AZAL və Airbus aviaşirkətin hava gəmiləri parkının yenilənməsi imkanını müzakirə ediblər

13 oktyabr 2021-ci il, Bakı - AZAL-ın prezidenti Cahangir Əsgərov oktyabrın 13-də “Airbus Group”un Şərqi və Şimali Avropada satış üzrə regional direktoru Sergey Nedbaylo ilə görüşüb.

Danışıqlar zamanı tərəflər ikitərəfli təşəbbüslər çərçivəsində çoxillik əməkdaşlığı müzakirə ediblər və şirkətlər arasında qarşılıqlı fəaliyyətin uğurlu təcrübəsini vurğulayıblar.

O cümlədən, “Azərbaycan Hava Yolları” aviaşirkətinin mövcud təyyarə parkının 2030-cu ilə qədər yenilənməsi barədə ilkin razılıq əldə edilmişdir. Belə ki, müəyyən edilən dövrdə Airbus Group tərəfindən aviaşirkətə mövcud Airbus A319 və Airbus A320 təyyarələri əvəzinə  yeni nəsil Airbus A320neo və Airbus A321neo tipli 20-dək təyyarə təchiz edilə bilər.

Tərəflər əvvəlcədən sözügedən müasir hava gəmilərinin alınmasına dair təkliflər hazırlamaq barədə razılığa gəliblər. Bu təkliflər sonradan “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.

Görüşdə həmçinin mülki aviasiyanın hazırkı vəziyyəti, pandemiyanın təsiri və koronavirus infeksiyasının mülki aviasiya sahəsinə yayılmasının nəticələri barədə fikir mübadiləsi aparılıb.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

23 May 2022

Birbaşa aviareyslər Azərbaycanı və Monteneqronu yenidən birləşdirəcək

Ətraflı
29 Apr 2022

AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır

Ətraflı
27 Apr 2022

AZAL prezidenti və Rusiyanın Həştərxan vilayətinin qubernatoru əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Ətraflı
26 Apr 2022

AZANS Zəngilan hava limanında yeni uçuşları idarəetmə sistemini tətbiq edir

Ətraflı
18 Apr 2022

“Azərbaycan Hava Yolları” Bakıdan Praqaya uçuşlara başlayır

Ətraflı
13 Apr 2022

AZAL Bakı ilə Berlin arasında uçuşları bərpa edir

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.