“Azərbaycan Hava Yolları” Bakıdan Praqaya uçuşlara başlayır

18 aprel 2022-ci il, Bakı – "Azərbaycan Hava Yolları" aviaşirkəti 2022-ci ilin yay cədvəli çərçivəsində Çexiyanın paytaxtı Praqa şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

Bakı-Praqa-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə günləri aviadaşıyıcı tərəfindən həyata keçiriləcək. İlk reys 17 iyun tarixində yerinə yetiriləcək.

AZAL aviaşirkətinin bu və digər reyslərinə aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Sözügedən reyslərə yalnız qeyd olunan daşıma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Çexiyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunmuşdur: https://www.azal.az/az/information/covid-czechia.

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.azal.az/ru/information/covid-azerbaijan.

 

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti

Son xəbərlər

28 İyn 2022

Bir qrup Azərbaycan aviatorlarına dövlət və müəssisədaxili mükafatlar təqdim edilib

Ətraflı
22 İyn 2022

AZAL iyul ayında Bakıdan Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayacaq

Ətraflı
20 İyn 2022

“AZAL” Bakıdan Antalya şəhərinə uçuşların sayını artıracaq

Ətraflı
17 İyn 2022

Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında ardıcıl olaraq beşinci dəfə ən yaxşı hava limanı seçilmişdir

Ətraflı
16 İyn 2022

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri aviaşirkətin rəsmi saytından almağa dəvət edir

Ətraflı
06 İyn 2022

Nazirlər Kabineti “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarda dəyişiklik edib.

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.