Gəncədəki beynəlxalq hava limanına yeni IATA kodu təyin edilib

12 avgust 2021-ci il, Bakı – Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Azərbaycanın milli aviadaşıyıcısının təşəbbüsü ilə Gəncə şəhərindəki beynəlxalq hava limanının üçhərfli kodunun dəyişdirilməsi haqqında qərar qəbul edib.

Ümumdünya mülki aviasiyasının miqyasını nəzərə alaraq, hava limanının beynəlxalq kodunun dəyişdirilməsi uzun müddət davam edən, kifayət qədər mürəkkəb prosesdir.

Hava limanlarının üçhərfli kodları daimi əsaslarla verilir və qısa müddət ərzində dəyişdirilə bilməz.

Bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra, IATA-nın 763 nömrəli Qətnaməsinə uyğun olaraq, Azərbaycanın ikinci ən böyük hava limanının yeni kodu Gəncə şəhərinin adı ilə bağlı olub “GNJ” adlandırılacaq. Hava limanının əvvəlki kodu – “KVD” köhnə toponimlə - Kirovabad adı ilə bağlı idi. Şəhər 1935-ci ildən 1989-cu ilədək belə adlanırdı.

Bu dəyişiklik rəsmi şəkildə cari il sentyabrın 10-da bütün aviabilet təxsisi sistemlərində qüvvəyə minəcək. Yeni hava limanı kodu o cümlədən biletlərdə, baqaj birkalarında, informasiya tablolarında göstəriləcək.

Bu gün Azərbaycanda altı beynəlxalq hava limanı tikilərək fəaliyyət göstərir – Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU). Həmçinin Abşeron rayonunun Zabrat qəsəbəsində ASG Helicopter Services helikopter aviaşirkətinin bazası (IATA kod: ZXT) yerləşir.

Hazırda Füzulidə  beynəlxalq hava limanının tikintisi davam etdirilir və yaxın zamanlarda açılışı nəzərdə tutulmuşdur. Qarabağın azad edilmiş ərazilərində – Azərbaycanın Laçın və Zəngilan rayonlarında daha iki hava limanı tikiləcək.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

25 İyl 2022

Zəngilan Beynəlxalq Hava Limanına IATA kodu təyin edilib

Ətraflı
22 İyl 2022

AZAL avqust ayında Hindistanın Yeni Dehli şəhərinə uçuşlara başlayacaq

Ətraflı
20 İyl 2022

AZAL hava gəmiləri parkına yeni "Boeing 787 Dreamliner" hava gəmilərini daxil edəcək

Ətraflı
08 İyl 2022

AZAL-ın prezidenti Cahangir Əsgərov Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

Ətraflı
08 İyl 2022

AZAL-ın prezidenti Cahangir Əsgərov və Misir səfiri hava əlaqəsinin genişləndirilməsini müzakirə ediblər

Ətraflı
07 İyl 2022

AZAL-ın prezidenti Cahangir Əsgərov İsrail səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.