AZAL prezidenti və Rusiyanın Həştərxan vilayətinin qubernatoru əməkdaşlıq perspektivlərini müzakirə ediblər

26 aprel 2022-ci il, Bakı – Aprelin 26-da AZAL-ın ofisində "Azərbaycan Hava Yolları" aviaşirkətinin prezidenti Cahangir Əsgərovun Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə iş görüşü keçirilib.

Görüşün əsas mövzusu tərəflər arasında mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi və ölkələrin nəqliyyat imkanlarının daha da artırılması çərçivəsində birgə addımların atılması olub.

 AZAL prezidenti Cahangir Əsgərov qubernatorla söhbəti zamanı qeyd edib ki, mülki hava daşımalarının inkişafı sahəsində "Azərbaycan Hava Yolları" hər zaman digər aviaşirkətlərlə sıx tərəfdaşlıq münasibətləri qurur. Onun sözlərinə görə, iki ölkə - Azərbaycan və Rusiya arasında hava əlaqəsi iqtisadi əməkdaşlığın inkişafı, turizm potensialının genişləndirilməsi, həmçinin iki ölkənin biznes dairələri arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi çərçivəsində mühüm rol oynayır.

Qubernator İqor Babuşkin Bakıda keçirilən danışıqların əməkdaşlığın gələcək inkişafına təkan verəcəyini təsdiqləyib.

O, həmçinin Həştərxanla Bakı arasında aviareyslərin bərpasında maraqlı olduğunu bildirib. Bu, qubernatorun fikrincə, iki ölkə arasında ticari-iqtisadi, investisiya əməkdaşlığının fəallaşmasına, həmçinin turizm əlaqələrinin möhkəmlənməsinə təkan verəcək.

Onun sözlərinə görə, ölkələr arasında hava əlaqəsinin inkişafı çərçivəsində Rusiyanın "Azimut" aviaşirkəti Həştərxandan Bakıya və geri istiqamətdə həftədə dörd dəfəyədək müntəzəm reyslər yerinə yetirməyə hazırdır.

Görüşün yekunlarına əsasən tərəfdaşlığın inkişaf etdirilməsi və mülki hava daşımaları sahəsində müxtəlif məsələlərin birgə müzakirə edilməsi üzrə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi barədə razılıq əldə edilmişdir.

 

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti

Son xəbərlər

28 İyn 2022

Bir qrup Azərbaycan aviatorlarına dövlət və müəssisədaxili mükafatlar təqdim edilib

Ətraflı
22 İyn 2022

AZAL iyul ayında Bakıdan Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayacaq

Ətraflı
20 İyn 2022

“AZAL” Bakıdan Antalya şəhərinə uçuşların sayını artıracaq

Ətraflı
17 İyn 2022

Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında ardıcıl olaraq beşinci dəfə ən yaxşı hava limanı seçilmişdir

Ətraflı
16 İyn 2022

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri aviaşirkətin rəsmi saytından almağa dəvət edir

Ətraflı
06 İyn 2022

Nazirlər Kabineti “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarda dəyişiklik edib.

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.