AZANS Zəngilan hava limanında yeni uçuşları idarəetmə sistemini tətbiq edir

26 aprel 2022-ci il, Bakı – AZANS uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün aeronaviqasiya infrastrukturunun bərpası çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazisində - Zəngilanda inşa olunan beynəlxalq hava limanında yeni avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemini tətbiq edir.

Qeyd edilən sistemin uğurlu sınağı aprelin 26-da “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) və Almaniyanın ərazisində hava hərəkətinin idarə olunmasına cavabdeh olan DFS Aviation Services (DAS) şirkətinin nümayəndələrinin birgə iştirakı ilə baş tutub. Sistem DAS mütəxəssisləri tərəfindən hazırlanmış müasir avtomatlaşdırılmış Phoenix sisteminə əsaslanır.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa edilən yeni beynəlxalq hava limanları bütün müasir təhlükəsizlik standartlarına cavab verir, yüksək beynəlxalq tələblərə cavab verən inkişaf etmiş infrastruktura malikdir. Zəngilan hava limanında yeni avtomatlaşdırılmış sistemin tətbiqi uçuşların təhlükəsizliyinin yüksəldilməsinə, həmçinin hava məkanının buraxılış qabiliyyətinin artırılmasına kömək edəcək”, - deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.

“Azərbaycanın yeni beynəlxalq hava limanlarında Phoenix proqram-aparat kompleksinin tətbiqi çərçivəsində AZANS və DFS Aviation Services arasında əməkdaşlıq uçuşların təhlükəsizlik səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir”, - deyə DAS-ın idarəedici direktoru Andreas Pouç qeyd edib.

AZANS-ın bütün texniki və əməliyyat heyəti Almaniya mütəxəssisləri tərəfindən keçirilən müvafiq təlimlər keçmişdir.

Qeyd etmək lazımdır ki, Phoenix sistemi Azərbaycanın yeni hava limanlarında dispetçer qüllələrinin istismarı üçün tətbiq edilən ikinci avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemidir. İlk sistem Almaniyanın aeronaviqasiya xidməti tərəfindən 2021-ci ilin avqust ayında Füzulidə beynəlxalq hava limanında tətbiq edilmişdir.

Zəngilanda 3000 metr uzunluğunda uçuş-enmə zolağı olan beynəlxalq hava limanı bütün beynəlxalq tələblərə və standartlara cavab verən ən yeni naviqasiya infrastrukturu ilə təchiz olunacaqdır.

Zəngilan rayonundakı beynəlxalq hava limanının 2022-ci ildə istismara verilməsi nəzərdə tutulur.

 

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti

Son xəbərlər

28 İyn 2022

Bir qrup Azərbaycan aviatorlarına dövlət və müəssisədaxili mükafatlar təqdim edilib

Ətraflı
22 İyn 2022

AZAL iyul ayında Bakıdan Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayacaq

Ətraflı
20 İyn 2022

“AZAL” Bakıdan Antalya şəhərinə uçuşların sayını artıracaq

Ətraflı
17 İyn 2022

Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında ardıcıl olaraq beşinci dəfə ən yaxşı hava limanı seçilmişdir

Ətraflı
16 İyn 2022

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri aviaşirkətin rəsmi saytından almağa dəvət edir

Ətraflı
06 İyn 2022

Nazirlər Kabineti “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarda dəyişiklik edib.

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.