AZAL reyslərində IATA Travel Pass tətbiqinin sınaqdan keçirilməsi müddəti uzadıldı

16 avgust 2021-ci il, Bakı – Pandemiya dövründə səyahəti asanlaşdırmağa imkan verən IATA Travel Pass mobil tətbiqinin sınaq müddəti 20 sentyabr 2021-ci ilə qədər uzadılır.

Smartfonlarda quraşdırılmış və sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən rəqəmsal IATA Travel Pass, uçuşqabağı rəsmiyyətləri asanlaşdırır. Hazırda IATA Travel Pass tətbiqini AZAL və "Buta Airways"-in aşağıdakı reyslərin sərnişinləri yükləyə bilərlər:

• AZAL – Bakı – İstanbul - Bakı (GYD-IST-GYD)

• AZAL - Bakı – Moskva - Bakı (GYD-DME-GYD)

• Buta Airways - Bakı - İstanbul - Bakı (GYD-SAW-GYD)

• Buta Airways – Bakı – Jukovski - Bakı (GYD-ZIA-GYD)

Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə yola düşən bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkündür.

IATA Travel Pass tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək. Onlar, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliş zamanı sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən (Fast Track) istifadə edə biləcəklər.

AZAL və "Buta Airways" reyslərində IATA Travel Pass tətbiqin sınaqdan keçirilməsində iştirak edən AZAL Miles bonus proqramının hər bir iştirakçısına əlavə 250 bonus mil hesablanacaq.

Bundan əlavə, Bakıdan yola düşən sərnişinlər, Travel Pass proqramına qoşulmuş klinikalarda və laboratoriyalarda PCR test müayinəsinə güzəst əldə edəcəklər.

iOS (13.2 və daha yüksək versiyası) və Android (6.0 və daha yüksək versiyası) bazasında mobil cihazlar üçün IATA Travel Pass tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:

• Apple AppStore: https://apps.apple.com/us/app/iata-travel-pass/id1533417649  

• Google Play: https://play.google.com/store/apps/details?id=org.iata.tpa   

Qeyd etmək lazımdır ki, IATA Travel Pass tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanmışdır. Şəxsi məlumatlar IATA serverlərində və ya digər bulud xidmətlərində saxlanılmır ki, bu da onların sızma riskini minimuma endirir.

Tətbiqin istifadəsinə dair ətraflı təlimat və dəvət kodu ilə aviaşirkətin saytında aşağıdakı linkdən keçid edərək tanış olmaq mümkündür: https://www.azal.az/az/information/iata-travel-pass

IATA Travel Pass tətbiqinin necə işlədiyi məlumatı ilə qısaca bu videoda tanış ola bilərsiniz: https://youtu.be/wKYaPOEyGGA

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

14 Okt 2021

AZAL hava gəmiləri parkına yeni Boeing 787 Dreamliner təyyarələri əlavə edə bilər

Ətraflı
13 Okt 2021

AZAL və Airbus aviaşirkətin hava gəmiləri parkının yenilənməsi imkanını müzakirə ediblər

Ətraflı
22 Sen 2021

AZAL-ın Pilotların Hazırlığı Mərkəzində yeni müasir uçuş trenajoru quraşdırılıb (FOTO, VİDEO)

Ətraflı
05 Sen 2021

Tarixi hadisə: AZAL-ın "QARABAĞ" təyyarəsi Füzuli hava limanına endi

Ətraflı
31 Avq 2021

AZANS "Maverick Awards 2021" beynəlxalq mükafatının münsiflər heyətinə seçildi

Ətraflı
31 Avq 2021

AZANS "Maverick Awards 2021" beynəlxalq mükafatının münsiflər heyətinə seçildi

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.