AZAL Bakıdan Təl-Əvivə uçuşların sayını artırır

7 iyul 2021-ci il, Bakı – "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakıdan Təl-Əvivə uçuşların sayını artırır.

Belə ki, 11 iyul tarixindən başlayaraq həftənin bazar günləri həyata keçiriləcək reyslərlə yanaşı, uçuş cədvəlinə 22 iyul tarixindən hər həftənin cümə axşamı günləri icra olunacaq daha bir reys əlavə ediləcəkdir.

Aviabiletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş  icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Azərbaycan Respublikasının  Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, İsrail vətəndaşları 21 iyun tarixindən etibarən aşağıdakı sənədləri təqdim etdikdə Azərbaycana səyahət edə bilərlər:

- tam peyvənd olunmaları barədə sertifikat (COVID-19 pasportu) və ya xəstəlikdən sağalmaları barədə arayış;

- uçuşdan əvvəl 72 saat ərzində rəsmiləşdirilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi barədə arayış.

18 yaşınadək İsrail vətəndaşları Azərbaycana hava nəqliyyatı ilə gəldikdə yalnız PCR testinin neqativ nəticəsi barədə arayış təqdim edə bilərlər. Bir yaşınadək uşaqlar üçün sertifikat və arayışın təqdim edilməsi  tələb olunmur.

İsrailə  səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları İsrail hökumətindən bu ölkənin ərazisinə giriş icazəsi almalıdılar.

Pandemiya dövründə  İsrail ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-israel

Azərbaycanda COVID-19-a dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilmişdir: https://www.azal.az/az/information/covid-clinics

Sərnişin Təl-Əvivdən Bakıya səyahət etdiyi  zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş istənilən klinika və ya laboratoriyada verə bilər. PCR testinin neqativ nəticəsi barədə arayışda onun  həqiqiliyini təsdiq edən QR-kodun olması arzuediləndir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə  kömək edəcəkdir.

Qeyd olunan marşrutun sərnişinləri COVID-19-a dair testin nəticəsinin uçuşdan əvvəl 72 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

05 Sen 2021

Tarixi hadisə: AZAL-ın "QARABAĞ" təyyarəsi Füzuli hava limanına endi

Ətraflı
31 Avq 2021

AZANS "Maverick Awards 2021" beynəlxalq mükafatının münsiflər heyətinə seçildi

Ətraflı
31 Avq 2021

AZANS "Maverick Awards 2021" beynəlxalq mükafatının münsiflər heyətinə seçildi

Ətraflı
28 Avq 2021

Azərbaycandan Rusiyaya səyahət edən şəxslər üçün yeni giriş qaydaları qüvvəyə minir

Ətraflı
25 Avq 2021

AZAL Füzuli əsilli vətəndaşlar üçün Qarabağın ilk hava limanında vakant yerlər açır

Ətraflı
24 Avq 2021

“Azərbaycan Hava Yolları” “Amadeus” gəlirləri idarəetmə sistemini tətbiq edir

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.