AZAL Miles proqramı haqqında

AZAL-Miles proqramı haqqında

AZAL-Miles proqramı “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə tez-tez uçan sərnişinlər üçün yaradılmış proqramdır.

AZAL-Miles tez-tez uçan sərnişin proqramı olaraq, iştirakçılarını səyahət və status balları ilə mükafatlandırır. 

"Azərbaycan Hava Yolları" aviaşirkətinin müntəzəm reysləri ilə uçuşlara görə və proqramın əməkdaş şirkətlərinin xidmətlərindən istifadə edildiyi zaman hesaba səyahət balları əlavə edilir. Hesaba əlavə edilən səyahət ballarının sayı (tarifə rüsumlar, hava limanı yığımları və əlavə xərclər istisna olmaqla) ödənilmiş əsas tarifin hər bir avrosuna görə əlavə edilir.

Səyahət balları “Azərbaycan Hava Yolları” QSC-nin müntəzəm uçuşlarında mükafatlandırmalara dəyişdirilə bilər.

Yerinə yetirilən hər uçuşa görə sərnişin müəyyən miqdarda status balları toplayır. Həmin status ballarının miqdarı uçuş istiqamətindən və xidmət sinfindən asılıdır.

Lazımi miqdarda status ballarını toplayan iştirakçıların statusu aşağıdakı qaydada yüksəldiləcəkdir:

  • Bir iştirak ili ərzində topladığı 8000 Status balı ilə Classic statusundan Gold  statusunadək yüksəldiləcəkdir
  • Bir iştirak ili ərzində topladığı 20000 Status balı ilə Gold statusundan Platinum statusunadək yüksəldiləcəkdir

 

AZAL-Miles proqramı üzrə iştirakçı statusları

Classic status - iştirakçılığın başlanğıc statusudur.

Classic statuslu iştirakçılar aviabiletin əsas tarifinin hər bir avrosuna (1 €) görə 1 səyahət balı toplayırlar.

Classic statuslu iştirakçılara virtual iştirakçı kartı təqdim edilir (fiziki olaraq kart təqdim edilmir).

8000 status balı toplandıqda iştirakçı statusu növbəti iştirak ili ərzində Gold statusunadək yüksəldiləcəkdir.   

 

Gold status

Gold statuslu iştirakçılar aviabiletin əsas tarifinin hər bir avrosuna (1 €) görə 2 səyahət balı toplayırlar.

İştirakçılara daha çox güzəştlər əldə etməyə imkan verən Gold statuslu fərdi kart təqdim olunur. Gold statusunu saxlamaq və ya növbəti statusadək yüksəlmək üçün  iştirakçılar bir iştirak ili ərzində lazımi miqdarda bal toplamalıdırlar.

Kifayət qədər status balı toplayan iştirakçıların statusu avtomatik olaraq Platinum statusunadək yüksəldiləcəkdir.

Bir iştirak ili ərzində Gold statusunun saxlanılması üçün kifayət qədər status balı toplamayan Gold statuslu iştirakçılar Classic statusunadək endiriləcəkdir.

 

Platinum status

Platinum statuslu iştirakçılar aviabiletin əsas tarifinin hər bir avrosuna (1 €) görə 3 səyahət balı toplayır.

İştirakçılara daha çox güzəştlər əldə etməyə imkan verən Platinum statuslu fərdi kart təqdim olunur. Platinum statusunu saxlamaq üçün  iştirakçılar iki iştirak ili ərzində lazımi miqdarda bal toplamalıdırlar.

Bir iştirak ili ərzində Platinum statusunun saxlanılması üçün kifayət qədər status balı toplamayan Platinum statuslu iştirakçılar Gold statusunadək endiriləcəkdir.

AZAL-Miles proqramı bütün sərnişinlərə unikal və  istifadəsi asan mükafatlar təqdim edir.

Sərnişin proqramda qeydiyyatdan keçdiyi andan  yaradılan fərdi  hesab vasitəsilə bütün iştirakçılar öz iştirakçılıq fəaliyyətinə nəzarət edə bilərlər.

Daha ətraflı məlumat qaydalar və şərtlər bölməsində  qeyd edilib.