AZAL Moskva istiqamətində uçuşların sayını artırır

1 iyun 2021-ci il, Bakı – Azərbaycanın Milli aviadaşıyıcısının (AZAL) uçuş cədvəlində Bakıdan Moskvaya («Domodedovo» hava limanı) və əks istiqamətdə xüsusi reyslərin sayı artırılır.

Hər həftə həyata keçirilən iki reysə (çərşənbə və bazar günləri) 14 iyundan etibarən bazar ertəsi günləri həyata keçiriləcək daha bir reys əlavə olunacaqdır.

Qeyd olunan reyslərə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.

Qeyd edək ki, daşınmaya mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazəsi olan kateqoriyadan sərnişinlər qəbul ediləcəkdir.

Bakı-Moskva istiqaməti üzrə reyslərin sərnişinləri:

  • Rusiya ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Rusiya Federasiyası ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-russia;
  • koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.azal.az/az/information/covid-clinics.

Moskva-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri:

  • Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.azal.az/ru/information/covid-azerbaijan.
  • koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq. Rusiya klinikalarının siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-russia. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə siyahıya əlavələr ediləcəkdir.

Sərnişinlər COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

30 İyl 2021

AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilmişdir

Ətraflı
28 İyl 2021

“AZAL” IATA Travel Pass tətbiqini ən çox tələbat olan istiqamətlərdə sınaqdan keçirməyə başlayır (VİDEO)

Ətraflı
26 İyl 2021

AZAL-ın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıblar

Ətraflı
17 İyl 2021

AZAL Tacikistan və Bosniya və Herseqovinaya koronavirusa qarşı peyvənd çatdıracaq

Ətraflı
09 İyl 2021

Azərbaycan aeronaviqasiyasında müasir rəqəmsal həllər tətbiq edilir

Ətraflı
07 İyl 2021

AZAL Bakıdan Təl-Əvivə uçuşların sayını artırır

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.