Nazirlər Kabineti “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarda dəyişiklik edib.

6 iyun 2022-ci il, Bakı – 6 iyun tarixində “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişikliklər edilib.

Azərbaycan vətəndaşı olan hər bir sərnişinə bu gündən etibarən güzəşt məbləği 10 manata endirilir. Qeyd edək ki, əvvəllər bu məbləğ 20 manat təşkil edirdi.

Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən edilir.

Əlavə etmək lazımdır ki, həmin reyslərdə bir sıra kateqoriyadan olan sərnişinlər üçün güzəşt nəzərdə tutulmuşdur. 2 yaşından 12 yaşınadək uşaqlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, tələbələrə, həmçinin I və II dərəcə əlilliyi olan şəxslərə 10 manat məbləğində güzəşt tətbiq edilir.

 

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti

Son xəbərlər

25 İyl 2022

Zəngilan Beynəlxalq Hava Limanına IATA kodu təyin edilib

Ətraflı
22 İyl 2022

AZAL avqust ayında Hindistanın Yeni Dehli şəhərinə uçuşlara başlayacaq

Ətraflı
20 İyl 2022

AZAL hava gəmiləri parkına yeni "Boeing 787 Dreamliner" hava gəmilərini daxil edəcək

Ətraflı
08 İyl 2022

AZAL-ın prezidenti Cahangir Əsgərov Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

Ətraflı
08 İyl 2022

AZAL-ın prezidenti Cahangir Əsgərov və Misir səfiri hava əlaqəsinin genişləndirilməsini müzakirə ediblər

Ətraflı
07 İyl 2022

AZAL-ın prezidenti Cahangir Əsgərov İsrail səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.