Məxfilik siyasəti

www.azal.az saytının və AZAL mobil əlavəsinin xidmətlərindən istifadə edərək, Siz Azərbaycan Hava Yolları sərnişin aviaşirkətinə (AZAL Qapalı Səhmdar Cəmiyyətinə) öz şəxsi məlumatlarınızı təqdim edirsiniz və onlardan istifadə şərtləri ilə razılaşırsınız.

Şəxsi məlumatlarınızı təqdim etməklə, Siz məlumatın birbaşa təyinatı üzrə istifadə olunacağı ilə razılaşırsınız. Sözügedən veb-sayt “Azərbaycan Hava Yolları” aviaşirkətinin mülkiyyətidir və üçüncü şəxslər tərəfindən açıq istifadə üçün nəzərdə tutulmamışdır. Bu o deməkdir ki, qanunvericiliklə və hazırkı siyasətlə müəyyən edilmiş hallar istisna olmaqla, məlumatlar hər hansı üçüncü şəxsə ötürülməyəcək.

Yalnız aviabiletləri rəsmiləşdirmək, bank sistemlərinin ödəniş kartları ilə ödənişlər həyata keçirmək məqsədi ilə məlumatların bir qismi, o cümlədən ad, soyad, pasport məlumatları, bank rekvizitləri və digər məlumatlar müvafiq qaydalar və normalarla nəzərdə tutulmuş şəkildə aviaşirkətin tərəfdaşı olan təşkilatlara veriləcək. Qanunvericiliklə nəzərdə tutulmuş hallarda hüquq-mühafizə orqanlarına onların qanuni və əsaslandırılmış sorğusu üzrə ayrıca məlumat verilə bilər.

Şəxsi məlumatlardan icasiz istifadə, onların üçüncü şəxslərə  razılaşdırılmadan verilməsi və ya məlumatlarınızın təyinatı üzrə istifadə edilməməsi hallarının qarşısını almaq, həmçinin məlumatların dəqiqliyini qorumaq məqsədilə “Azərbaycan Hava Yolları” tərəfindən şəxsi məlumatların qorunması üzrə siyasətimizi təmin edən müvafiq fiziki, elektron və idarəetmə təhlükəsizlik tədbirləri görülmüşdür.

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.