AZAL Səudiyyə Ərəbistanının Ciddə şəhərinə xüsusi reyslər yerinə yetirəcək

5 noyabr 2021-ci il, Bakı - “Azərbaycan Hava Yolları” Milli aviadaşıyıcısı Ciddəyə xüsusi reyslərin həyata keçirilməsinə başlayır.

Bu uçuşlar noyabrın 25-dən etibarən həftədə bir dəfə, cümə axşamı günləri Airbus A319/Airbus A320 hava gəmilərində yerinə yetirəcək.

Aviabilet satışı aviaşirkətlərin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcıların akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Reyslərə yalnız COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən mövcud məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Səudiyyə Ərəbistanına səyahəti planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Səudiyyə Ərəbistanına giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-saudi-arabia

Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin rəsmi saytında dərc edilmişdir: https://www.azal.az/az/information/covid-clinics

Səudiyyə Ərəbistanının şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19 testini dövlət tərəfindən akkreditə olunmuş və PCR testi vasitəsilə analiz götürən istənilən klinikada və ya laboratoriyada keçmək mümkündür. Arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə olunur.   QR-kod hava limanında rəsmiləşdirmə prosedurlarından keçidi sürətləndirməyə imkan yaradacaq.

COVID-19 testinin nəticələri uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

25 İyl 2022

Zəngilan Beynəlxalq Hava Limanına IATA kodu təyin edilib

Ətraflı
22 İyl 2022

AZAL avqust ayında Hindistanın Yeni Dehli şəhərinə uçuşlara başlayacaq

Ətraflı
20 İyl 2022

AZAL hava gəmiləri parkına yeni "Boeing 787 Dreamliner" hava gəmilərini daxil edəcək

Ətraflı
08 İyl 2022

AZAL-ın prezidenti Cahangir Əsgərov Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

Ətraflı
08 İyl 2022

AZAL-ın prezidenti Cahangir Əsgərov və Misir səfiri hava əlaqəsinin genişləndirilməsini müzakirə ediblər

Ətraflı
07 İyl 2022

AZAL-ın prezidenti Cahangir Əsgərov İsrail səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.