Direct Login

Hörmətli istifadəçi,

 

  1. Direct Login nədir?

“Azərbaycan Hava Yolları” QSC sərnişinlərə “Direct Login” xidmətini təqdim edir. Bu xidmət vasitəsi ilə sərnişinlər reysin təxsisi zamanı məlumatların əksər hissəsini avtomatik surətdə qeyd edə bilərlər.

“Direct Login” biletlərin təxsisi prosesini sadələşdirir. Aşağıdakı məlumatlar “Direct Login”-də saxlanıla bilər:

      а) İstifadəçinin tam adı

      b) Doğum tarixi

      c) Əlaqə telefon nömrələri

      d) Elektron poçt ünvanı

      e) Tez-tez uçan sərnişinin mükafat kartının nömrəsi

Nəzərə alın ki, “Direct Login” kredit kartlarının nömrələri barədə məlumatları yaddaşda saxlamır.

 

      2. Direct Login” xidmətindən necə istifadə etməli?

 

“Direct Login”dən istifadə etmək üçün şəxsi kabinetinizə daxil olun və təxsisetmə səhifəsində istiqaməti seçin.

  • “Direct Login”də profildən istifadə ilə bağlı hər hansı probleminiz yarandığı halda Siz https://www.azal.az/az/webform/contact-us .   səhifəsinə daxil olaraq “Əlaqə” formasını doldura bilərsiniz.

Komandamız hər zaman Sizə yardım göstərməyə hazırdır!

 

“Azərbaycan Hava Yolları” QSC