Transfer sərnişinlər üçün

Transfer sərnişinlər üçün

“AZAL” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərdə transfer baqajın daşınması zamanı normadan artıq hər əlavə baqaj yerinin daşınma dəyəri bütün marşrut boyu 50 EUR (40 GBP, 60 USD, 210 AED) təşkil edir.

"Transfer standart", "Transfer xüsusi", "Transfer aksiya" - xüsusi transfer tariflərinə - (Fare Rules ) əsasən rəsmiləşdirilmiş transfer daşımalarının bir sahəsi “AZAL” aviaşirkəti digəri isə “Buta Airways” aviaşirkəti tərəfindən yerinə yetirildiyi halda bütün marşrut boyu baqajın pulsuz daşınma norması “AZAL” tərəfindən təyin edilən normaya uyğun olaraq müəyyən edilir.

Nyu-Yorka/Nyu-Yorkdan, Pekinə/Pekindən səyahət edən transfer sərnişinlər üçün hər əlavə baqaj yerinin (23 kq-dan artıq olmamaq şərtilə) daşınma dəyəri – 100 EUR (120 USD) təşkil edir.

Bir neçə aviadaşıyıcının iştirakı ilə yerinə yetirilən transfer daşımaları zamanı baqajın daşınması baqaj haqqında IATA-nın 302 nömrəli qətnaməsinə əsasən həyata keçirilir.

Ayrı-ayrı marşrutlar üzrə baqajın pulsuz daşınma norması aviaşirkət rəhbərliyinin əmrlərinə və göstərişlərinə əsasən dəyişə bilər.