Tez-tez verilən suallar

AZAL-Miles proqramı haqqında

1. AZAL-Miles nədir?

AZAL-Miles "Azərbaycan Hava Yolları" aviaşirkətinin tez-tez uçan sərnişinlər üçün nəzərdə tutulmuş proqramıdır. AZAL-Miles proqramının iştirakçıları "Azərbaycan Hava Yolları" aviaşirkətinin uçuşlarında "Səyahət balları" və "Status balları" toplaya bilərlər.

2. Səyahət balları nədir?

Səyahət Balları "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə uçmaqla toplanır; həmin ballar "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə uçuşların əsas tarifini və xidmət sinfinin artırılmasını ödəmək məqsədilə istifadə oluna bilər. Səyahət balları əldə olunan aviabiletlərin dəyərinə əsasən verilir.

3. Status balları nədir?

Status balları "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə uçmaqla toplanır; bu ballar heç nəyin müqabilində dəyişdirilə bilməz, sözügedən ballar AZAL-Miles proqramı üzrə iştirakçı statusunun təyin edilməsi məqsədilə verilir / toplanır və hesablanır. Bu ballar hər dəfə uçuş əsasında toplanır; Toplanmış Status ballarının miqdarı səyahətin istiqamət və sinfindən asılıdır.

4. Bonus səyahət balları nədir?

Bonus səyahət balları Classic iştirak statusundan Silver, Gold və Platinum iştirak statusuna keçərkən aldığınız əlavə Səyahət ballarıdır. Silver statusunun iştirakçıları əlavə 25%, Gold statusunun iştirakçıları əlavə 100%, Platinum statusunun iştirakçıları isə əlavə 200% bal qazanırlar. Həmin əlavə ballar iştirakçı hesabatında Bonus səyahət balları kimi qeyd olunur. Bu ballar Səyahət balları ilə eyni qüvvəyə malikdir.

5. Səyahət və Status balları toplanılmayan uçuşlar varmı?

Siz "Azərbaycan Hava Yolları" aviaşirkətinin həyata keçirmədiyi uçuşlara və ya çarter uçuşlarına, yaxud əldə olunan mükafatlandırılmış pulsuz aviabiletlə həyata keçirilən uçuşlara görə bal toplaya bilməzsiniz.

6. AZAL-Miles proqramı üzrə daha yüksək iştirakçı statusunu necə əldə etməli?

İştirakçı statusunu yüksəltmək üçün üzv olduğunuz il ərzində Status balları toplamaq lazımdır. İştirakçı olduğunuz il ərzində daha çox Status balı toplasanız, daha yüksək iştirakçı dərəcəsi əldə edəcəksiniz. Hər bir iştirakçı statusunu təyin edilməsinə görə daha ətraflı məlumat əldə etmək üçün www.azal.az veb səhifəsinə daxil olmağınız xahiş olunur.

7. İştirak ili nədir?

Sizin proqramda iştirakınız qeydiyyatdan keçdiyiniz tarixdən başlayır və növbəti il proqrama daxil olduğunuz ayın sonuncu gününə qədər davam edir.

8. “Azərbaycan Hava Yolları”nın Biznes Zalın xidmətlərindən necə faydalana bilərəm?

AZAL-Miles tez-tez uçan sərnişin proqramının Gold və Platinum kart sahibləri (yeni iştirakçı kartı əldə etdikdən sonra) Heydər Əliyev Hava Limanında yalnız, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin beynəlxalq uçuşlarına minik talonu ilə, övladı və 1 nəfər ailə üzvü (valideyn/həyat yoldaşı və ya 12 yaşa qədər olan övladı) ilə birlikdə Biznes zala daxil olma hüququndan faydalana bilərlər. Qeyd etmək istərdik ki, Platinum kart sahibləri bu xidmətdən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin beynəlxalq uçuşlar həyata keçirdiyi bütün hava limanlarında Biznes Zal xidmətindən faydalana bilərlər.

  AZAL-Miles proqramında qeydiyyat:

9. Yeni proqramda necə qeydiyyatdan keçməliyəm?

Bunun üçün rəsmi veb səhifəmizə daxil olub www.azal.az (AZAL-Miles bölməsində «Abunə olmaq») qeydiyyat üçün tələb olunan online iştirakçı blankını tamamlamaq və ya AZAL-Miles Mobil App-də qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyat başa çatdıqdan sonra qeyd olunmuş e-poçt ünvanına iştirkaçı nömrəniz və hesabınıza daxil olmaq üçün müvəqqəti şifrə göndərilir.

 

10. AZAL-Miles proqramında təkrar qeydiyyatı necə tamamlamaq olar?

Bunun üçün AZAL-Miles proqramındakı iştirakçı nömrənizi və e-poçt ünvanınızı azalmiles@azal.az rəsmi e-poçt ünvanımıza göndərməyiniz tələb olunur(Məsələn: 771000000000 - mammad.mammadov@gmail.com). Göndərmiş olduğunuz sorğu əsasında araşdırma aparılıb bir iş günü ərzində təkrar qeydiyyatı tamamlamaq üçün tələb olunan müvəqqəti şifrə sizin e-poçt ünvanınıza göndərilir. Təkrar qeydiyyatı rəsmi veb səhifəmiz (AZAL-Miles bölməsi «Profilə daxil olmaq» hissəsində) və ya AZAL-Miles Mobile App vasitəsi ilə tamamlamaq olar.

 

11. Əgər mənim e – poçt ünvanıma bildiriş almıramsa, nə etməliyəm?

E–poçt ünvanınıza bildiriş almadığınız halda “AZAL-Miles” proqramının əməkdaşlarına +99 412-598-88-80 nömrəsinə zəng vura və ya azalmiles@azal.az e–poçt ünvanına bildiriş göndərə bilərsiniz.

12. Eyni e – poçt ünvanından istifadə etməklə bir neçə kart qeydiyyatdan keçibsə, hər bir iştirakçı üçün ayrılıqda yeni iştirakçı nömrəsi təqdim ediləcəkmi?

5 ailə üzvünün hər biri hazırkı iştirakçı kartlarını saxlamaq şərti ilə eyni e–poçt ünvanını istifadə etməklə qeydiyyatdan keçə bilərlər.

13. Yenidən qeydiyyatdan keçdiyim zaman, mənə yeni iştirakçı nömrəsi təqdim ediləcəkmi?

Xeyr, hazırki iştirakçı nömrəsi saxlanılacaq.

14. AZAL-Miles proqramında mobil telefon vasitsilə SMS xidməti ilə qeydiyyatdan keçmək mümkündürmü?

Xeyr, siz yalnız e – poçt vasitəsi ilə proqramda qeydiyyatdan keçə bilərsiniz. SMS vasitəsi ilə qeydiyyat mümkün deyil.

15. AZAL-Miles mobil App vasitəsi ilə qeydiyayyat və ya təkrar qeydiyyatdan keçmək mümükündürmü?

Bəli, AZAL-Miles proqramının iştirakçıları İOS və Android əməliyyat sistemini dəstəkləyən vasitələr üçün mövcud mobil proqramdan istifadə etməklə qeydiyyatdan/yenidən qeydiyyatdan keçə bilərlər.

16. Yenidən qeydiyyatdan keçdikdən sonra əvvəl toplanılan ballar etibarlı olacaqlar?

Bütün mövcud iştirakçıların hesabındakı ballar saxlanılacaq və yenidən qeydiyyat prossesi başa çatdıqdan sonra hesabınızı aktivləşdirən zaman istifadə üçün yararlı olacaqdır.

17. Mən yenidən qeydiyyatdan keçmədiyim halda, balların mənim hesabıma toplanması davam etdiriləcəkmi?

Aviabilet əldə edən zaman və ya hava limanında qeydiyyat zamanı AZAL-Miles iştirakçı kartını təqdim etdiyiniz halda, ballar iştirakçı hesabınıza əlavə ediləcəkdir..

18. Hal-hazırda hesabda olan balların necə yoxlaya bilərəm?

www.azal.az veb – səhifə və ya AZAL-Miles mobil App vasitəsi ilə şəxsi profilə daxil olmaqla hesabınızdakı balları yoxlaya bilərsiniz. Həmçinin +99 412-598-88-80 nömrəsi ilə AZAL-Miles proqramının əməkdaşları ilə əlaqə saxlaya bilərsiniz.

19. Mənə yeni iştirakçı kartı veriləcəkmi?

Bütün AZAL-Miles proqramına qoşulan yeni iştirakçılar ilkin iştirakçı mərhələsi olan Classic səviyyədən başlayırlar və Classic statusun iştirakçıları üçün kart verilmir. Yeni kart yalnız uğurla yenidən qeydiyyatdan keçmiş və hesabını aktivləşdirən mövcud Silver, Gold və Platinum statuslarının iştirakçılarına verilir.

20. Əgər mən Silver, Gold və ya Platinum statusunun iştirakçısıyamsa, mənim statusum yeni proqramda saxlanılacaqmı?

Siz Silver, Gold və ya Platinum statusunun iştirakçısı olduğunuz üçün, mövcud iştirakçı statusunuz yeni proqramda saxlanılacaq. Buna baxmayaraq, Silver, Gold və ya Platinum statusunda iştirakınızı saxlamaq üçün, kartın üzərində qeyd edilən etibarlılıq müddəti bitənə qədər siz lazımi sayda status ballarını toplamalısınız.

21. Silver, Gold və Platinum statusun yeni iştirakçı kartını necə əldə etməli?

Hazırda siz Silver, Gold və ya Platinum statusun iştirakçısı olduğunuz və yenidən qeydiyyat prosesini uğurla başa çatdırdığınız halda, yeni iştirakçı kartınız 20 gün ərzində qeydiyyat zamanı təqdim etdiyiniz ünvana göndəriləcək.

22. Yeni kart verilənə kimi aviabilet almaq üçün hansı iştirakçı nömrəsindən istifadə etməliyəm?

Sizin iştirakçı nömrəniz dəyişməz qaldığı üçün aviabilet aldığınız zaman hazırkı iştirakçı nömrənizi təqdim edin.

Balların toplanılması:

23. Mən uçuşlar zamanı nə qədər Səyahət balı toplaya bilərəm?

Səyahət balları ödənilmiş aviabiletin Avro ilə dəyərinə əsasən toplanılır. Məsələn, Classic statusun iştirakçısı əldə etdiyi 200€ (rüsum və hava limanı yığımlarıi istisna olmaqla) dəyərindəki aviabiletə görə 200 bal toplayacaq.

Qeyd: Toplanılan balların sayı iştirakçı statusundan asılı olaraq dəyişir; daha yüksək iştirakçı statusuna görə daha çox bal hesaba əlavə edilir.

24. İştirakçı statusum üzrə əldə edilən aviabilet üçün kifayət qədər bal topladığımı necə öyrənə bilərəm?Qeyd olunan məlumat Sizin ballar haqqında hesabatınızda əks edilir. Aviabiletin əsas tarifinə görə hesaba əlavə olunan ballar uçuş balları kimi, hesaba əlavə edilən digər ballar bonus balları kimi qeyd olunur.

Misal:

İştirakçı 500€ dəyərində aviabilet əldə edir. Hesabatda iki bənd qeyd olunacaq:

1. 500 € dəyərində aviabilet müqabilində toplanan (1 € müqabilində 1 bal) Səyahət balları  = «500 əsas Səyahət balları»;

2. İştirakçı statusu əsasında toplanan Bonus səyahət balları:

Silver statusunun iştirakçıları üçün: 25% Bonus səyahət balları = 125 bal

Gold statusunun iştirakçıları üçün: 100% Bonus səyahət balları = 500 bal

Platinum statusunun iştirakçıları üçün: 200% Bonus səyahət balları = 1000 bal

Classic statusunun iştirakçıları üçün Bonus səyahət balları yoxdur.

Silver statusunun iştirakçılarının hesabat nümunəsi

                                                    

11/08/2015

05 avqust 2015 tarixdə J2109 Bakı – Praqaya uçuşu

230

11/08/2015

05 avqust 2015 tarixdə J2109 Bakı – Praqa uçuşu üçün «Silver» statusunun Səyahət balları

57

 

                                                    

25. AZAL-Miles proqramında iştirakçı olana qədər etdiyim uçuşlara görə Səyahət  balları tələb edə bilərəmmi?

01 yanvar 2017 – ci il tarixindən etibarən, proqrama üzv olan yeni iştirakçılar uçuş sənədlərini təqdim etmək şərti ilə qeydiyyat tarixindən əvvəl, son 180 gün ərzində həyata keçirdikləri uçuşlara görə balları hesaba əlavə edə bilərlər.

26. Uçuşlara görə ballar nə vaxt hesabıma əlavə ediləcək?

Əgər Siz aviabilet əldə edərkən və / və ya hava limanında qeydiyyatdan keçdiyiniz zaman AZAL-Miles iştirakçı nömrəsini təqdim etmisinizsə, Sizin ballarınız normal olaraq uçuş yerinə yetirildikdən sonra 7 iş günü ərzində AZAL-Miles iştirakçı hesabınıza əlavə ediləcək.

27. Mən balları necə toplaya bilərəm?

Siz "Azərbaycan Hava Yolları" aviaşirkəti ilə səyahət etməklə Səyahət və Status balları, həmçinin "Silk Way" Bankın kredit kartından istifadə etməklə Səyahət balları toplaya bilərsiniz.

28. Mən kod-şerinq uçuşlarına görə bal toplaya bilərəmmi?

AZAL-Miles proqramının iştirakçıları yalnız “Azərbaycan Hava Yolları" aviaşirkətinin həyata keçirdiyi müntəzəm uçuşlarına görə bal toplanılır.

29. Əgər mənim AZAL-Miles profilimdə qeydə alınmış adım aviabiletimin üzərindəki adla eyni dəyilsə, mən bal toplaya bilərəmmi?

Xeyr, bal toplamaq üçün Sizin AZAL-Miles hesabınızdakı adla aviabiletin üzərindəki ad eyni olmalıdır.

Səyahət ballarından İstifadə

30. Pulsuz mükafatlandırıcı aviabilet almaq üçün neçə gün əvvəlcədən müraciət etməliyəm?

Pulsuz mükafatlandırıcı aviabileti, yerlərin məhdud olduğu üçün nə qədər tez sifariş versəniz, Sizin istəyinizi yerinə yetirmək bizim üçün bir o qədər asan olar. Səyahət ballarından istifadə etməklə pulsuz mükafatlandırıcı aviabiletləri və xidmət sinfinin artırılması üçün planlaşdırılan uçuş vaxtından 24 saat əvvəl bildirmək tələb olunur.

31. Pulsuz mükafatlandırıcı aviabiletin əldə olunması üçün nə etmək lazımdır?

Pulsuz mükafatlandırıcı aviabiletin əldə olunması üçün "Azərbaycan Hava Yolları" aviaşirkətinin rəsmi satış agentliklərinə və ya nümayəndəliklərə müraciət edilə bilər.

32. Mən öz ballarımı başqa şəxs üçün istifadə edə bilərəmmi?

Xeyr. Ballar yalnız onları toplamış şəxs tərəfindən istifadə edilə bilər.

33. Mükafatlandırıcı aviabiletdə dəyişiklik etmək mümkündürmü?

Mükafatlandırıcı aviabiletin yalnız uçuş saatı və tarixi dəyişdirilə bilər. Uçuşdan əvvəl Silver, Gold və Platinum statuslarının iştirakçıları dəyişiklikliyi ÖDƏNİŞSİZ həyata keçirə bilərlər, Classic status iştirakçısına isə 50 avro (bir uçuş istiqaməti) rüsum ödəmək tələb olunacaq.

Uçuşdan sonra isə proqramın bütün iştirakçıları 75 avro (bir uçuş istiqaməti) ödəmək şərti ilə mükafatlandırıcı aviabiletdə qeyd olunan dəyişiklikliyi edə bilərlər.

34. Əgər pulsuz mükafatlandırıcı aviabilet almağıma baxmayaraq həmin aviabiletdən istifadə edə bilmirəmsə, mən nə etməliyəm?

Sərnişinə uçuş həyata keçirilməmişdən 24 saat əvvəl əldə edilmiş mükafatlandırıcı aviabiletin tarixini dəyişdirmək imkanı təqdim edilir. Mükafatlandırcı aviabiletin ləğvinə və qaytarılmasına icazə verilmir. Proqram qaydaları haqqında ətraflı məlumat üçün www.azal.az veb – səhifəsinə daxil olmağınız xahiş olunur.

35. Mənim pulsuz mükafatlandırıcı aviabiletim nə dərəcədə etibarlıdır?

Pulsuz mükafatlandırıcı aviabiletlər dəqiq qeyd edilən uçuşlar, istiqamət və tarixlərdə etibarlıdır.

36. Xidmət sinfinin artırılması üçün nə qədər Səyahət balı tələb olunur?

Ətraflı məlumat üçün "Azərbaycan Hava Yolları" nın rəsmi veb-səhifəsindəki ballardan isitifadə cədvəlinə baxmağınız xahiş olunur.

37. Mən Səyahət balları ilə xidmət sinfini necə artıra bilərəm?

Sizin "Y" Ekonom sinif və ya Biznes sinif aviabiletinə malik olmağınız tələb olunur, bundan sonra Siz ilkin aviabileti rəsmiləşdirən satış ofisinə müraciət edib Səyahət ballarından istifadə etməklə aviabiletinizin xidmət sinfini Biznes sinfə və ya VIP Cluba artıra bilərsiniz. 

38. Xidmət sinfinin artırılması üçün nə etmək lazımdır?

Xidmət sinfinin artırılması və ya rezervasiya etmək üçün "Azərbaycan Hava Yolları" aviaşirkətinin müəyyən edilmiş satış ofislərində öz iştirakçı nömrənizi və ödənişli aviabileti təqdim etməklə həyata keçirilir.

39. Mən öz ballarımı digər şirkətin tez-tez uçan sərnişinlər üçün nəzərdə tutulmuş proqramına köçürə bilərəmmi?

Hazırda balları digər aviaşirkətin tez-tez uçan sərnişin proqramına / proqramından köçürmək mümkün deyil.

40. Həyat yoldaşım mənim ballarımdan istifadə edə bilərmi?

Yalnız adı kartın üzərində qeyd edilmiş iştirakçı həmin kartdan istifadə edə bilər.

 

İştirakçı kartı

41. Mənə iştirakçı kartı veriləcəkmi?

Silver, Gold və Platinum statuslarının iştirakçılarına iştirakçı kartı verilir; Classic statusunun iştirakçıları isə elektron poçt vasitəsilə virtual kart ala bilərlər.

42. AZAL-Miles Proqramı neçə iştirakçı səviyyəsi təklif edir?

AZAL-Miles proqramında 4 iştirakçı səviyyəsi var: Classic, Silver, Gold və Platinum.

43. İştirakçılığın etibarlılıq müddəti nə qədərdir?

Classic statusu üzrə iştirakçılıq birinci iştirakçı səviyyəsidir və iştirakçı səviyyəsi artırılana qədər və ya 36 ay ərzində heç bir uçuş həyata keçirilmədiyi təqdirdə, iştirakçı müddəti başa çatana qədər etibarlıdır. Silver və Gold statusları üzrə iştirakçılıq 1 il, Platinum statusu üzrə iştirakçılıq isə 2 il etibarlılıq müddətinə malikdir.

 

Mənim hesabım

44. Mən öz AZAL-Miles iştirakçı səhifəmə necə daxil ola bilərəm?

Sadəcə www.azal.az veb -səhifəsinə daxil olub (AZAL-Miles “Profilə daxil olmaq”) öz iştirakçı nömrəsi və şifrəni daxil ediməklə şəxsi hesaba daxil ola bilərsiniz. Şəxsi hesaba AZAL-Miles mobil App vasitəsi ilə də daxil olmaq mümkündür.

45. AZAL-Miles hesabımda şəxsi məlumatlarımı (ad, soyad, doğum tarixi) necə dəyişə bilərəm?

AZAL-Miles hesabında şəxsi məlumatlarda (ad, soyad, doğum tarixi) dəyişikliklər etmək üçün azalmiles@azal.az e-poçt ünvanına iştirakçı kartının nömrəsini, xarici pasprotun və dəyişiklikləri  təsdiq edən sənədin surətini göndərməyiniz kifayətdir.   Həmçinin yuxarıda qeyd olunan sənədləri təqdim etməklə Siz "Azərbaycan Hava Yolları" aviaşirkətinin ofisinə müraciət edə bilərsiniz.

46. Mən profilimdəki şəxsi məlumatları necə dəyişə bilərəm?

Siz profildəki şəxsi məlumatları öz iştirakçı hesabınıza daxil olmaqla yeniləyə bilərsiniz. Öz hesabınıza daxil olun və "Profili yenilə" düyməsini basın.

47. Mən öz hesabımdakı balları necə yoxlaya bilərəm?

Hesabda olan ballar barədə məlumatlara baxmaq üçün iştirakçı hesabınıza daxil olaraq, "Hesabat" və “Hesabatın tarixçəsi” bəndini seçin, beləliklə əməliyyatlar, eləcə də Səyahət və Status balları barədə məlumatlar ekrana gələcək.

 

Ümumi məlumat

48. AZAL-Miles proqramına görə güzəştlər yalnız "Azərbaycan Hava Yolları" aviaşirkətinin uçuşlarına tətbiq edilir?

AZAL-Miles Proqramının bütün güzəştləri yalnız "Azərbaycan Hava Yolları" aviaşirkətinin uçuşlarında tətbiq edilir.

49. Kod-şerinq uçuşu nədir?

"Kod-şerinq" uçuşu aviaşirkətlər arasında ümumi əməkdaşlıq formasıdır. Belə ki, bir aviaşirkət öz təyyarəsi vasitəsilə uçuşu həyata keçirir və həmin uçuş sözügedən aviaşirkətin müəyyən edilmiş tərəfdaşı və ya korporativ tərəfdaşı vasitəsilə dərc edilir və müstəqil şəkildə satılır.

50. Əlavə olunmamış balları necə bərpa edə bilərəm?

Uçuşdan sonra 7 iş günü ərzində ballar hesaba avtomatik olaraq əlavə edilmədiyi təqdirdə azalmiles@azal.az e-poçt ünvanına uçuş sənədlərini (iştirakçı nömrəsi , minik talonun surəti və ya elektron aviabilet nömrəsi) göndərməklə balları bərpa edə bilərsiniz. 

51. Mənim ballarımın etibarlılıq müddəti nə qədərdir?

Hesaba əlavə olunmuş səyahət balları 36 ay ərzində istifadə edilmədiyi təqdirdə, əlavə olunan ayın sonuncu günündə ləğv ediləcək.

52.  Səyahət və Status Ballarının alışı mümkündürmü?

Hazırda Səyahət və Status ballarının ödənişlə alışı mümkün deyil.

53. Mən iştirakçı hesabımı digər şəxslə birləşdirə bilərəmmi?

AZAL-Miles proqramının digər iştirakçılarına məxsus olan hesablarını birləşdirmək mümkün deyil.

54. Mən Proqramın Ümumi Qaydaları ilə necə tanış ola bilərəm?

AZAL-Miles Proqramının “Qaydalar və Şərtləri” bölməsində tanış ola bilərsiniz.

55. Mən AZAL-Miles proqramı barədə suallarla əlaqədar kimə müraciət etməliyəm?

AZAL-Miles Məlumat Mərkəzinə zəng etməyiniz xahiş olunur: +99 412-598-88-80

56. "Silk Way" Bankın kredit kartı vasitəsilə həyata keçirilmiş satınalmalardan toplanmış Səyahət balları mənim AZAL-Miles hesabıma nə vaxt əlavə ediləcək?

"Silk Way" Bankın kredit kartından istifadə etməklə toplanmış Ballar aylıq əsasda və sizin kredit kartı çıxarışının verilməsindən sonra 10 gün ərzində sizin AZAL-Miles hesabınıza əlavə ediləcək.