AZANS yüksək beynəlxalq tələblərə sadiq olduğunu bir daha təsdiqlədi

8 iyun 2021-ci il, Bakı – "Azərbaycan Hava Yolları" QSC-nin tərkibinə daxil olan "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verdiyini uğurla təsdiq edib.

AZANS ISO 9001: 2015 (keyfiyyətin idarə edilməsi sistemi) beynəlxalq standartına uyğunluğunu təsdiqləyərək yenidən sertifikatlaşdırma üzrə auditdən keçib.

ICAO tələblərinə uyğun olaraq həyata keçirilən audit  sınaq, təftiş və sertifikatlaşdırma sahəsində beynəlxalq səviyyədə tanınmış və müstəqil ekspert - Almaniyanın "DQS" şirkəti tərəfindən aparılmışdır. Həmin audit şirkəti Avropada aviaşirkətlərə xidmət göstərilməsi üzrə liderlərdən biri hesab edilən  Almaniyanın "DFS"  aeronaviqasiya təchizatçısının sertifikatlaşdırma orqanıdır.

Audit AZANS HHİ-də keyfiyyətin idarə edilməsi sisteminin işini, əvvəlki yenidən sertifikatlaşdırma dövründə olduğu kimi,  bir daha yüksək qiymətləndirmişdir.

Qeyd etməliyik ki, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün əsas imkanlardan biri IATA ilə birlikdə Azərbaycanın hava məkanında üç səviyyəli uçuşların təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi olmuşdur.

COVID-19 pandemiyası səbəbindən  aviasiya sənayesində baş verən  böhrana baxmayaraq, "Azəraeronaviqasiya" HHİ mülki aviasiya uçuşlarının təhlükəsizliyini lazımi səviyyədə təmin etmək üçün böyük səylər göstərmişdir. AZANS, həmçinin Azərbaycanın hava məkanının istifadəçiləri üçün aeronaviqasiya xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam etmişdir.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

30 İyl 2021

AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilmişdir

Ətraflı
28 İyl 2021

“AZAL” IATA Travel Pass tətbiqini ən çox tələbat olan istiqamətlərdə sınaqdan keçirməyə başlayır (VİDEO)

Ətraflı
26 İyl 2021

AZAL-ın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıblar

Ətraflı
17 İyl 2021

AZAL Tacikistan və Bosniya və Herseqovinaya koronavirusa qarşı peyvənd çatdıracaq

Ətraflı
09 İyl 2021

Azərbaycan aeronaviqasiyasında müasir rəqəmsal həllər tətbiq edilir

Ətraflı
07 İyl 2021

AZAL Bakıdan Təl-Əvivə uçuşların sayını artırır

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.