AZAL Oil

“AZALOIL” YSM İdarəsi həmçinin aşağıdakı vəzifələri də yerinə yetirir:
- bütün növ hava gəmilərindən aviasiya yanacağının boşaldılması;
- Azərbaycan Respublikasının ərazisində yerləşən bütün aeroportlarda hava limanına məxsus avtomobil nəqliyyatının və mexanizasiya vasitələrinin müvafiq yanacaq-sürtgü materialları və xüsusi mayelərlə doldurulması;
- əsas bazanın inkişaf etdirilməsi, hava gəmilərinin və avianəqliyyat vasitələrinin yanacaq-sürtgü materialları ilə doldurulması şərtlərinin yaxşılaşdırılması;
- aviasiya texnikasının, avianəqliyyat vasitələrinin və aerodrom mexanizmlərinin fəaliyyəti üçün vacib olması baxımından yanacaq-sürtgü materialları sahəsində tələb-təklif səviyyəsinin öyrənilməsi və zəruri YSM ehtiyatının yaradılması.
“AZALOIL” YSM İdarəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən baza anbarının tərkibində avtomatlaşdırılmış idarəetmə sisteminə malik müasir yanacaq paylama kompleksi fəaliyyət göstərir.
Hal-hazırda “AZALOIL” YSM İdarəsinin Gəncə, Lənkəran, Qəbələ, Zabrat aeroportlarında və Pirallahı adasındakı helikopter meydançasında zəruri yanacaq doldurma avadanlığı ilə təchiz edilmiş YSM doldurma şöbələri vardır.
Zabrat aeroportunda və Pirallahı helikopter meydançasında helikopterlərin yanacaqla doldurulması həyata keçirilir
Müəssisədə hava gəmilərinin yanacaqla doldurulması üçün bütün beynəlxalq standartlara cavab verən rus, ingilis, alman və fransız istehsalı olan, tutumu 12m3-dən 60m3-ə qədər müasir yanacaq dolduran avadanlıqlar mövcuddur.
Direktor: Fəhrəddin Qazibəyov
Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu
AZ1044 Bakı, Azərbaycan
Tel: (+994 12) 497-25-39, 497-27-24, 497-27-62
Faks: (+994 12) 497-26-23
E-mail: azaloil@azal.az