“Azərbaycan Hava Yolları” Bakı-Barselona-Bakı reysini bərpa edir

29 yanvar 2016, Bakı – “Azərbaycan Hava Yolları” (AZAL) 18 iyun 2016-cı il tarixindən etibarən Bakıdan Barselonaya müntəzəm reyslərin bərpa edilməsi barədə elan edir.

Bakı-Barselona-Bakı marşrutu üzrə birbaşa uçuşlar hər həftənin şənbə günləri yerinə yetiriləcək.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:00-da, El-Prat Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:45-də. Barselonadan uçuş - yerli vaxtla saat 11:00-da, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat 19:10-da.

Bakı-Barselona-Bakı marşrutu üzrə aviabiletin qiyməti 381 avrodan başlayır.

Barselona – İspaniyanın muxtar vilayəti Kataloniyanın paytaxtı və böyük dəniz limanlarından biridir. Barselonada Avropa rahatlığı və aktiv şəhər həyatı, zəngin infrastruktur və mədəni təmtəraq bir-biri ilə uzlaşır.

 

Bakı-Barselona-Bakı reysi biznes və ekonom salonlu müasir, komfortlu Airbus A319 laynerləri ilə həyata keçiriləcək.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar. Proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles.

 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:  

(+99412) 598-88-80

*8880

e-mail:  callcenter@azal.az

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

06 Dek 2019

4 mindən artıq ağac əkilib

Ətraflı
04 Dek 2019

Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılmışdır

Ətraflı
25 Noy 2019

Akademik Arif Paşayev Xarkov Aviasiya İnstitutunun fəxri adları ilə təltif edilmişdir

Ətraflı
21 Noy 2019

“Dubai Air Show 2019” sərgisində “Azərbaycan Hava Yolları” bir sıra önəmli razılaşmalara imza atmışdır

Ətraflı
12 Noy 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunmuşdur

Ətraflı
07 Noy 2019

AZAL prezidenti Cahangir Əsgərov uçuş heyətinin yığıncağını həyata keçirmişdir

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.