AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq etdi

17 may 2021-ci il, Bakı – Milli aviadaşıyıcı AZAL Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA)  Operational Safety Audit (IOSA) standartına uyğunluğun müəyyən edilməsi üzrə  auditdən növbəti dəfə uğurla keçdi.

İlk dəfə distant formatda baş tutan bu audit yoxlaması "Azərbaycan Hava Yolları" aviaşirkətinin mülki aviasiya sahəsində ən ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı aviadaşıyıcı olduğunu bir daha təsdiq etdi.

IOSA auditi (IATA-nın "İstismar Təhlükəsizliyinin Yoxlanılması" Proqramı) bir neçə bölmə üzrə qurulmuş yüzlərlə vacib standartın və tövsiyə olunan prosedurların yoxlanılması proqramıdır və aviaşirkət auditdən keçdiyi zaman həmin standartlara uyğunluğunu təsdiq etməlidir.

Audit proqramına aviadaşımalar sahəsində yerüstü, yük və uçuş əməliyyatları, hava gəmiləri parkına xidmət göstərilməsi, hava daşımalarının təhlükəsizliyi və s. kimi əsas fənlərin yoxlanılması daxildir.

Audit yoxlaması təkcə aviaşirkətin istehsalat fəaliyyətinin deyil, həm də təşkilati strukturunun qiymətləndirilməsini əhatə edir. Yoxlama çərçivəsində insan amilinin təsirindən yaranan risklərin minimuma endirilməsi sistemi və əks əlaqə sistemi qiymətləndirilir ki, bu da düzəliş məqsədilə tədbirlərin vaxtında görülməsini təmin edir. Aviadaşıyıcının hər bir əməkdaşının hərəkətləri ən kiçik təfərrüatlara qədər əvvəlcədən müəyyən olunmuşdur. Bu addım mümkün olan bütün səhvləri və çatışmazlıqları minimuma endirməyə imkan verir.

“AZAL mülki hava daşımalarının təhlükəsizliyi sahəsində ən mühüm yoxlamalardan biri olan IOSA auditindən artıq yeddinci dəfədir ki, uğurla keçir. Pandemiya şəraitində auditi uğurla keçməsi bir daha sübut edir ki, uçuş təhlükəsizliyinin ən yüksək səviyyədə saxlanılması aviaşirkətimizin əsas prioritetlərindən biridir” - deyə "Azərbaycan Hava Yolları"nın prezidenti Cahangir Əsgərov bildirib

Qeyd edək ki, Azərbaycanın Milli aviadaşıyıcısı 1993-cü ildən IATA-nın üzvüdür.

Uçuşların təhlükəsizliyini ciddi səviyyədə təmin etməklə yanaşı, AZAL sərnişinlərə yüksək keyfiyyətli xidmət göstərdiyinə görə dəfələrlə mükafatlara layiq görülmüşdür. Hava daşımaları sahəsində dünyada ən nüfuzlu reytinq şirkəti sayılan Britaniyanın “Skytrax” konsaltinq şirkəti AZAL-ı  nüfuzlu "4 ulduz" reytinqinə layiq görmüşdür, eləcə də aviaşirkəti "Orta Asiya və Hindistan" bazarında mövcud olan daşıyıcılar arasında ən yaxşı aviaşirkət elan etmişdir.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

30 İyl 2021

AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilmişdir

Ətraflı
28 İyl 2021

“AZAL” IATA Travel Pass tətbiqini ən çox tələbat olan istiqamətlərdə sınaqdan keçirməyə başlayır (VİDEO)

Ətraflı
26 İyl 2021

AZAL-ın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıblar

Ətraflı
17 İyl 2021

AZAL Tacikistan və Bosniya və Herseqovinaya koronavirusa qarşı peyvənd çatdıracaq

Ətraflı
09 İyl 2021

Azərbaycan aeronaviqasiyasında müasir rəqəmsal həllər tətbiq edilir

Ətraflı
07 İyl 2021

AZAL Bakıdan Təl-Əvivə uçuşların sayını artırır

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.