AZAL Türkiyənin Bodrum və Dalaman kurortlarına uçuşlar icra etməyə başlayacaq

21 may 2021-ci il, Bakı – İyunun 25-dən etibarən Azərbaycanın Milli Aviadaşıyıcısı (AZAL) Bakıdan Türkiyənin kurort şəhərləri – Bodrum və Dalamana xüsusi uçuşlar həyata keçirməyə başlayır.

Bakı-Bodrum-Bakı istiqamətində uçuşlar hər gün həyata keçiriləcəkdir. Heydər Əliyev Beynəlxalq Aeroprtundan  Dalaman şəhərinə uçuşlar həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcəkdir.

Qeyd edək ki, aviadaşıyıcı digər kurort şəhəri - Antalyaya da uçuşlar həyata keçirir.

Türkiyənin bütün istiqamətləri üzrə aviabiletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında, habelə aviaşirkətinin akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Qeyd edək ki, daşınmaya mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazəsi olan sərnişin kateqoriyası qəbul ediləcəkdir.

Bakı-Bodrum və Bakı-Dalaman istiqaməti üzrə reyslərin sərnişinləri:

- Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyə ərazisinə  giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-turkey    

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.azal.az/az/information/covid-clinics

Bodrum-Bakı və Dalaman-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar.  Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz:  https://www.azal.az/az/information/covid-azerbaijan

- koronavirus infeksiyasının olmaması barədə arayış  almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur,  həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq. Türkiyədən uçduğunuz zaman, Memorial Sağlık Grubu” klinikaları və ya ölkənin  Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan birində testdən keçə bilərsiniz:  https://hsgm.saglik.gov.tr/tr/haberler/yetkilendirilmis-covi-d-19-tani-laboratuvarlari.html

Azərbaycan Respublikasının  Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

30 İyl 2021

AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilmişdir

Ətraflı
28 İyl 2021

“AZAL” IATA Travel Pass tətbiqini ən çox tələbat olan istiqamətlərdə sınaqdan keçirməyə başlayır (VİDEO)

Ətraflı
26 İyl 2021

AZAL-ın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıblar

Ətraflı
17 İyl 2021

AZAL Tacikistan və Bosniya və Herseqovinaya koronavirusa qarşı peyvənd çatdıracaq

Ətraflı
09 İyl 2021

Azərbaycan aeronaviqasiyasında müasir rəqəmsal həllər tətbiq edilir

Ətraflı
07 İyl 2021

AZAL Bakıdan Təl-Əvivə uçuşların sayını artırır

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.