Pulsuz daşınan baqaj

Pulsuz daşınan baqaj norması

VİP klub
VIP Club
3 baqaj vahidi

Hər biri
32 kiloqramdan artıq olmamaq şərtilə

Biznes
Business
2 baqaj vahidi

Hər biri
32 kiloqramdan artıq olmamaq şərtilə

Komfort klub
Comfort Club
2 baqaj vahidi

Hər biri
Hər biri 32 kiloqramdan artıq olmamaq şərtilə

Ekonom
Economy
1 baqaj vahidi

23 kiloqramdan artıq olmamaq şərtilə

Yalnız Bakı-Nyu-York-Bakı və Bakı-Küveyt-Bakı reyslərində 23 kiloqramdan artıq olmamaq şərtilə 2 baqaj vahidi.

Normadan artıq baqajın daşınma dəyəri

Hər sonrakı 23 kq-a qədər əlavə baqaj yeri üçün – 50 EUR; (40 GBP; 60 USD;210 AED)

Yalnız Bakı-Nyu-York-Bakı və Bakı – Pekin – Bakı reyslərində hər sonrakı 23 kq-a qədər əlavə baqaj yeri üçün – 100 EUR(120 USD)*
 

Yalnız Moskva (VKO) -Gəncə-Moskva (VKO), Moskva (VKO) –Qəbələ-Moskva (VKO) və Moskva (VKO) -Lənkəran-Moskva (VKO) uçuşlarında   baqajın pulsuz daşınma norması 0 PC / Bagajın pulsuz daşınma norması barədə bütün məlumatı aviabiletinizdə tapa bilərsiniz.

Uçuş nömrəsi 9 rəqəmi ilə başlayan (məsələn: J2 9101) "Buta Airways" aviaşirkətinin uçuşlarında baqaj haqqında məlumat  https://www.butaairways.az/en/information/baggage səhifəsində yerləşdirilmişdir.

Hər bir baqaja görə ilkin ödəniş (23 kiloqrama qədər daxil olmaqla) uçuşdan ən azı 3 saat əvvəl, aviaşirkətin şəxsi satış kassalarında və akreditə edilmiş agentliklərdə 40 Avro (30 GBP/50 USD/180 AED) məbləğində ödəniş etməklə mümkündür.

Üç ölçünün cəmi üzrə (hündürlük x en x dərinlik) bir baqaj yerinin ölçüsü 158 santimetrdən artıq olmamalıdır.

2 yaşına çatmamış və hava gəmisinin salonunda valideynləri ilə bir yerdə əyləşərək səyahət edən uşaqlar üçün çəkisi 10 kiloqramdan artıq olmayan və üç ölçünün cəmi üzrə ölçüsü 115 santimetrdən böyük olmayan bir baqaj yerinin pulsuz daşınması hüququ verilir.

2-12 yaş arası uşaqlar üçün pulsuz baqajın daşınma norması böyük sərnişin üçün daşınma normasına bərabərdir.

Təyin edilmiş pulsuz daşınan baqaj normasından əlavə sərnişin minik, düşmə və ya uçuş zamanı ona lazım ola bilən ləvazimatları (əşyaları) daşımaq hüququna malikdir. Buraya aşağıdakı ləvazimatlar (əşyalar) daxildir:

• 2-yaşına qədər körpə/uşaq ilə uçan sərnişin üçün uçuş zamanı uşaq qidası və səfərdə istifadə üçün beşik;

2-yaşına qədər körpə/uşaq ilə uçan sərnişin üçün yüngül çəkili yığılan uşaq arabası (hava gəmisinin yük bölməsində daşınır).

Üç ölçünün cəmi üzrə bir baqaj yerinin ölçüsü  158  santimetrdən artıq olduğu halda (203-santimetrdən böyük olmaması şərtilə)  50   EUR   (40 GBP; 60 USD; 210 AED) məbləğində əlavə haqq alınır.

Üç ölçünün cəmi üzrə bir qeyri-standart baqaj yerinin ölçüsü 203 santimetrdən artıq olduğu halda  100 EUR (80 GBP; 120 USD; 420 AED ) məbləğində əlavə haqq alınır.

Bir yer baqajın çəkisi normadan artıq olduğu halda  (23  kiloqramdan artıq, lakin  32 kiloqramdan artıq olamamaq şərti ilə) əlavə –  50 EUR (40 GBP; 60 USD; 210 AED)  məbləğində ödəniş olunmalıdır.

Baqajın normadan artıq çəkisi və ölçüsü üçün əlavə haqq həm icazə verilən norma həddində baqaja, həm də əlavə baqaj yerlərinə görə alınır.

Çəkisi 32 kiloqramdan artıq olan baqaj yalnız yük kimi rəsmiləşdirilir və daşıma üçün qəbul edilir.

Bütün növ uşaq və əlil arabaları yalnız baqaj bölməsində daşınır və müəyyən olunmuş baqaj normasından əlavə, ödənişsiz daşıma üçün qəbul edilir. 

Baqaja görə bütün ödənişlər (EUR, AED, USD, GBP, SAR, KWD – uçuş ölkəsindən asılı olaraq) rəsmi məzənnəyə uyğun olaraq yerli valyutada həyata keçiriləcəkdir.

AZAL-Miles proqramının iştrakçıları üçün

“AZAL-MİLES” proqramının Platinum və Gold statusunun iştirakçıları  “AZAL-Miles”  programının şərtləri və qaydalarına əsasən aviaşirkətin öz reyslərində  23   kiloqramdan artıq olmayan bir baqaj yerinin ödənişsiz daşınmasını əldə etmək imkanına malikdirlər.