Ailə hesabı

1.AZAL-Miles proqramında qeydiyyatdan keçmiş hər bir iştirakçı (12 yaşdan yuxarı) “Ailə hesabı” yarada bilər.

2.Vahid “Ailə hesabı” yaratmaq üçün əsas hesab seçilməlidir və sorğu həmin iştirakçı tərəfindən göndərilməlidir.

3.Ailə hesabına valideynlər (yalnız əsas hesab sahibinin valideynləri), həyat yoldaşı və övladları daxildir.

4.“Ailə hesabı” yaradılması üçün sorğu www.azal.az saytında xüsusi qeydiyyat forması vasitəsilə göndərilməlidir.

5.“Ailə hesabı” yaratmaq üçün iştirakçı (əsas hesab sahibi) aşağıdakı sənədləri göndərməlidir:

  • Valideynlər üçün - xarici pasportların surəti, əsas hesab sahibi doğum haqqında şəhadətnaməsi;
  • Həyat yoldaşı üçün - xarici pasportun surəti, nikah haqqında şəhadətnamə;
  • Övladlar üçün (12 yaşdan yuxarı) - xarici pasportların surəti, doğum haqqında şəhadətnamə;

Məsələn: əsas hesab sahibi atadırsa, bu zaman ailə hesabının yaradılması üçün aşağıdakı sənədlər tələb olunur: valideynlərin, həyat yoldaşının və övladlarının xarici pasportlarının surətləri. Əsas hesab sahibinin (özünün) və övladlarının doğum haqqında şəhadətnamələri. Həyat yoldaşı ilə nikah haqqında şəhadətnamə.

6.“Ailə hesabı” yaradılması haqqında təsdiq, düzgün şəkildə doldurulmuş sorğu göndərildikdən sonra 7 iş günü ərzində həyata keçirilir.

7.“Ailə hesabı”na yalnız səyahət balları əlavə olunur, status balları hər iştirakçının fərdi hesabına əlavə edilir. 

8.Balların hesaba əlavə edilməsi üçün, aviabilet əldə edilən zaman və ya hava limanında qeydiyyat zamanı, hər bir ailə hesabına daxil edilən iştirakçı fərdi iştirakçı nömrəsini təqdim etməlidir.

9.AZAL-Miles proqramı üzrə mükafatlandırmanı əldə etmək üçün əsas hesabın iştirakçı nömrəsi təqdim edilməlidir.

10.Əvvəl seçilmiş əsas hesabı dəyişdirmək istədiyiniz təqdirdə, yuxarıda göstərilən sənədlərin surətləri ilə birlikdə azalmiles@azal.az ünvanına sorğu göndərməlisiniz.

11.Ailə hesabına yeni üzv əlavə etmək istədiyiniz təqdirdə, qohumluq əlaqələrini təsdiq edən sənədlərin surətləri ilə birlikdə  azalmiles@azal.az ünvanına sorğu göndərməlisiniz (tələb olunan sənədlərin siyahısı yuxarıda qeyd olunub).

12.Ailə hesabına dəyişikliklərin əlavə ediməsi  haqqında sorğulara onların göndərildiyi tarixdən 14 iş günü ərzində baxılacaq və işləniləcəkdir.


Ailə Hesabının qeydiyyatı


Ailə hesabının iştirakçıları

Ailə hesabına daxil olacaq iştirakçıların müvafiq sənədlərini yükləməyinizi xahiş edirik *

Tam adı
AZAL-Miles iştirakçı nömrəsi
Müvafiq sənədlər
1.

Müvafiq sənədlər siyahısı

  • Valideynlər üçün - ümumvətəndaş pasportlarının surəti, əsas iştirakçının doğum haqqında şahadətnaməsi, nikah haqqında şahadətnamə
  • Ər/arvad üçün - ümumvətəndaş pasportunun surəti, nikah haqqında şahadətnamə
  • Uşaqlar üçün - ümumvətəndaş pasportunun surəti, doğum haqqında şahadətnamə

Nəzərinizə çatdırmaq istərdik, ki göndərilən sənədlərin surətləri jpg, png və ya pdf formatında olmalıdır

1.