Azərbaycanın milli aviadaşıyıcısı Rusiyaya uçuşları bərpa edir

2 iyun 2022-ci il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı 15 iyundan etibarən Rusiyanın şəhərləri ilə hava əlaqəsini bərpa edir.

Qeyd edilən tarixdən etibarən  “AZAL”  və  “Buta Airways”  aviaşirkətləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskva, Sankt-Peterburq, Həştərxan, Mineralnıye Vodı və Kazan şəhərlərinə uçuş proqramını mərhələli şəkildə bərpa edir.

 “Azərbaycan Hava Yolları”  aviaşirkəti 15 iyundan etibarən Moskva şəhərinin Domodedovo və Vnukovo hava limanlarına gündəlik uçuşlar yerinə yetirməyə başlayacaq. Bakıdan Sankt-Peterburq şəhərinə aviadaşıyıcının uçuşları həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

“Buta Airways” aşağıbüdcəli aviaşirkət həmin tarixdən həftədə iki dəfə olmaqla  Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri) və Kazan (çərşənbə və şənbə günləri) şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

 “AZAL”  və  “Buta Airways”  aviaşirkətlərinin Rusiya şəhərlərinə  planlaşdırılan bütün reyslərinə biletlər artıq aviadaşıyıcının akkreditə olunmuş agentliklərində satışdadır. Aviaşirkətlərin www.azal.az  və  butaairways.az rəsmi saytlarında biletlərin satışı mərhələli şəkildə açılacaq.

Bu uçuşlara qeyd edilən daşıma şərtlərinə uyğun olan və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazə verilən sərnişinlər qəbul ediləcək.

Rusiyaya səyahət etməyi planlaşdıran sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətlərin saytlarında tanış olmaq olar:

Azərbaycana giriş qaydaları haqqında məlumatla  aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:

https://www.azal.az/az/information/covid-azerbaijan  və https://www.butaairways.az/az/covid/azerbaijan

 

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti

Son xəbərlər

25 İyl 2022

Zəngilan Beynəlxalq Hava Limanına IATA kodu təyin edilib

Ətraflı
22 İyl 2022

AZAL avqust ayında Hindistanın Yeni Dehli şəhərinə uçuşlara başlayacaq

Ətraflı
20 İyl 2022

AZAL hava gəmiləri parkına yeni "Boeing 787 Dreamliner" hava gəmilərini daxil edəcək

Ətraflı
08 İyl 2022

AZAL-ın prezidenti Cahangir Əsgərov Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

Ətraflı
08 İyl 2022

AZAL-ın prezidenti Cahangir Əsgərov və Misir səfiri hava əlaqəsinin genişləndirilməsini müzakirə ediblər

Ətraflı
07 İyl 2022

AZAL-ın prezidenti Cahangir Əsgərov İsrail səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.