artıq çəki və ölçüsü nəzərə alınmadan yalnız əlavə yerə görə 60 AED məbləğində ödəniş aparılmalıdır.

Ölçüsü 32 inch-dən artıq 55 inch-dən az olan televizorların qeyd olunan istiqamət üzrə daşınması zamanı, 210 AED məbləğində rüsum tutulmalıdır.

Həmçinin, çəkisi 32 kq-dan və ya diaqonalı 55 inch-dən artıq olan televizorların bu istiqamətdə yalnız yük qismində daşınmasına icazə verilir

**Bütün uçuşlarda velosiped baqajın pulsuz daşınma normasına daxildir. Normadan artıq daşınması zamanı artıq ölçü nəzərə alınmamalı yalnız normadan artıq yer və ya çəki olduqda nəzərədə tutulmuş ödəniş aparılmalıdır.