Azərbaycan aeronaviqasiyasında müasir rəqəmsal həllər tətbiq edilir

9 iyul 2021-ci il, Bakı – “Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) “yer-hava” sistemi üzrə məlumat ötürülməsinin təmin edilməsi üçün yeni ATC Data Link rəqəmsal həllinin tətbiqini başa çatdırmışdır.

AZANS regionda pilot və dispetçer arasında rabitəni (məlumat mübadiləsini) təmin etmək üçün nəzərdə tutulmuş D-ATIS, D-VOLMET, DCL və CPDLC kimi müasir rəqəmsal texnologiyalardan istifadə edən ilk hava hərəkətini idarəetmə mərkəzi oldu.

Yeni həllər eyni zamanda meteoroloji məlumatların və digər vacib aviasiya məlumatlarının Azərbaycanın hava məkanından istifadə edən bütün aviaşirkətlərin hava gəmilərinə ötürülməsinə imkan verir.

Tətbiq olunan sistem vasitəsilə aviaşirkətlər həmçinin dünyanın istənilən nöqtəsində Azərbaycanın aviasiya məlumatlarını rəqəmsal formada tez bir zamanda əldə edə biləcəklər.

Yuxarıda sadalanan rəqəmsal həllər inkişaf etmiş ölkələrin aeronaviqasiya sənayesində geniş tətbiq olunur və proseslərin avtomatlaşdırılması sayəsində hava məkanının buraxılış qabiliyyətinin artırılmasına imkan yaradır. Bu cür həllərin əhəmiyyətli üstünlüklərindən biri də insan amilinə görə baş verən səhvlərin minimallaşdırılmasıdır və bu səbəbdən də uçuşların təhlükəsizliyinə müsbət təsir göstərəcək.

Yeni texnologiyaların tətbiqi Avropa səmasında aeronaviqasiya xidmətlərini yaxşılaşdırmaq və hava axınlarını optimallaşdırmaq məqsədi daşıyan ICAO-nun qlobal GANP planı və Avropa baş planı çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, sistem ICAO-nun standartlarına və Azərbaycanın mülki aviasiyası sahəsində tənzimləyici sənədlərə tam uyğundur.

“Azərbaycan Hava Yolları” QSC və “Azəraeronaviasiya” HHİ uçuşların təhlükəsizliyinin artırılmasına və yeni aviaşirkətlərin regiona cəlb edilməsinə yönəlmiş ən müasir həllərin qabaqcıl inteqratoru olmaqda davam edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

25 İyl 2022

Zəngilan Beynəlxalq Hava Limanına IATA kodu təyin edilib

Ətraflı
22 İyl 2022

AZAL avqust ayında Hindistanın Yeni Dehli şəhərinə uçuşlara başlayacaq

Ətraflı
20 İyl 2022

AZAL hava gəmiləri parkına yeni "Boeing 787 Dreamliner" hava gəmilərini daxil edəcək

Ətraflı
08 İyl 2022

AZAL-ın prezidenti Cahangir Əsgərov Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

Ətraflı
08 İyl 2022

AZAL-ın prezidenti Cahangir Əsgərov və Misir səfiri hava əlaqəsinin genişləndirilməsini müzakirə ediblər

Ətraflı
07 İyl 2022

AZAL-ın prezidenti Cahangir Əsgərov İsrail səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.